Modern.az

Məcburi köçkünlər Ərdoğana məktub yazıb

Məcburi köçkünlər Ərdoğana məktub yazıb

16 Oktyabr 2009, 11:13

Modern.az-ın məlumatına görə Türkiyə ilə Ermənistan münasibətlərinin istiləşməsinə yönəlik protokolun imzalanması Azərbaycanda məcburi köçkünlərin xəyal qırıqlığına səbəb olub. Xankəndlilərin Milli Məclisdəki təmsilçisi Həvva Məmmədovanın verdiyi məlumata görə, bününla baglı seçicilər ona müraciət ediblər.
Deputat bildirib ki, seçiciləri məhz Türkiyənin bu yolu tutması xeyli mütəəssir edib: “İşğal olunmuş bir neçə rayondan olan məcburi köçkünlər mənə bildirdilər ki, bu addımı digər bir ölkə atsaydı onlar belə qayğılanmazdılar. Qardaş ölkədən belə bir addımı heç vaxt gözləmirmişlər. Onlar mənə sual etdilər ki, Ermənistanda bir milyondan artıq məcburi köçkün olsaydı, onun müttəfiqləri belə bir addım atardımı?”
H. Məmmədova qeyd edib ki, bu məsələ ilə bağlı məcburi köçkünlər Türkiyənın baş naziri Rəcəb Tayib Ərdoğana məktub da yazıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir