Modern.az

Binəqədi rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Binəqədi rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Təhsil

8 Oktyabr 2009, 17:31

Bakı dairəvi avtomobil yolunun tikintisi və ərazidən keçən kommunikasiyaların köçürülməsi ilə əlaqədar oktyabrın 9-da səhər saat 09.00-dan etibarən “Alatava” Qaz Paylayıcı Stansiyasından qidalanan və Binəqədi rayonunun böyük bir hissəsini təbii qazla təmin edən 500 mm-lik “9-cu mikrorayon-Binəqədi” orta təzyiqli kəmərdə qaz təchizatı dayandırılacaq. İModern.az Dövlət Neft Şirkətinə istinadən xəbər verir ki, iş görülən müddətdə Binəqədi rayonunun 6-cı, 7-ci, 8-ci, 9-cu mikrorayonlarının, eləcə də Vorovski və M.Ə Rəsulzadə qəsəbələrinin bir hissəsinin qaz təchizatında məhdudiyyətlər qoyulacaq. Bununla bağlı yaranacaq müvəqqəti narahatlığa görə, ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi abunəçilərdən üzr istəyir. İş başa çatdıqdan sonra qeyd olunan ərazilərin qaz təchizatı bərpa ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi