Modern.az

Azərbaycan-BƏƏ münasibətləri müzakirə edildi - Hikmət Hacıyev açıqladı

Azərbaycan-BƏƏ münasibətləri müzakirə edildi - Hikmət Hacıyev açıqladı

Ölkə

Bu gün, 08:50

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində bu ölkənin dövlət naziri Səid bin Mübarək Əl-Hacəri ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" sosial media hesabında yazıb.

"Strateji tərəfdaşlıq çərçivəsində dinamik inkişaf edən Azərbaycan–BƏƏ ikitərəfli münasibətlərini nəzərdən keçirdik, həmçinin regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi apardıq.

Regional orta güclər kimi Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə sabitliyə, əməkdaşlığa və dialoqa töhfə verərək müsbət və konstruktiv rol oynayırlar", - deyə o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Regionda təhdidlər artır - Bakını nə gözləyir?