Modern.az

«Binə» Ticarət Obyekti özəlləşdirilməyə çıxarılıb

«Binə» Ticarət Obyekti  özəlləşdirilməyə çıxarılıb

2 Sentyabr 2009, 11:13

Sentyabrın 29-da Bakının Əzizbəyov rayonunda yerləşən «Binə» Ticarət Obyektinin ərazisi özəlləşdirilməyə çıxarılacaq. Bu barədə Modern.az saytına Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Komitədən bildirilib ki, obyektin özəlləşdirilməsi üçün keçiriləcək hərracda start qiymət cəmi 4193 manat məbləğində müəyyənləşdirilib. Ərazi hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansındadır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi