8 İyun 2020, 10:15 | Ana Səhifə - Yazılar - Vətəndaş evdə, polis küçələrdədirsə...
Vətəndaş evdə, polis küçələrdədirsə...

Elman Babayev

Azərbaycanın iri rayon və şəhərlərində iki günlük sərt karantin rejimi tətbiq olunub. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarının icrasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə edilib. Son iki gündə də polis öz işinin öhdəsindən layiqincə gəldimi? Cavab birmənalı olaraq budur-bəli!

Fəqət polisin fəaliyyətinə kölgə salmaq istəyənlərin mövcudluğu təəssüf doğurur.

Polis nə edib? Karantin rejimini pozanları cəzalandırıb, belə bir rejimdə də cinayət törədənlərin qanuna müvafiq olaraq məsuliyyətə cəlbi üçün səlahiyyətləri çərçivəsində addım atıb. Vəssalam!

Sual olunur-polis karantin rejimini pozmayanımı cəzalandırıb? Karantin qaydalarına uyğun davranan əhalinin hansı birini incidib? Əlbəttə ki belə bir hal olmayıb. Bir neçə karantin qaydalarını pozan məsuliyyətsiz şəxslərin davranışlarına haqq qazandırıb polisin fəaliyyətinə kölgə salmaq yolverilməzdir!

Polis orqanları bütün hərəkətlərini qanun çərçivəsində aparıb. Hər kəs qanunsuz hərəkətlərə görə layiqli cəzasını almalıdır. Bu olmasa özbaşınalıq yavaş - yavaş ayaq açacaq, xəstəliyin miqyası daha da böyüyəcək. Bunun nəticələri isə ağır ola bilər!

Bu gün bütövlükdə cəmiyyətdə polis orqanlarına münasibət, inam müsbətdir. Sosial şəbəkələrdə bir qrup adamın apardığı əks-təbliğat bu münasibəti, inamı sarsıda bilməz. Çünki bu hörməti, inamı polis özü qazanıb. Karantin günlərində polisin sərgilədiyi davranış bunu yetərincə sübut edib.

Unutmayaq ki:

- polis əməkdaşları qanunun keşiyində dururlar;

- qanunun keşiyində dayanan polislər öz həyatlarını risk altına qoyurlar;

-cəmiyyətin, bütövlükdə ölkəmizin rahat, təhlükəsiz şəraitdə yaşamasını təmin edən polis orqanlarıdır.


Bir sözlə, polis orqanlarının cəmiyyətdə sabitliyin hökm sürməsində çox böyük funksiyası, zəhməti var. Bu funksiya, zəhmət karantin günlərində daha da artıb. Bunu bir neçə məsuliyyətsiz adamın davranışına görə arxa plana keçirib, polisin zəhmətinə kölgə salmayaq!
Karantin dövründə vətəndaş evində özünü qoruyursa, polis isə küçələrdə qanunlara əməl olunmasını izləyir, tədbirlər üçün gözünü dörd açırsa, bu, onun öz işinə məsuliyyətinin aydın mənzərəsini yaradır...

MÜƏLLİFİN DİGƏR YAZILARI
20 Yanvarın “açılmayan gülləsi” - Primakov Allahşükür Paşazadəyə hakimiyyəti ələ almağı niyə təklif etmişdi? - TARİX 20 Yanvar 2021, 01:48 Kamil Cəlilov: “20 yanvar hadisələrində mənim çalğım olmasaydı” - VİDEO 20 Yanvar 2021, 01:29 Amerikalı şərhçi: “Putini diz çökdürəcəyik” 20 Yanvar 2021, 01:21 Aviaşirkətlərin sərnişin daşımaları kəskin azalıb 20 Yanvar 2021, 00:59 Trampdan Amerika xalqına vida müraciəti 20 Yanvar 2021, 00:44 Çempion səfərdə uduzdu 20 Yanvar 2021, 00:33 Hamilə qadın bətnindəki uşağı koronavirusa yoluxdurub 20 Yanvar 2021, 00:17 20 Yanvar faciəsindən 31 il ötür 20 Yanvar 2021, 00:01 “İndi ABŞ-ın qaranlıq vaxtlarıdır” - Co Bayden 19 Yanvar 2021, 23:47 Şagirdlərin yarım illik nəticələri belə qiymətləndiriləcək - QAYDALAR 19 Yanvar 2021, 23:36 Teledərslərin yanvarın 20-nə olan CƏDVƏLİ 19 Yanvar 2021, 23:25 ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru istefa verdi 19 Yanvar 2021, 23:16 Spikerin noutbukunu Rusiya kəşfiyyatına ötürmək istəyən qadın saxlanıldı 19 Yanvar 2021, 23:01 İlham Əliyevdən 20 Yanvar paylaşımı - FOTO 19 Yanvar 2021, 22:46 “Ermənistan hakimiyyəti dəyişməlidir” - Ohanyan 19 Yanvar 2021, 22:37 Bu ölkədə küçəyə çıxmaq qadağan edildi 19 Yanvar 2021, 22:23 Komitə sədri şəhid ataları ilə görüşdü - FOTO 19 Yanvar 2021, 22:14 Pakistanda 20 Yanvar şəhidlərinə həsr olunmuş videokonfrans - FOTO 19 Yanvar 2021, 22:03 ABŞ Çinin uyğurlara qarşı hərəkətlərini soyqırım elan etdi 19 Yanvar 2021, 21:50 Ermənistanın növbəti dezinformasiyaları 19 Yanvar 2021, 21:38 Avropa Parlamentində Qarabağdakı müharibə müzakirəyə çıxarıldı 19 Yanvar 2021, 21:22 Qarabağa zorla köçürülən ermənilər geri qaçır – YALAN STATİSTİKANIN GERÇƏK TƏRƏFLƏRİ 19 Yanvar 2021, 21:08 Qarabağda 210 mina zərərsizləşdirildi - VİDEO 19 Yanvar 2021, 20:54 Çempionlar Liqasının növbəti finalı Sankt-Peterburqda keçiriləcək 19 Yanvar 2021, 20:42 Azadlığın doğum günü 19 Yanvar 2021, 20:34 Çavuşoğlu Zəriflə müzakirələr apardı 19 Yanvar 2021, 20:26 Rayonlara qar, Bakıya sulu qar yağdı - FAKTİKİ HAVA 19 Yanvar 2021, 20:15 İnam Kərimov onlayn müşavirə keçirdi - FOTO 19 Yanvar 2021, 20:11 Trampın adı sanksiyalar siyahısında 19 Yanvar 2021, 20:03 Xaçmazdakı Şəhidlər Xiyabanı əsaslı təmirdən sonra istifadəyə verildi - FOTOLAR 19 Yanvar 2021, 19:55 Kiçik Dəhnənin möhtəşəm xiyabanı - FOTOLAR 19 Yanvar 2021, 19:48 Bakıda şəhidin xatirəsinə tikilən bulağın açılışı oldu 19 Yanvar 2021, 19:40 Dillər Universitetində seminar keçirilib 19 Yanvar 2021, 19:32 Azərbaycanın bölgələrində də vaksinasiya başladı 19 Yanvar 2021, 19:25 Şeyxin müraciətinə Vatikandan cavab gəldi 19 Yanvar 2021, 19:18