Modern.az

Hüquq müdafiəsi sahəsindən yazan jurnalistlərin şəbəkəsi yaradılıb

Hüquq müdafiəsi sahəsindən yazan jurnalistlərin şəbəkəsi yaradılıb

Media

9 Oktyabr 2009, 21:01

Azadlığın və Sülhün Müdafiəsi Beynəlxalq Təşkilatının təşəbbüsü ilə  hü­quq mü­da­fiəsi möv­zu­sun­da ya­zan jur­na­listlərin şə­bə­kə­si yaradılıb. Modern.az saytının məlumatına görə, şəbəkədə müxtəlif me­dia qurumla­rı­nı təm­sil edən jur­na­list­lər yer alıb. Qu­ru­mun əsas məq­sə­di insan hüquq­la­rı sa­hə­sin­də cə­miy­yət­də baş ve­rən qa­nun po­zun­tu­la­rı­na qar­şı opera­tiv re­ak­si­ya göstərəmək, bu sa­hə­də prob­le­min həl­li­nə yardım­çı olmaq, prob­lem həll olu­na­na­dək onu gün­dəm­də sax­la­maq­dır. Bun­dan baş­qa, şə­bə­kə tərəfindən in­san hü­quq­la­rı ilə bağ­lı bü­tün sa­hə­lər­də araş­dır­manın apa­rı­lması, cə­miy­yə­ti na­ra­hat edən ən ak­tu­al mə­sə­lə­lər baş­da ol­maq­la, di­gər prob­lem­lə­rin həl­li yol­la­rının nə­zər­dən ke­çi­ri­məsi planlaşdırılır. Bununla yanaşı, hər han­sı prob­lem­lə bağ­lı şə­bə­kə­də təm­sil olu­nan bü­tün jur­na­list­lər bir­gə mü­ba­ri­zə apa­ra­caq və plan­lı şə­kil­də iş­lə­yə­cək­lər. Şə­bə­kə­nin işi­nin plan­lı şə­kil­də apa­rıl­ma­sı üçün səs­ver­mə yo­lu ilə ko­or­di­na­tor se­çi­lə­cək.

Hə­lə­lik qu­rum­da 10-a yaxın mət­bu or­qa­nın nü­ma­yən­də­si təm­sil olun­sa də, şə­bə­kə­nin da­ha da ge­niş­lən­mə­si nə­zər­də tu­tu­lub. Qeyd edək ki, şə­bə­kə­də təm­sil olun­maq is­tə­yən jur­na­list­lər qu­ru­ma mü­ra­ci­ət edə bi­lər.

Aqil LƏTİFOV

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir