14 Noyabr 2020, 09:48 | Ana Səhifə - Yazılar - Əsəb savaşı...
Əsəb savaşı...

Qəzənfər Həmidoğlu

Müharibə hərb meydanında bitdi və keçdi masaya. İnformasiya savaşı daha da şiddətləndi.

44 günün zirvəsi Şuşaya qayıtmağımız oldu, düşmənin taqəti kəsildi, ruhu öldü və 3-4 günə Xankəndiyə bayraq sancmağa hazırlaşırdıq ki, noyabrın 10-da Rusiya araya girib erməniləri ipdən aldı.

O gündən ikili hissin qucağına düşdük: sevinc içində boğulmaq istəyirik, amma Qələbəmiz ətrafında baş verənlər imkan vermir, qıcıq qapırıq.

Öncə bunda anlaşaq: Azərbaycan cəmiyyətində aşağıdan yuxarıya kimsə 1996 nəfərlik Rusiya hərbi kontingentinə gerçək sülhməramlı qüvvə kimi baxmır.

Fərq situasiyanı qiymətləndirməkdədir. Maksimalistlər bunu "Rusiya qoşunlarını qaytarmaq" sayır. "Qaytarmaq" şübhəli kəlmə və ağır ittihamdır. Rusiyanın təhdid və təzyiqlərini görməzdən gəlməkdir. Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə yanaşı, hər zaman yanımızda olan Türkiyə də hədəf alınır.

Realistlərin qəti qənaəti isə belədir: Realpolitik nəyə fürsət verdisə və nəyə imkan oldusa, indiki reallıq üçün onu maksimum əldə etdik. Bütünlükdə Vətən müharibəsində hərbi yolla Qələbə qazanılıb, düşmən kapitulyasiyaya uğradılıb. Qalıb son strateji hədəfə siyasi yolla çatmaq.

Hərb meydanında oyun birmənalı idi - gücümüzlə Şuşaya çatdıq. Masada oyun qaydaları daha qəlizdir. Zira "danışıqlar - güc nümayişinin ən mürəkkəb üsuludur"( Sargonikus).

Əsəb və ya sinir savaşı (war of nerves) bir dövlətin siyasi məqsədlərlə başqa dövlətə psixoloji təzyiqidir. Ruslar bu işdə mahirdirlər, özəlliklə də kiçik dövlətlərə qarşı. Düzdür, Azərbaycan dövlətinə qarşı bu savaşın elə bir effekti yoxdur, amma vətəndaşlarımızı təbdən çıxarır.

Rusiya təbliğatının başında Putinə yaxın iki nəfər durur: Marqarita Simonyanın "xaç atası" Aleksey Qromov (KİV) və Sergey Kiriyenko (İnternet). Ortalıqda görünmürlər, amma "beyin bişirməkdə" Göbbels onların əlinə su tökməyə yaramaz.

Noyabrın 10-dan Kreml və zəhlətökən ruporları informasiya savaşında bütün cəbhə boyu Azərbaycan və Türkiyəyə qarşı hücuma keçiblər. Nəticədə maksimalistlər haqlı görünür, realistlərin əsəbləri tarıma çəkilir.

Gerçəkdən də, Putinin Dağlıq Qarabağ üçün idarələrarası humanitar əməliyyatlar mərkəzi yaratması, xunta rəhbəri Araik Arutunyanın rus sülhməramlı missiyasının rəhbəri Rüstəm Muradovla görüşməsi, Lavrovun

"Türkiyənin heç bir sülhməramlısı Qarabağa göndərilməyəcək" sözləri, Rusiya TV-lərinin həyasızlığı və s. qıcıq yaradır.

Düzdür, onlar rus və erməni başı "bişirirlər" - əsas hədəf Rusiyanın daxili və Ermənistandır. Putin əzilmiş və alçaldılmış Ermənistanın "könlünü alır" ki, onları daha rahat qucaqlasın. Digər yandan, Rusiyanın həzm edə bilmədiyi, özündən çıxaran Türkiyə hərbçilərinin Qarabağa gəlişidir. Putinin Ukraynanı söymək üzrə ixtisaslaşan telekanalları Vətən savaşı günlərində rus auditoriyasına təlqin edirdi ki, Türkiyə Rusiyaya tay ola bilməz, supergüc hansısa regional oyunçunu Cənubi Qafqaza buraxmaz və Moskva "arxa bağçası" nı kimsə ilə paylaşmaz .

Amma nə oldu?!.

Ankara gücünü göstərdi. Türkiyə qüvvələrinin rus "sülhməramlıları"na nəzarət edəcəyi faktını Moskvada çoxları hələ də pis yuxu sayır.

Məhz bizim qrantımız da maksimalistlərin görmək istəmədiyi Türkiyə kartındadır. Türkiyə hərbçiləri gələcəklər, məhz Lacına, Zəngilana yerləşəcək, Murovdan Göyçə gölünü seyr edəcəklər.

Əsəb savaşında kefinizi pozmaq istəmirsənizsə, qulağınızı Moskvadan deyil, Ankaradan gələn səslərə tutun.

Hulusi Akar əgər "Qarabağ sazişində Türkiyənin yeri harada deyə soruşanlara cavab verirəm: Türkiyənin yeri bu məsələnin dibində, həm döyüş meydanında, həm də danışıqlar masasındadır” - deyirsə, Mövlud Çavuşoğlu "Qalıcı çözüm qardaş Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq müddəalar əsasında nəticələnməlidir", - deyə bəyan edirsə, qardaşlarımıza inanmalıyıq.

Proqnoz vermək çətindir, üstəlik yanvardan bu işə Bayden də qoşulacaq. Şübhə etməyə dəyməz ki, Putin hardadırsa, Ağ evin yeni sahibi də orda peyda olacaq.

Sadəcə intuisiyadır: Ova gələn ovlana, Qarabağ rus ayısı üçün türk tələsinə çevrilə bilər.

Suriyada, Liviyada, Şərqi Aralıq dənizində, Dağlıq Qarabağda, Rusiyanın içində və çölündə baş verənlərin məntiqi davamı olaraq 21-ci əsrin 21-ci ilindən əcaib sürprizlər gözləmək olar.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Emmanuel erməni Emma Makronyanın oğludur… 16 May 2021, 16:08 Ermənistanın birinici prezidenti parlament seçkilərində iştirak edə bilər 16 May 2021, 16:00 Azərbaycanda gənc prokuror vəfat etdi 16 May 2021, 15:54 Müharibədən sonra 21 mindən çox insana sosial dəstək göstərilib 16 May 2021, 15:42 SOCAR Ukraynada yanacaq satışını DAYANDIRDI 16 May 2021, 15:36 7 marşrut üzrə avtobuslar kart sisteminə keçir - SİYAHI 16 May 2021, 15:30 Ermənistanla Azərbaycan arasında “sərhəd danışıqları” aparılır - YENİLƏNİB 16 May 2021, 15:28 Apreldə 5 mindən çox yeni abonent qeydə alınıb 16 May 2021, 15:24 İsrailə bütün beynəlxalq uçuşlar dayandırıldı 16 May 2021, 15:18 Makronun erməni sevgisinin arxasında nələr dayanır...                                   16 May 2021, 15:12 Niderlandda yaşayan soydaşlarımızdan humanist addım    16 May 2021, 15:06 Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə - FOTO 16 May 2021, 15:00 Tanınmış jurnalist vəfat etdi 16 May 2021, 14:54 Suqovuşan yaxınlığında ASALA-nın anbarı aşkarlandı - FOTO 16 May 2021, 14:48 Qəzza sektorunda ölənlərin sayı 200-ü KEÇDİ 16 May 2021, 14:42 XTQ gizirinin Nigara etdiyi evlilik təklifinin VİDEOSU 16 May 2021, 14:37 Şahbaz Xuduoğlunun velosipedi oğurlandı 16 May 2021, 14:32 Qarabağda döyüşən livanlı terrorçunun məhkəməsi başladı 16 May 2021, 14:26 Məmur olmaq istəyənlər imtahan verdilər 16 May 2021, 14:20 Türkiyəyə göndərilən daha 5 qazimiz Vətənə dönüb 16 May 2021, 14:14 Paşinyanın atası türkdür? - Azərbaycanlı siyasətçidən AÇIQLAMA 16 May 2021, 14:08 Azərbaycanın əsas ticarət TƏRƏFDAŞLARI - SİYAHI 16 May 2021, 14:04 Milli Məclis sədrinin İtaliyaya səfər proqramı AÇIQLANDI 16 May 2021, 14:00 “Ordumuzun təlimləri Ermənistana əzələ nümayişidir” - Hərbi ekspert 16 May 2021, 13:54 Azərbaycanda ÜDM azalıb 16 May 2021, 13:48 Şəhid zabitin dəfnindən FOTOLAR 16 May 2021, 13:42 Naxçıvan Qarnizonu döyüş tapşırıqlarını icra etmək üçün təyinat rayonlarına çıxarılır 16 May 2021, 13:36 “Allah hər kəsə Şuşa ziyarəti qismət etsin!” - Şuşadan qayıdan SƏNƏTÇİLƏR 16 May 2021, 13:30 Azərbaycan Ordusuna həyəcan siqnalı verildi - VİDEO 16 May 2021, 13:24 Şəhid gizir Qubada dəfn olundu - FOTOLAR 16 May 2021, 13:18 Azərbaycan daha bir beynəlxalq sənədi təsdiq edir 16 May 2021, 13:12 Yazıçıdan azad olunmuş ərazilərlə bağlı TƏKLİF - “70 yaşdan yuxarı insanları...” 16 May 2021, 13:06 Başçı gözləyən rayonlar... 16 May 2021, 13:01 Ermənistan Təhükəsizlik Şurası Qaragöllə bağlı TOPLAŞDI 16 May 2021, 13:00 Türkiyədə bu şəxslər üçün karantin yumşaldılır 16 May 2021, 12:55