22 İyul 2020, 15:32 | Ana Səhifə - Yazılar - 22 İyuldan sonrakı gün
22 İyuldan sonrakı gün

Vüqar Tofiqli

Bu gün bizim günümüzdür. Dahi Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin ilk sayının işıq üzü gördüyü gün. Bizim həmdə milli bayramımızdır. Xoş günümüzdür. Amma çox təəssüf ki, ürəklə bu günün sevincini yaşamamış 23 iyul tarixi gəlir. Bu həmin gündür ki, bizim üçün əziz və doğma bir şəhər erməni silahlı dəstələri tərəfindən işğal edilib. Təsadüfə bir baxın ki, Şuşanın işğal gününün səhəri İkinci Dünya müharibəsində qazanılan Qələbəni qeyd edir və iş günü olmadığı üçün özümüzü sanki daha rahat hiss edirik. Maraqlıdır, görən Allah qarşısında hansı günah sahibi olmuşuq ki, bizi hər il belə mənəvi əzab-əziyyətə qatlaşmağa məcbur edir.

***

Etiraf edim ki, Şuşanı Ağdamdan heç vaxt ayırmamışam. Mənim üçün İçərişəhər Bakı üçün necə qiymətlidirsə, necə əzizdirsə, Şuşa da Ağdam üçün elə əzizdir. Köklü şuşalıların Ağdamda, ağdamlıların isə Şuşada evləri var idi. Aralarında 35 kilometr məsafə olsa da, sanki bir gündə dünyaya gəlmişdilər. Şuşa  Ağdamdan cəmi iki yaş böyük olsa da, əzab-əziyyətə daha çox qatlaşmış, böyümüş, inkişaf etmişdi. Hələ keçmiş sovet dövründə respublika tabeli şəhərə, ümumittifaq səviyyəli kurort zonasına çevrilmişdi.

Amma Ağdam da inkişaf səviyyəsinə görə geri qalmamışdı. Şəhər regionun istisadi mərkəzinə çevrilməkdə idi. Ümumittifaq səviyyəli iki zavod, şərab emalı zavodu, taxıl məhsulları kombinatı və onlarca saysız-hesabsız müəssisələr.

Bəli, bunlar Ağdamda idi. O Ağdamdakı 27 ildir ana istəkli balasından ayrı qalan kimi, biz də şəhərimizə tamarzı qalmışıq.

***

Beləliklə, Göytəpədən  uzanan yolla Uzundərədəki dəmiryol korpüsünü keçməklə şəhərin bir addımlığında olurdun. Hər tərəfdə gözə üzüm plantasiyaları dəyirdi. Ağdamın sanki bəxti yenicə açılmışdı. Rayon pambıq əkib-becərməkdən qurtulmuşdu. Hər tərəfdə üzümlüklər uzanıb gedirdi. Allah özü  rayona bu  “çörəyi” qismət eləmişdi.  

Ətyeməzlıyə çatar-çatmaz isə  sağ tərəfdə yeni  cərgə ilə salınan kooperativ evlərin sırasından bir balaca irəli getməklə sola burulub Kötəl arxının körpüsünə çatırdın. O illərdə yolun solunda Ağdamın məşhur 50 nömrəlisi, sağında isə səksəninci illərin sonlarında açılışı keçirilən, ağdamlıların doğru-düzgün istifadə etmədiyi, hansısa təxribat nəticəsində partladılan yeni avtovağzal idi.

Bəli, elə burdaca dayanım. Çünki davamını yazdıqca kövrək hisslər sanki məni ağuşuna alıb şəhərin daha dərinlıyinə məhşur bazarına, Tələt kişinin aptekinin yanından keçməklə, ordan bir nömrəlisinə, bir azda qabaga gedib Tağı kişinin kitab mağazasını keçməklə Lenin bağına aparır. Üzbəüzdə isə fəxrimiz Xudu Məmmədovun layihəsi olan Sadıq Murtuzayevin təşəbbüsü ilə inşa edilən məşhur  “Çay evi”  və bu gün  Ağdamın yeganə “sağqalan” Məscidi…

***

Xudu Məmmədovun adını ona görə yazdım ki, Ağdam  o illərdə və sonrakı illərdə tək xanəndələri ilə tanınmırdı. Ağdam həmdə elm adamları ilə-Göyüşovlarla, Mikayılovlarla və onlarca mənim də unutduğum simalarla tanınırdı. İstər o illərdə, istərsə də indiki dövrdə, elmimizin elə sahəsi yoxdur ki, orda akademikə bərabər tutulacaq səviyyəfə professorumuz olmasın. Bu gun o ənənəni vizit kartımız, AMEA-nın müxbir üzvü, professor Rafir Əliyev dühası yaşadır. Bu sıraya mütləq şəkildə professor xanım Kübra Əliyevanı da əlavə etməyə bilmirəm. Bu arada  Kübra xanımın bəlkə özünündə unutduğu görüşdə söylədiyi bir xatirəni qeyd etməyə bilmirəm.

Əlavə edim ki, əslən Şuşalı olsalar da, Kübra xanımın  atası Muxtar Əliyevin  Ağdamın mərkəzindəki  28 Aprel küçəsində  evləri var idi. Onu da əlavə edim ki, şəhərdə iki Muxtar Əliyev adlı tanınmış sima var idi. Biri “komxoz”un müdiri, digəri isə savadı ilə sayılan seçilən texnikum müəllimi Muxtar Əliyev. Kübra xanımın atası elm adamı idi.

Nə isə, o illərdəki şəhərdə formalaşan mühitə toxunan Kübra xanım danışır ki, atam bizi tətil günlərdə Bakıya gətirər və bizi “Azdramada”kı tamaşalara baxmaga aparardı.

Bəli, bu ənənə artıq ötən əsrin 50-60-ci illərində şəhərdə hökm sürürdü.  Bu isə o demək idi ki, şəhərdə həm də teatr mədəniyyəti formalaşmışdı…

***

1993-cü ilin 23 iyul tarixi bizlər üçün unudulmayacaq bir gündür. O illərdə yaşayan hər kəsin yəqin yaxşı yadında olar. Birincisi ermənilərin şəhəri işğal etdikdən üç gün ərzində şəhərdə sərbəst hərəkətə  ürək etməmələri, bir də sonrakı günlərdəki ikigünlük sakitlik. Sanki havada bir quş uçsaydı, səsi hər tərəfə yayılardı.

*** 

Bu gün isə 2020-ci ilin iyulun 22-dir. O  ildən düz 27 il keçib. Nə qədər keçəcəyini isə Allah bilir. Arzum odur ki, bütün sahələrdə iqtisadi, sosal, siyasət meydanında qazandığımız uğurları Qarabağa kökləyək və o torpaqları silah gücünə də olsa geri qaytaraq.

Tovuz rayonundakı son təxribatdan sonra dolayısıyla doğan hadisələr göstərdi ki, BİZ BİRLİKDƏ GÜCLÜYÜK. Ancaq irəli getmək üçün bütün sahələri öyrəndiyimiz kimi erməni siyasətini də dərindən öyrənib onlara qarşı istifadə etməyi də öyrənməliyk. Vaxt yetişib.

Allah bizə Ağdamın, Şuşanın və bütün Qarabağın  güllü-çiçəkli xoşbəxt günlərini görməyi qismət eləsin!!!

AMİN!!! 

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Vasitəçiyə inam yoxdursa, demək...” - Əli Əhmədov 26 Noyabr 2020, 14:25 Ermənistan parlamenti hərbi vəziyyətlə bağlı QƏRAR VERDİ 26 Noyabr 2020, 14:20 Fransa Azərbaycanın etimadına layiq deyil - Natali Qule 26 Noyabr 2020, 14:15 Ermənilərin Xankəndidən qovduğu ruslar da geri qayıdacaq - ÖZƏL 26 Noyabr 2020, 14:10 Prezidentin xalqa müraciəti xarici mətbuatda 26 Noyabr 2020, 14:05 Deputatdan maraqlı təklif - ““Qəhrəmanlar parkı” yaradaq” 26 Noyabr 2020, 14:00 Bakıdakı Türkiyə və İran səfirləri GÖRÜŞDÜ  26 Noyabr 2020, 13:55 Millimiz FIFA reytinqində 5 pillə irəlilədi 26 Noyabr 2020, 13:52 Ordumuz Kəlbəcərə niyə Ağdərə yolundan getmədi? - Hərbi ekspertdən AÇIQLAMA 26 Noyabr 2020, 13:49 Fransa Senatında faşizmin təbliği, beynəlxalq hüquqa hörmətsizlik, reputasiya itkisi... 26 Noyabr 2020, 13:46 Nazirlik bu dərslikləri yenidən YAZACAQ 26 Noyabr 2020, 13:42 Mənsum İbrahimov: “Ağdama gedib əhdimi yerinə yetirdim” 26 Noyabr 2020, 13:40 Naqif Həmzəyev: Fransa Senatının Ermənistanı müdafiə etməsi olduqca gülünc görsənir   26 Noyabr 2020, 13:38 Almaniyada qələbə aksiyası keçirilib 26 Noyabr 2020, 13:32 Fransadakı soydaşlarımız Senata qarşı çıxdı 26 Noyabr 2020, 13:28 Səxavət Məmmədov Qarabağın işğalını görsəydi, ürəyi partlayardı 26 Noyabr 2020, 13:24 “Azərenerji” əhəmiyyətli layihə reallaşdırır - Video 26 Noyabr 2020, 13:20 Naftalanda 1000-dən artıq ağac əkilib - FOTO 26 Noyabr 2020, 13:15 “Fransa tarixinin növbəti ən utancverici günlərini yaşayır” - Ceyhun Məmmədov 26 Noyabr 2020, 13:10 Sabah hava necə olacaq? - PROQNOZ 26 Noyabr 2020, 13:05 Elşad Hacıyevə nazirlikdə yüksək vəzifə verildi - TƏYİNAT 26 Noyabr 2020, 13:03 Bu il yeni doğulan uşaqlara ən çox verilən ADLAR 26 Noyabr 2020, 13:00 Polietilen torba və plastik qablar satanlar CƏRİMƏLƏNƏCƏK 26 Noyabr 2020, 12:57 “Vətən Müharibəsi Qəhrəmanı” adı TƏSİS OLUNDU 26 Noyabr 2020, 12:53 Azərbaycan turizm blogerləri Assosiasıyası yaradıldı 26 Noyabr 2020, 12:51 “Zəfər” və “Qarabağ” ordenləri TƏSİS EDİLDİ 26 Noyabr 2020, 12:50 Azərbaycandakı pambıq yığımında növbəti rekord göstərici 26 Noyabr 2020, 12:48 Qələbə medalları ilə bağlı qanun layihəsi qəbul olundu 26 Noyabr 2020, 12:45 Milli Məclisdən Fransa ilə bağlı Azərbaycan hökumətinə ÇAĞIRIŞ 26 Noyabr 2020, 12:40 İdman yazarı: “Narkotikdən asılılıq Maradonanı aramızdan apardı” 26 Noyabr 2020, 12:35 Zahid Oruc: Fransa Senatı ikinci Azərbaycan dövləti təsis etmək istəyir..   26 Noyabr 2020, 12:30 Milli Məclisdə Fransaya etiraz bəyanatı qəbul olundu 26 Noyabr 2020, 12:25 “Fransa Senatı Azərbaycan xalqından üzr istəməlidir”  26 Noyabr 2020, 12:20 Deputat Baş nazirdən xahiş etdi - “Prezident qarşısında məsələ qaldırın” 26 Noyabr 2020, 12:15 Aqil Abbas: Fransa Türkiyənin qələbələrini həzm edə bilmir 26 Noyabr 2020, 12:10
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?