Modern.az

Prezidentdən "Bakı Metropoliteni" ilə bağlı FƏRMAN

Prezidentdən "Bakı Metropoliteni" ilə bağlı FƏRMAN

Ölkə

Bu gün, 15:56

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Modern.az fərmanın mətnini təqdim edir. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:          

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026, № 5 (I kitab), maddə 408) 2.1-ci bəndinə hər iki halda “tramvay, taksi” sözlərindən sonra “, sərnişin kanat yolları” sözləri, “metro, tramvay” sözlərindən sonra “, sərnişin kanat yollarının” sözləri əlavə olunsun və həmin bənddə “taksi və avtobuslara” sözləri “taksilərə, avtobuslara və sərnişin kanat yollarına” sözləri ilə, “və tikintisini” sözləri “, tikintisini və istismarını” sözləri ilə əvəz edilsin.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər