Modern.az

Quba məzarlığının yaxınlığından daha altı ev köçürüləcək

Quba məzarlığının yaxınlığından daha altı ev köçürüləcək

6 Oktyabr 2009, 12:10

st1:*{behavior:url(#ieooui) }

Yaxın günlərdə Qubadakı soyqırımı məzarlığında abidə kompleksinin inşasına başlanılacaq. Bu barədə Modern.az-a Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov məlumat verib. İcra başçısı bildirib ki, soyqırım muzeyinin tikintisi ilə bağlı təcrübənin öyrənilməsi üçün Moskva və Kiyevdə səfərdə olublar. Quba soyqırımı məzarlığında tikiləcək abidə kompleksinin layihəsi hazırlanarkən səfərdə əldə olunan təcrübədən də istifadə olunub.

R.Həbibov deyib ki, bir müddət öncə Prezident İlham Əliyev də məzarlıqda inşa olunacaq abidə kompleksinin layihəsi ilə tanış olub və onun daha da təkmilləşdirilməsinə dair göstərişlər verib.

İcra başçısını sözlərinə görə, məzarlığın yaxınlığında yerləşən 13 evdən 2-si artıq başqa yerə köçürülüb, tezliklə daha 6 ev, ardıca qalanlar köçürüləcək.

O, məsələnin Prezidentin nəzarətində olduğunu vurğulayıb.

Öıkə başçısı Quba məzarlığında muzeyin tikilməsi ilə bağlı sərəncam verəcək, bundan sonra maliyyə məsələsi öz həllini tapmış olacaq. R.Həbibov bu məzarlığın erməni vəhşiliklərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün danılmaz tarixi fakt olduğunu deyib. Onun sözlərinə görə, muzey tikilərkən bu işə mütəxəssislər cəlb olunacaq. Xatırladaq ki,

məzarlıq 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımının danılmaz sübutudur. Məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Aparılan qazıntılar nəticəsində burada insan cəsədləri qalaqlanan iki quyu və iki arx aşkar edilib. İnsanların hamısının soyuq sılah və küt alətlərlə xüsusi qəddarlıqla qətlə yetirildiyi müəyyənləşdirilib. Ermənilər Qubada azərbaycanlılarla yanaşı ləzgiləri, yəhudiləri, tatları, avarları və digər etnik qrupların nümayəndələrini də amansızlıqla öldürüblər. Tədqiqat zamanı məzarlıqda 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə əsasən yaşlı kişilərdir. Kütləvi məzarlıq 2007-ci ilin aprelində ərazidə torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tədqiqatı nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu təsdiqlənib. Arxiv sənədlərindən məlum olub ki, 1918-ci ilin aprel-may ayları ərzində ermənilər tərəfindən təkcə Quba qəzasında 36 min 782 nəfər qətlə yetirilib, 122 kənd tamamilə dağıdılıb. Bu məzarlıq erməni vəhşiliklərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün daha bir danılmaz tarixi faktdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...