Modern.az

Hikmət Hacıyev BƏƏ Prezidentinin müşaviri ilə müzakirə aparıb

Hikmət Hacıyev BƏƏ Prezidentinin müşaviri ilə müzakirə aparıb

Ölkə

16 Sentyabr 2026, 08:30

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Əbu-Dabidə Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş ilə görüşüb.

Modern.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X" sosial media hesabında paylaşım edib.

O bildirib ki, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yolları, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub

"Tərəflər, həmçinin regionda baş verən son hadisələri nəzərdən keçirib, bu məsələlərlə bağlı fikir mübadiləsi apardılar".

Sizə yeni x var
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir