Modern.az

Gənclər və İdman Nazirliyi müsabiqə elan edib

Gənclər və İdman Nazirliyi müsabiqə elan edib

2 Sentyabr 2009, 13:24

Gənclər və İdman Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı növbəti müsabiqə elan edilib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müsabiqədə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilərlər.

Şərtlərə əsasən müsabiqədə iştirak etmək arzusunda olan namizədlər ali təhsilli olmalı, kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və sair proqramları orta yüksək səviyyədə,  xarici dil: rus dili, ingilis dili və ya fransız dillərini orta səviyyədə bilməlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır