Modern.az

Üç nəfər YAP-ın Təftiş Komissiyasından çıxarıldı - ADLAR

Üç nəfər YAP-ın Təftiş Komissiyasından çıxarıldı - ADLAR

Ölkə

Bu gün, 16:10

Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən VIII Qurultayında Təftiş Komissiyasının yeni tərkibi seçilib.

Modern.az xəbər verir ki, əvvəlki tərkibdə yer alan 3 nəfər - deputatlar Sevinc Hüseynova, Nizami Səfərov və sabiq deputat Musa Musayev kənarda qalıblar.

Qeyd edək ki, Sevinc Hüseynova indiyədək Təftiş Komissiyasının sədri idi.

Əvəzində deputat Samir Vəliyev ilk dəfə Təftiş Komissiyasının üzvü seçilib.

Təftiş Komissiyasının üzvlərinin sayı 13-dən 11-ə düşüb.

Yeni üzvlər:

Naqif Həmzəyev
Həsən Həsənov
Aydın Hüseynov
Badam Hüseynova
Məlahət İbrahimqızı
Vüqar İskəndərov
Sadiq Qurbanov
Elman Nəsirov
Cavanşir Paşazadə
Səməd Seyidov
Samir Vəliyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər