Modern.az

Ölkədə bankomatların sayı artıb

Ölkədə bankomatların sayı artıb

7 Oktyabr 2009, 12:41

Mərkəzi Bankın Mətbuat xidməti bildirir ki, 2009-cu il sentyabr ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 1617 ədəd olmuşdur. Modern.az bankın mətbuat xidmətinə istinadən xəbər veriri ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 175 ədəd çoxdur. Cari ilin sentyabrın 1-nə bankomatların 915-i Bakı şəhərində, 702-si isə digər şəhər və rayonlarda yerləşir. Bu dövrdə Azərbaycan Respublikası üzrə pos-terminalların sayı 8481 ədəd olmuşdur. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1204 ədəd çoxdur. Cari dövrdə pos-terminalların 7698-i Bakı şəhərində, 783-ü isə digər regionlarda yerləşir.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi