17 Dekabr 2020, 09:55 | Ana Səhifə - Yazılar - Necə edək ki, Zəfər burnumuzdan gətirilməsin…
Necə edək ki, Zəfər burnumuzdan gətirilməsin…

Qəzənfər Həmidoğlu

Zəfərdən sonra həyat bayrama dönmür, savaşdan çıxan ölkə yenə köhnə dərd-sərinə qayıdır.


Başlıca stimul bu olur ki, Qalib xalq yeni ruh halı ilə köhnə və yeni diskomfortların öhdəsindən gələcək. Maraqlıdır, Zakir, Seyid Əzim, Mirzə Cəlil, Sabir və digər böyüklərimiz inandırırlar ki, bir-birimizə diskomfort yaşatmaq "mental" özəlliklərimiz sırasındadır...


***


Vətən müharibəsi ərəfəsində işsiz qaldığımdan keçmiş redaktor refleksi ilə sentyabrın 15-dən hər gün Azərbaycan və regionun yaxın və orta perspektivi ilə bağlı yüngül təhlil və təxminlər verməyə başladım.


Yazmağa yer qəhətə çıxdığından Twitter və Facebook-da "qəzetçiliy"ə başladım. Düzdür, iri yazıları sosial şəbəkələrdə nə oxuyan var, nə də bəyənən. Yazdığım atüstü kontent analizləri, təbliğatvari siyasi-bədii təhlilləri, replikaları, qrotesk-əhvalatları əsasən dost-tanış kontingenti oxuyur, ya da oxumadan bəyənir...


Bəziləri dedilər ki, "yaman məhsuldar" yazırsan. Əslində, 20 il "Ekspress"də elə bu işlə məşğul idim, amma başqa imzalar altında. Bir gizli imzam 0-cı illərdə mükafata təqdim edilmiş, hətta tanınmış bir professor barəsində məqalə yazmışdı...


Başqa birisi irad tutdu ki, keçmiş redaktor hara, analitika hara? Qısa bilgi: 90-cı illərdə əvvəlcə mərhum Həsən Quliyevin, daha sonra Eldar Namazovun rəhbərlik etdiyi PA-nın Analitik informasiya xidmətinin, sonralar isə Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin (BSTM) əməkdaşı olmuşam. BSTM ilə o vaxtlar görkəmli analitik və tarixçi professor Aydın Balayev, tanınmış politoloq Leyla Əliyeva və başqa siyasi təhlilçilər əməkdışlıq edirdilər.


Keçək mətləbə. İkinci Qarabağ savaşı dövründə və sonra yazdığım yazılar siyasi anqajə (nə iqtidar, nə də müxalifət mövqeyinin) məhsulu deyil - gördüyümü təhlil edir, yetərli informasiya toplamadan təxmindən qaçıram.


"Ekspress"də də belə idi. Yeri gəlmişkən, qəzetin təsisçisi, maliyyə mənbəyi və mövqeyi bəlli idi: hər halda, mediada kimin əlinin kimin cibində olduğunu, qəzetlərin, saytların və informasiya agentliklərinin, küsüb-barışan "jurnalistika ağsaqqalları"nın necə və haradan maliyyələşdirildiyini hamının bilməsi fonunda filan şey yemiş qarğa kimi ortalıqda dolaşmırdı...


Qayıdaq mətləbə. Qarabağda və regionda hazırda yaranmış status-kvonu dəyərləndirərkən, nə pozitiv-optimist, nə neqativ-pessimist olmaq, nə də rus təhdidini şişirtmək və ya kiçiltmək gərək deyil.


Hakimiyyətin opponentləri elan edirlər ki, "Rusiya girdiyi yerdən çıxmır, Qarabağ işğal edilib, suverenliyimiz əldən gedib, xəyanət edilib". Sanki sonumuz çatıb, qalıb başdaşı sifarişi...


Bu opponentlərə opponentlik edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə xatırladır: "Rusiya gəldiyi yerdən bir daha getmir… Bəs Şərqi Avropa, Baltikyanı ölkələri, Azərbaycan (Qəbələ RLS), Mərkəzi Asiyanın əksər ölkələri, ərəb ölkələri və s.? Gedir və onun hərəkətləri konkret vəziyyətdən asılıdır".


Başımızı nə divara vuraq, nə də altına yastıq qoyaq. Sadəcə, real situasiyanı qərəzsiz və siyasi mülahizələrsiz, konstruktiv dəyərləndirməyə ehtiyac var.


Yazıqlar olsun ki, siyasi birlik və həmrəylik Vətən savaşı günlərində qaldı, ən önəmli milli məsələ artıq siyasi çəkişmə predmetinə çevrilir - Qarabağdakı status-kvoya, Rusiyanın təxribatlarına iqtidar-müxalifət prizmasından yanaşmanın şiddəti hər gün artır. Əslində isə Ordu düşməni qova-qova Şuşaya yürüyəndə siyasi həmrəylik dünyanın ən asan işi idi.


Savaşdan sonra hakimiyyətin darmacalda diplomatiyada, siyasi, hərbi, iqtisadi və sosial sahələrdə görəcəyi işlər, öhdəlikləri, Böyük Qayıdışla bağlı planlar, şəhid ailələri və qazilərlə bağlı qayğılar, pandemiyanın dərinləşməsi və s. onsuz da diskomfort situasiya yaradır.


İndidən baş sındırmaq lazımdır ki, cəmiyyətə əlavə sıxıntılar yaşadacaq aqressivləşmədən necə qaçaq ki, ən azı mənəvi anlamda Zəfər burnumuzdan gətirilməsin.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Şəhid ailələri və qazilərə vergi güzəştləri təsdiqləndi 3 Dekabr 2021, 11:47 Yaşayış minimumunun həddi 210 manata QALDIRILDI 3 Dekabr 2021, 11:46 Gələn ilin ehtiyac meyarının həddi 200 manat oldu 3 Dekabr 2021, 11:44 Naxçıvanın büdcəsi 8 milyon artırıldı 3 Dekabr 2021, 11:43 Fondun büdcəsi qəbul olundu 3 Dekabr 2021, 11:40 DSMF-nin gələn il üzrə büdcəsi TƏSDİQLƏNDİ 3 Dekabr 2021, 11:39 2022-ci ilin büdcə layihələrinə dəyişiklik edilib - Tahir Mirkişili 3 Dekabr 2021, 11:36 Ermənistanda minimum əməkhaqqı və yoxsulluq göstəriciləri 3 Dekabr 2021, 11:32 Gələn ilin dövlət büdcəsi QƏBUL OLUNDU 3 Dekabr 2021, 11:30 “QAZ 53”nən avtoxuliqanlıq edən sürücülər saxlanılıdı - VİDEO 3 Dekabr 2021, 11:26 Komitə sədri şəhid polkovnikin xanımı ilə görüşüb 3 Dekabr 2021, 11:23 1 saylı cəza çəkmə müəssisəsində 19 nəfər azadlığa buraxılır 3 Dekabr 2021, 11:20 Elçin Quliyev yaralı sərhədçilərlə görüşüb 3 Dekabr 2021, 11:15 Parlamentdə Şəhidlərin xatirəsi yad edilib 3 Dekabr 2021, 11:10 Zəfər amnistiyası ilə azadlığa çıxanların SAYI 3 Dekabr 2021, 11:07 Bayden-Putin görüşünün tarixi açıqlandı 3 Dekabr 2021, 11:04 Ermənistan rəsmiləri Zəngəzur dəhlizinə qarşı çıxır - İrəvanın yeni müharibə ssenarisi 3 Dekabr 2021, 11:00 ADU Konfutsi İnstitutunun təqdimatı 3 Dekabr 2021, 10:56 Ordumuzun giziri həlak oldu 3 Dekabr 2021, 10:52 Müdafiə nazirinin oğlu qəzada öldü 3 Dekabr 2021, 10:46 Şəhid Milli Qəhrəman - Baş Qərargah rəisinin 1-ci müavini... 3 Dekabr 2021, 10:42 Dünyada 1 milyard əlil var 3 Dekabr 2021, 10:40 Həbsdə ölən sabiq icra başçısının müavini bəraət istədi 3 Dekabr 2021, 10:35 Toy cəriməsi yazılanlar AZALIR 3 Dekabr 2021, 10:30 9 koronavirus xəstəsi SAXLANILDI 3 Dekabr 2021, 10:28 “Azərişıq” qanunsuz qoşulma aşkarladı 3 Dekabr 2021, 10:26 İcra başçısı qazinin evində olub 3 Dekabr 2021, 10:23 Sınaq imtahanında YENİLİK 3 Dekabr 2021, 10:20 Təbrizə qar yağdı - FOTOLAR 3 Dekabr 2021, 10:16 Helikopterlərin "qara qutu"sunda hansı məlumatlar olur? - AÇIQLAMA 3 Dekabr 2021, 10:10 Azərbaycan nefti ucuzlaşdı 3 Dekabr 2021, 10:05 Xanım sərnişini çaya dəvət edən sürücü SAXLANILDI 3 Dekabr 2021, 10:00 Kənd təsərrüfatına ən çox zərər vuran hadisə 3 Dekabr 2021, 09:57 55 yaşlı Mahir Qabiloğluyla 55 illik SÖHBƏT 3 Dekabr 2021, 09:54 Ramiz Rövşənin şeirləri ingilis dilində 3 Dekabr 2021, 09:51
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?