14 Dekabr 2020, 16:40 | Ana Səhifə - Yazılar - Xamneyidən sonra Xamneyi...
Xamneyidən sonra Xamneyi...

Qəzənfər Həmidoğlu

2020-ci il İran üçün uğursuz başladı. Yanvarın 3-də İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri general Qasim Süleymani Bağdadda amerikanlar tərəfindən öldürüldü.

İlin sonuna doğru isə İranın nüvə fiziki Möhsün Fəxrizadə Tehran yaxınlığında sui-qəsd qurbanı oldu.

İl boyu Covid-19 pandemiyası iranlılara göz açmağa imkan vermədi. Digər yandan, Trampın təhdidləri səngimədi, regional və qlobal miqyasdakı uğursuzluqlar İran diplomatiyasını dabanbasma izlədi.

2020-ci ilin payızında isə Tehran qəfil yaxalandı:

Ermənistan ordusunu hərb meydanında 44 günə darmadağın edən Azərbaycan regionda siyasi, iqtisadi və hərbi təsirini artıraraq ciddi geosiyasi fiqura çevrildi. Tehran bu müddətdə nala-mıxa vurdu: neytral olduğunu bəyan etdi, sözdə Bakıya, əməldə İrəvana dəstək verdi. Təsadüfi deyil ki, İran Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Diako Hüseyni İkinci Qarabağ müharibəsində İranın neytral mövqeyini strateji səhv sayır və hesab edir ki, Tehran İrəvanın yanında durmalı idi. Maraqlıdır, dursa nə olacaqdı?!.

Bizim Vətən Müharubəsinin sonunda İran özünü faktiki olaraq "uduzan tərəf" kimi hiss etdi. Güclü Azərbaycan Tehranı həmişə, son 30 ildə xüsusilə narahat edib. Budur, həmin Azərbaycan indi Arazın şimalından qalib görkəmdə baxır. Özü də köhnə geosiyasi konyunktura tar-mar olub: Türkiyənin Cənubi Qafqazda fəallığı artır, İranın təbii müttəfiqi Ermənistan yarımcandır, Zəngəzur dəhlizinin işə düşməsi İslam Respublikasının siyasi-iqtisadi maraqları ilə tərs mütənasibdir.

Tehran özünü qovulmuş kimi hiss edir: İranın xarici işlər nazirinin müşaviri Abbas Araqçının planını - Rusiya, İran və Türkiyənin iştirakı ilə Qarabağda nizamlama təklifini saya salan tapılmadı.

Bir bayatıdan silkələnən İran indiki situasiyada strateji perspektivini çətin ki, aydın görə bilsin. Yaxın Şərq və ABŞ faktorunu bir kənara qoyaq. Güclü Azərbaycan başlı-başına İran üçün həm regional, həm də Güneylə bağlı daxili təhdiddir.

Bakı və Tehran vaxtaşırı dostluq mesajları verir, amma bir-birlərinə bel bağlamırlar. Azərbaycan Respublikasınln hakimiyyəti nə qədər inandırsa da, molla rejimi şübhələnir ki, ABŞ və İsrail nə vaxtsa Azərbaycan ərazisindən İrana hücum edə bilər.

Ərdoğanın Zəfər paradında oxuduğu bayatıya sərt reaksiya isə Tehranın köhnə qarınağrısının simptomudur. İran Azərbaycan milli düşüncəsində Güney məsələsinin hansı yeri tutduğunu gözəl anlayır və isteriya keçirir.

Qacarlar xənadanı yıxılandan İranda belə fobiya var ki, Qərbi və Şərqi Azərbaycan ostanları nə vaxtsa Azərbaycan Respublikası ilə birləşə bilər.

İran rejimləri bu fobiya ilə 30-35 milyonluq Azərbaycan türklərinin mövcudluğunu siyasi anlamda real dəyərləndirə bilmədilər, ümid bağladıqları ümmət-məzhəb çətiri də işə yaramır: qondarma ideolojilərlə, mifik İranla nə qədər uzağa gedə biləcəklər?

Tehran üçün işlərin yolunda getmədiyi bir vaxtda İranın ali dini lideri ayətullah əl-üzma Seyyid Əli Hüseyni Xamneyinin (Xamnədən olan kəsə nədən "Xameneyi" deyilir, anlaşılan deyil) səhhətinin pisləşdiyi, hətta öldüyü barədə qeyri-rəsmi xəbərlər yayıldı. Lakin İran hakimiyyəti rəhbərin səhhətinin yaxşı olduğunu bildirdi.

İlk dəfə deyil ki, mərceyi-təqlidin səhhəti ilə bağlı belə xəbərlər yayılır. Allah böyük Mirzə Fətəlinin həmkəndlisinə ömür versin.

Amma İmam Xomeyninin dönəmində İran prezidenti, 1989-cu ildən isə Vilayəti-fəqh olan ayətullah Xamneyinin 81 yaşı var.

Yəni, varis məsələsini gözardı etmək mümkün deyil. Hər halda, yaşın fərqi var və İranın gələcəyi ətrafında spekulyasiyalara zəmin yaradır.

Hazırda İran dairələri ayətullah Xamneyidən sonrakı dövr barədə aydın fikir və təsəvvürlərə sahib deyil.

Siyasi konyunktura, hakimiyyətdaxili qüvvələrin çəkişmələri fonunda ali rəhbər postunun gələcəyinə dair üç variant nəzərdən keçirilir:

Birincisi, kollektiv rəhbərlik - üç nüfuzlu ruhani Ali liderlər funksiyası daşıyır. Lap Roma triumviratına oxşadı...

İkincisi, Ali liderin funksiyaları məhdudlaşdırılır, sadəcə, dini rəhbər funksiyası qallr. Amma bu, İmam Xomeyninin doktrinasına ziddir: 12-ci imam Mehdi sahibi əz-zaman gələnədək şiələrə Vilayəti-fəqh rəhbərlik etməlidir.

Üçüncü variant: heç nəyə əl dəyilmir, hər şey olduğu kimi qalır. Xubrigan Məclisi (Ekspertlər Məclisi- 88 seçkili üzv) yeni "rəhbər-i muazzam-i iran"ı seçir.

"Meclis-i Xubregan-i Rehberi"yə sonuncu seçki 2016-cl ildə keçirilib, heyəti nisbətən gəncləşib. Yenə də məclisdə radikal mühafizəkarlar mötədillərdən (şərti liberal reformatorlar) üstündürlər. Onların arasında nə qədər sərt rəqabət olsa da, ali rəhbər postunu hansı qruplaşmanın liderinin tutmasından asılı olmayaraq İranın yürütdüyü əsas kursda kəskin dəyişikliklər gözlənilmir. Yəni, ali rəhbər dəyişikliyi nəticəsində, bir çox gözləntilərə rəğmən, İran "qayığı" elə də bərk ləngər vurmayacaq.

Yalnız dünyada və regionda baş verəcək sərt dəyişikliklər İranın siyasətinə güclü təsir edə bilər.

Əvvəllər Xamneyinin yerinə göz dikən nüfuzlu ruhanilər - eks-prezident Rəfsəncani, ayətullah əl-üzma Mahmud Haşemi Şahrudi, Məhəmməd Yəzdi və s. canlarını tapşırıblar.

Yeri gəlmişkən, ayətullah Xamneyinin Azərbaycan türkü olması molla rejimi üçün sərf-nəzər ediləcək faktor deyil. "Bizdən biri"nin, Təbrizin Qarabağlar məhəlləsində yetişən kəsin Tehranda ali məqamda oturması Güney üçün indiyədək fərqli situasiya yaradırdı. Düzdür, güneylilər belə kimliklə bağlı başqa fikirdə ola bilər, yada salarlar ki, İranın birinci şəxsinin bizdən olması İslam Respublikasında Azərbaycan türklərinin əzilməsinə əngəl olmayıb. Amma İran isteblişmenti Güney faktorunu diqqətdən qaçıra bilməz.

Təsadüfi deyil ki, ortalıqda ayətullah Xamneyinin oğlu Müctəba Xamneyini öz yerinə hazırladığına dair söz-söhbətlər dolaşır.

Ağanın (Xamneyini tərəfdarları onu belə adlandırır) ikinci oğlu Müctəbanın atasından sonra ölkəyə rəhbərlik etmək istədiyi, bu istiqamətdə bəzi işlər gördüyü hələ 2009 hadisələrindən sonra müxaliflər tərəfindən irəli sürülürdü.

Ali rəhbər olmaq üçün mərcəyi-təqlid (Böyük müctəhid) olmaq lazımdır. 1989-cu ildə Xamneyi ayətullah idi, Xomeyninin istəyi ilə bir günə mərceyi-təqlid elan edilmişdi. Bu dini rütbələrə nail olmaq üçün risalələr yazmaq lazımdır. Müctəba Xamneyi müctəhidlikdən tez bir vaxtda höccətül-İslam pilləsinə qaldırılıb. Höccətül-islam vəl-müslimin şiə iyerarxiyasında üçüncü məqamdır, ayətullah ikincidir. Xamneyi Vilayəti-fəqihdir, oğlunu birbaşa mərceyi-təqlid etsə, kimsə əngəl ola bilməz...

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Bayden Ermənistan və Azərbaycanı danışıqlara çağırdı 5 Avqust 2021, 03:54 İldırım toy mərasiminin 16 iştirakçısını vuraraq öldürdü 5 Avqust 2021, 01:00 “Futbolçular daha peşəkar davranmalıdırlar” - Qurban Qurbanov 5 Avqust 2021, 00:55 FHN Türkiyəyə göndəriləcək üçüncü qrupla bağlı məlumat YAYDI 5 Avqust 2021, 00:49 Tokio-2020-də medal sıralaması 5 Avqust 2021, 00:38 Azərbaycanda yeni musiqi aləti yaradıldı - VİDEO 5 Avqust 2021, 00:27 “Yanğınların söndürülməsinə dəstək olan ən önəmli ölkə Azərbaycandır” 5 Avqust 2021, 00:19 Azərbaycan daha 20 ölkə ilə sərhədlərini açdı 5 Avqust 2021, 00:08 Daha iki idmançımız mübarizəyə BAŞLAYIR 4 Avqust 2021, 23:59 Azərbaycan ABŞ-a qoyduğu bu qadağanı ləğv etdi 4 Avqust 2021, 23:48 Şəhriyar Məmmədyarov mübarizəni dayandırdı 4 Avqust 2021, 23:39 “Ciyərlərimizi yandıranların ciyərlərini yandıracağıq” - Ərdoğan 4 Avqust 2021, 23:28 Türkiyədə yanğın İES ərazisinə daxil oldu - VİDEO 4 Avqust 2021, 23:19 Türkiyədə yanğınlarla mübarizə davam edir - VİDEO 4 Avqust 2021, 23:09 Türkiyədə 1 ailəni qətlə yetirən şəxs tutuldu - FOTO 4 Avqust 2021, 22:58 Canlı yayında intihara cəhd edən qazi xəstəxanaya yerləşdirildi 4 Avqust 2021, 22:48 İraqdakı ABŞ hərbçilərinə hücum edilib 4 Avqust 2021, 22:39 Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi 4 Avqust 2021, 22:28 Daşkəsən sakininə balta ilə xəsarət yetirildi 4 Avqust 2021, 22:17 Azərbaycandan Türkiyəyə dəstək üçün yeni heyət göndərilir 4 Avqust 2021, 22:08 Ukraynada azərbaycanlı gənc qətlə yetirildi 4 Avqust 2021, 21:59 Bu regionlarında böyrək daşı xəstəliyi daha geniş yayılıb 4 Avqust 2021, 21:48 Türkiyədə koronavirusla bağlı son vəziyyət 4 Avqust 2021, 21:39 Azərbaycanda valyuta ehtiyatlarının artımı proqnozlaşdırılır 4 Avqust 2021, 21:29 Bu ölkədə 3 yaşdan yuxarı uşaqlara da vaksin vurulacaq 4 Avqust 2021, 21:18 Türkiyədə yanğına görə daha bir nəfər həbs edildi 4 Avqust 2021, 21:08 Şokoladın səbəb ola biləcəyi xəstəliklər 4 Avqust 2021, 20:59 Bakı əhalisi ərzağa milyardlar xərcləyir 4 Avqust 2021, 20:48 MİQ üzrə müsahibə nə vaxt başlayacaq? 4 Avqust 2021, 20:39 Karantin qaydalarını pozan toy sahibləri CƏRİMƏLƏNDİ 4 Avqust 2021, 20:26 Bu gün 68 mindən çox vaksin vurulub 4 Avqust 2021, 20:14 Azərbaycanda yoluxma 1000-ə çatır - 5 nəfər öldü 4 Avqust 2021, 20:08 YAP-a birləşən bu partiyaların nümayəndələrinə üzüvlük vəsiqləri verilib 4 Avqust 2021, 20:00 Qətlə yetirilən Sevincin uşaqlarının aqibəti məlum oldu 4 Avqust 2021, 19:51 Ərdoğan Baxçalını evində ziyarət etdi 4 Avqust 2021, 19:40