2 Noyabr 2020, 15:32 | Ana Səhifə - Yazılar - Xatirələr yaddaşa dönəndə... – AzTV ƏHVALATLARI
Xatirələr yaddaşa dönəndə... – AzTV ƏHVALATLARI

Akif Cabbarlı


Noyabrın 6-sı ölkədə teleradio işçilərinin peşə bayramı günüdür. 1926-cı ilin həmin günü paytaxtın küçə və meydanlarında quraşdırılmış reproduktorlardan ilk dəfə “Danışır Bakı!” çağırışı səslənib və 30 il sonra – 1956-cı ilin 14 fevralında evlərimizdəki “sehirli qutudan” “Göstərir Bakı” sözləri bütün Azərbaycan boyu qanad açıb, pərvazlanıb. Ömrünün yarıdan çoxunu radio və televiziya jurnalistikasına həsr etmiş bir insan və elektron medianın uğurlarına sevinən, çətinliklərinə dözən və inkişafına az-çox dəstək olan qələm adamlarından biri kimi Azərbaycan Televiziyası və Radiosunda çalışdığım dövrdə ustadlardan eşitdiyim, habelə şahidi və iştirakçısı olduğum saysız-hesabsız xoş, məzəli əhvalatlar var ki, bu gün də öz təravətini saxlayır və güman edirəm ki, müasirlərimiz tərəfindən maraqla qarşılanacaq.


Beləliklə...


“Əmək bulaq kimi qaynayır”


Ötən əsrin yetmişinci illərinin axırlarında – dəqiq tarixi yadımda deyil – Radionun “Xəbərlər” Baş redaksiyasının Baş redaktoru Valid Sənani üç gənc müxbirə - Heydər Zeynaoğluna, Tahir Abbaslıya və bu sətirlərin müəllifinə tapşırıq verdi ki, zəhmət çəkin, durun gedin hərəniz bir müəssisədən reportaj hazırlayıb gətirin, bekarçılıq fayda verməz.

İsti yay günündə, kondisionerli otaqda pürrəngi çaydan içib iş gününün axırını gözləyən cavan reportyorların təbii ki, ağır səsyazan aparatla neçə avtobus dəyişə-dəyişə reportaj dalınca getməyə həvəsləri yox idi. Amma baş redaktorun tapşırığını yerinə yetirməmək də mümkün deyildi.


Yaraqlanıb-yasaqlanıb düşdük yolun ağına. Amma elə komitənin həyətindəcə ayaqüstü məşvərət elədik və qərara gəldik ki, o dövr üçün dəbdə olan, məqbul sayılan və eyni zamanda zəhlətökən cümlələrdən gen-bol istifadə edək. Bilirdik ki, olduqca savadlı və novator insan olan Valid müəllimin bu cür stereotiplərdən, döyənək ifadələrdən zəndi-zəhləsi gedir. Beləliklə, hər üçümüz guya acıq çıxırmışıq kimi üç-beş dəqiqəlik reportajda azından dörd-beş dəfə “əmək bulaq kimi qaynayırdı” cümləsini işlətdik. Bu ifadəni öz mətnimizdə, həm də müsahibimizin çıxışında zorla da olsa yerləşdirdik. Reportajları efirqabağı dinlətmək və “viza” almaq üçün Valid müəllimin otağına gəldik. O, hər üç reportajı səbirlə dinlədi, efirə imzaladı və fikrini bu cür ifadə elədi: “Gedin montaj otağında o bulaqların suyunu bir balaca azaldın, yadınızdan çıxarmayın ki, bulaqlar kənddə olur, şəhərdə bulaq-zad nə gəzir”.

 


“Bəndənizin familiyası nədir?”


Günlərin birində Valid müəllim “Ədəbiyyat və incəsənət” qəzetinin efir xülasəsi üçün qonorar yazmağı redaksiyanın əməkdaşı Cəbrayıl İmanquliyevdən xahiş edir. Cəbrayıl soruşur ki, qonorar kimin adına yazılacaq. Valid müəlim də şirin Bakı ləhcəsi ilə qayıdıb deyir ki, alə, bilmirsən kimə yazılacaq? Əlbəttə ki, bəndənizə.


Beş-on dəqiqə keçir, Cəbrayıl müəllim qayıdıb əlindəki qonorar kağızını Valid Sənaninin stolunun üstünə qoyur və deyir ki, ay müdir, xahiş edirəm, Bəndəniz müəllimin familiyasını, bir də ünvanını verin, işimi tamamlayım.


...Açıqlamağa ehtiyac varmı?

 


“Bizə də süd ayırın”


Ötən əsrin 70-ci illərində Dövlət Teleradio Verilişləri Komitəsinin rəhbərliyi səviyyəsində keçirilən növbəti iclasların birində texniki və ekoloji cəhətdən zərərli hesab olunan sahələrdə çalışan əməkdaşların problemləri müzakirə olunur. Komitə rəhbəri o dövr üçün aktual hesab olunan bir çox məsələlərin, o cümlədən işçilərə hər gün yarım litr süd verilməsinin tezliklə həllini müvafiq şöbəyə tapşırır. Bu vaxt “Ermənicə verilişlər” redaksiyasının baş rejissoru, olduqca baməzə və zarafatcıl insan kimi tanınan Arif Mədətov icazə alıb ayağa qalxır:


-Yoldaş sədr, xahiş edirəm, göstəriş verin, mənə də gündəlik süd payı ayrılsın. Axı, mən ermənilərlə işləyirəm...


Təsəvvür edirsinizmi, bu sözləri o dövrdə işlətmək yalnız yumorun gücündə deyildi...



“3 necə 4 oldu”


Azərbaycan Radiosunun flaqmanlarından olan Hidayət Səfərli (nəğməkar şair İslam Səfərlinin kiçik qardaşı) Daşkəsəndən ezamiyyətdən qayıdır. O, dağlar şəhərindən hazırladığı reportajları efirə imzalatmaq üçün baş redaktor Hacı Hacıyevə təqdim edir. Reportajların biri son illər mədənlərdə aşkar edilən yeni mərmər növlərindən bəhs edirmiş. Hidayət müəllimin təzə məhsulların sayını bildirmək üçün işlətdiyi “üç cür mərmər” ifadəsi əməlli-başlı müzakirə mövzusuna çevrilir. Naxçıvanlılara xas olan şirin ləhcə özünü açıq-aşkar göstərir və Hacı müəllim bu ifadənin daha səlis, rəvan işlənməsi üçün müəllifi iki-üç dəfə səsyazma studiyasına göndərir. Axırda Hidayət müəllim bu işin çarəsini özünəməxsus tərzdə tapır – “üç cür”ü “dörd cür” oxuyur və canını tələbkar redaktorun əlindən birtəhər qurtarır. Hacı müəllim də qayıdıb deyir ki, Hidayət, düz elədin, sən gələndən bəri yəqin ki, dördüncü növ mərməri də tapıblar.

 


“Məni oradan itələyənin...”


Bakı bulvarındakı məşhur “Saat qülləsi” bir zamanlar paraşütdən tullananların yarışı üçün də istifadə olunurdu. Günlərin birində Radionun ən operativ müxbirlərindən sayılan Altay Zahidov bu yarışlardan reportaj hazırlamaq üçün qüllənin altında dayanır. İlk tullanan idmançıya yaxınlaşıb təəssüratını soruşur. İdmançı da rus olur, amma tövşüyə-tövşüyə əlilə mikrofonu qapadıb yağlı və qısaca bir intervyu verir – Müəllim, məni oradan itələyənin lap elə...

 


“Hədə bahasına başa gələn müsahibə”


“Günün ekranı” xəbərlər proqramının Baş redaktoru Ənvər Qafarlı bir gün gənc və istedadlı telejurnalist Tahir Aydınoğlunu yeni tikintilərdən reportaj hazırlamağa göndərir. Tahir obyektin iş icraçısı ilə sonuncu - doqquzuncu mərtəbədə çəkilişini tamamlayıb həmsöhbətindən xahiş edir ki, beş-altı cümləlik müsahibə də versin, süjet hazır olsun. İndiyə baxmayın, sovet dövrü təbii, səmimi intervyu almaq olduqca müşkül məsələ idi. Adamlar danışmaqda çətinlik çəkir, uzaqbaşı əvvəlcədən hazırlanan mətnləri güc-bəla əzbərləyib könülsüzcəsinə nə isə çox məzmunsuz, bəsit müsahibə ilə canlarını qurtarırdılar. Tahir də çalışır ki, qısa da olsa müsahibi təbii danışsın, fikrini lakonik çatdırsın. Amma onun istəyi heç cür alınmır. Belə olduqda Tahir arıq, uzundraz iş icraçısının yaxasından yapışır (bu işdə ona kino-operator da kömək edir) və qəti şəkildə bildirir ki, ya danışmalısan, ya da köməkləşib səni doqquzuncu mərtəbədən atırıq yerə. Bunu da texniki qəza kimi camaata özümüz çatdırarıq. Tahirin əslində zarafatla dediyi sözləri iş icraçısı gerçək kimi qəbul edir və gözlənildiyindən də artıq dərəcədə bülbül kimi ötür. Müsahibə elə alınmışdı ki, ertəsi gün səhər toplantısında onu Baş redaktor hamımıza nümunə kimi göstərdi və dedi ki, çalışın, siz də belə müsahibələr ala biləsiniz.

 


“Gəlsin yox, gəlsinlər ey...”


“Günün ekranı” xəbərlər proqramının çəkiliş qrupu pambıq yığımının qızğın çağında İmişliyə gedir. Rayon partiya komitəsinin məsul işçisi ilə bir neçə kolxozda çəkiliş aparandan sonra sərin kölgəliklərin birində televiziya əməkdaşlarına qonaqlıq verilir. Süfrəyə hər cür nemət düzülür, nədənsə araq qoyulmur. Heç demə, raykom işçisi Bakıdan gələn qonaqlrdan abır edirmiş, utanırmış. Ona görə də spirtli içkinin qoyulmasını məsləhət bilməyibmiş.


Nə isə. Dadlı yeməklər soyuyub qalır, müxbir də, kino-operator da könülsüz salatdan-zaddan yeyib başlarını qatırlar. Xidmətçi ayıq adam olur, növbəti yanaşmada məsul işçidən parolla soruşur:


- Müəllim, bəlkə... gəlsin?


Elə bil himə bənd olan kino-operator çinar boylu Çinar dimdik ayağa qalxıb ucadan hayqırır:


- Alə, gəlsin yox ee, gəlsinlər...


Açması: - “Yəqin ki, bir butulka ilə kar aşmaz, əmioğlu!”.

 


P.S.
Danışdıqlarım kimi əhvalatlar, bundan da maraqlıları çoxdur. İnşallah, ömür vəfa eləsə, yenə yazaram. Sözümün canı isə odur ki, bu əhvalatların iştirakçılarının, müşahidəçilərinin bəziləri dünyasını dəyişib, Haqq dərgahına qovuşublar. Ruhları şad olsun. Qalanlarımıza da Allah ömür versin, məsləhət bildikləri, şahidi olduqları məzəli əhvalatları yazsınlar, ortaya çıxarsınlar. Bütün bunlar bir könül xoşluğu, həm də gənclərə bir örnək olardı. İndiki cavanlar düz yoldadırlar, professional jurnalistikamızın sirlərinə dərindən yiyələnirlər. Azərbaycan Televiziyası və Radiosu, elə digər kanallarımız da yaddaqalan uğurlara imza atır, Vətənin şanlı salnaməsinə yeni-yeni səhifələr yazırlar. Ancaq unudulmamalıdır ki, şux zarafatlar, sağlam yumor insan ömrünü uzadan, yeni yaradıcılıq uğurlarına impuls verən amillərdəndir.


Bayramınız mübarək, əziz həmkarlarım, gənc və perspektivli teleradio əməkdaşları! İşləriniz uğurlu olsun!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35 “AzerTelecom”un layihəsi beynəlxalq konfransda müzakirə edilib - FOTO 30 Noyabr 2020, 21:29 Ermənistanda növbəti etiraz aksiyası 30 Noyabr 2020, 21:21 Gürcüstanda zəlzələ 30 Noyabr 2020, 21:07 Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib - RƏSMİ 30 Noyabr 2020, 20:54 Tramp vaksinin istifadəsinə icazə verməyə çağırdı 30 Noyabr 2020, 20:49 Gürcüstanda nazir və müavini koronavirusa yoluxdu 30 Noyabr 2020, 20:36 Nazir Günay Əfəndiyeva ilə görüşdü 30 Noyabr 2020, 20:24 Salyanda azyaşlını maşın vurdu 30 Noyabr 2020, 20:13 Qızıl və gümüş ucuzlaşdı 30 Noyabr 2020, 20:03 Nazirlik qazi Kənanı nəzarətə götürdü - anası işlə təmin edildi 30 Noyabr 2020, 19:52 Rusiya sülhməramlıları üçün növbəti maddi-texniki təminat vasitələri gətirildi - VİDEO 30 Noyabr 2020, 19:43 Şamil Ayrım İlham Əliyevi təbrik etdi 30 Noyabr 2020, 19:34 Türk minaaxtaranlar Qarabağda - FOTO 30 Noyabr 2020, 19:25 Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı AÇIQLAMA 30 Noyabr 2020, 19:16 Bayrağı uca 30 Noyabr 2020, 19:07
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?