19 Oktyabr 2021, Çərşənbə axşamı
19 Aprel 2021, 12:09 | Ana Səhifə - Yazılar - Hüsü kişinin gördükləri, eşitdikləri və dedikləri - II Yazı
Hüsü kişinin gördükləri, eşitdikləri və dedikləri - II Yazı

Akif Təvəkküloğlu,
əməkdar jurnalist


Hüsü kişinin çox sərgüzəştləri var. Duzlu-məzəli, acılı-şirinli xeyli illər yaşayıb, ömür sürüb. Xoşbəxt insan olub, əməllərinin  el-obaya gün kimi aydın olması, insanlara yararlı olması və onu tanıyanların qəlbində, yaddaşında özünə “yuva” qurması idi xoşbəxtliyi. Heç kimin qəlbinə toxunmazdı. Hətta öz uşaqlarını belə görmədiyi, dəqiq bilmədiyi bir şeyə görə, kiminsə sözünə ilə nə danlayar, nə tənbeh edər, nə də günahlandırardı. Hər şeyin kökünə, dərinliyinə baş vurar, aydınlaşdırdıqdan sonra qərarını verərdi. Bu insani keyfiyyət ona çox hörmət qazandırmışdı. Hamı onu ədalətli bir insan kimi tanıyırdı. Ona görə də eldə-obada onun yanına məsləhətə gələnlərin sayı həddən artıq çox idi. Heç kimi “əliboş” yola salmazdı. Söz boxçası zəngin, şəffaf və aydın idi. Hamıya düz yol göstərər, hər bir işdə xeyir-dua verərdi. İncə qəlbli, könüllərə toxunmayan bu insanın sözü düz üzə deməyini də hamı bilirdi və buna artıq vərdiş etmişdilər. Heç nə gözündən yayınmazdı. Çox güclü müşahidə qabiliyyəti var idi. Müşahidə etdiyi səhv bir addıma ağsaqqal düşüncəsi və müdrik baxışı ilə dərhal reaksiya verərdi. Acı sözü, həqiqəti  adama elə ustalıqla deyərdi ki, qarşısındakı adam cınqırını belə çıxarmazdı. Kimisə yalandan nə tərifləyər, nə də tənqid edərdi.


Hüsü kişinin evinin qarşısından maşın yolu keçirdi. Yolun o biri tərəfi geniş, boş bir ərazi idi. Kənarlarda  boy-boya vermiş salxım söyüd və çinar ağacları ətrafa gözəllik verirdi. Düzdür payız, qış aylarında oralarda ins-cins görünməzdi. Amma elə ki, yaz günəşinin şəfəqləri yeri-göyü isitməyə başladı həmin ərazi dönərdi uşaqların futbol, voleybol və digər müxtəlif oyunlar oynadığı meydançaya,  böyüklərin isə “hap-gap”- söhbət yerinə.


...Elə-obaya bahar gəlmişdi,  insanlara Novruz sevinci gətirmişdi. Ağaclar tumurcuqlamağa, libaslarını yaşıllandırmağa başlamışdı. Adamlar daqış libasını dəyişirdi. Hüsü kişinin evinin qarşısındakı o palçıqlı, bom-boz yer gömgöy dona girmişdi. Elə bil yer də, göy də sevinir, ora toplaşanlar isə bu sevinci ürəkdolusu yaşayırdılar. Uşaqlar öz kefində idi. Böyüklər yenə ənənəyə sadiq qalaraq Hüsü kişinin başına toplaşmışdılar. Yenə danışdığı duzlu-məzəli söhbətlərlə hamını ovsunlamışdı. Dünyanın gərdişindən danışırdı. Amma qəfildən ağzındakı sözünü yarımçıq saxlayan qoca kənardan keçən bir nəfərə əl elədi. Onun “ay qonşu, ay qonşu, zəhmət olmasa bir ayaq saxla, əziyyət deyilsə, bura gəl” - deməsi ilə hamının diqqətini o tərəfə yönəldi. Çağırışdakı kinayəni və kiçik qəzəbi hər kəs hiss elədi. Doğrudan da yaxınlaşai adam Hüsü kişinin illərdi ki, qonşusu idi, özü də oxumuş, təhsilli bir  adamdı. Həmin şəxs ağsaqqallara yaxınlaşanda Hüsü kişi ondan soruşdu:

- A bala, sənin adın nədir?


Sualdan özünü itirən adam:


-A kişi, biz dədə-babadan qonşuyuq, mənim adımı bilmirsən bəyəm, yoxsa, məni ələ salırsan?


Hüsü kişi:

- Yox, bala, unutmamışam. Sən özün adını yaddan çıxarmamısan ki?


Qonşu qəzəbli halda:

- Adımı niyə yaddan çıxarıram? Bilmirsən ki, adım Əlisoltandır?


Hüsü kişi:


- Bilirəm oğul, bilirəm. Maşallah ayaqqabıların kimi ikimərtəbəli adın var - Əlisoltan. Yəni, Əli və Soltan. De görüm, hələ sən bir adda daşıdığın bu iki adın nə qədər böyük məna və mənəvi yük daşıdığını bilirsən? Niyə adına, ziyalılığına hörmət qoymursan? Niyə qohum-qonşunun yanından  salam-kəlamsız keçirsən? Yoxsa, bizi özünə yaraşdırmırsan? Maşallah üz-gözündən, üst-başından “yağ” damır. Hər gün elə bil “kraxmallanıb” çıxırsan. Ona görə sənə “kraxmal Əlisoltan” deyirlər. Səliqə-sahmanına söz ola bilməz. Ayaqqabıların toza, palçığa batmasın deyə ayaqqabının üstündən qaloş geyinirsən. El-oba səni həm də “qaloş Əlisoltan” kimi çağırır. Bəzək-düzəyinə söz ola bilməz. Savadın var, biliyin var, diplomun var. Amma adamlığın yoxdur. Salam vermək ən böyük mədəniyyətdir. Salam Allahın salamıdır. Adını da ziyalı qoymusan... Bəs bu uşaqlar səndən nə tərbiyə götürəcək? Bir qabiliyyətin olsun. Sənin atan yerində insanlar oturub burada. Gələndə-gedəndə onlara bir salam ver, hal-əhval tut. Salam insanlar arasında yaranan münasibət mədəniyyətinin əlifbasıdır. Bəs bunu sənə oxuduğun məktəblərdə başa salmayıblar?

Ziyalını elə bil don vurmuşdu. Hüsü kişinin qarşısında heykəl kimi üzü-gözü pörtmüş halda dayanmışdı. Çırtma vursaydın şar kimi partlardı...

Kəlmə kəsmədən başını aşağı salıb, xəcalətli adam kimi oradan uzaqlaşdı. Əlisoltan iki ay gözə görünmədi. Amma sonralar üzünə daim təbəssüm qonduran Əlisoltan müəllim qarşısına çıxan hər kəslə çox səmimi görüşərək salamlaşır, hal-əhval tutur, hətta hər bir işdə köməkdarlığını təklif edirdi. Eşidən-bilən də Hüsü kişiyə “bərəkallah” deyib zarafatla “verdiyin tərbiyəyə şükür” söyləyirdilər...

 

Ardı  var...

“Fransa sol qulağını sağ ayağı ilə qaşıyır”  19 Oktyabr 2021, 16:23 Yaponiyadakı Azərbaycan diasporundan bəyanat 19 Oktyabr 2021, 16:15 Britaniya Parlamentindən Azərbaycana TƏBRİK 19 Oktyabr 2021, 16:10 Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir 19 Oktyabr 2021, 16:04 “Narahatlıq hiss edən bütün uşaqlardan test götürülməlidir” 19 Oktyabr 2021, 15:59 Azərbaycanda yeni siyasi partiya yaradılır 19 Oktyabr 2021, 15:56 AccessBank tender elan edir 19 Oktyabr 2021, 15:53 Baş nazir QƏRAR imzaladı 19 Oktyabr 2021, 15:50 Formula-1 gələn il Bakıda bu tarixdə KEÇİRİLƏCƏK 19 Oktyabr 2021, 15:45 İlham Əliyev MEDİA işçilərinin sayını azaltdı 19 Oktyabr 2021, 15:43 Qrip və koronavirusa eyni anda yoluxma RİSKİ 19 Oktyabr 2021, 15:38 Prezident fərman İMZALADI 19 Oktyabr 2021, 15:34 II Qarabağ Müharibəsində ölən erməni məşhurlar - SİYAHI 19 Oktyabr 2021, 15:29 “Azərsu”dan yeni layihə - FOTO 19 Oktyabr 2021, 15:25 İlham Əliyevdən Məhərrəm Əliyevlə bağlı SƏRƏNCAM 19 Oktyabr 2021, 15:21 Bütün hədəflərimiz reallıqda öz əksini tapır 19 Oktyabr 2021, 15:16 Azad edilmiş rayonların baş planı Prezidentə təqdim ediləcək - RƏSMİ 19 Oktyabr 2021, 15:12 Prezident sabiq deputatla bağlı sərəncam VERDİ 19 Oktyabr 2021, 15:06 Nazir Kukla Teatrının direktorunu İŞDƏN ÇIXARDI 19 Oktyabr 2021, 15:00 “Ata Abdullayev məndən “iPhone 11” istədi” - MƏHKƏMƏ 19 Oktyabr 2021, 14:54 Sahibə Qafarova beynəlxlq konfransda iştirak edəcək 19 Oktyabr 2021, 14:48 11 il müəllim işləyən qadının “patı” istifadə etdiyi üzə çıxdı - VİDEO 19 Oktyabr 2021, 14:42 Narkotikə görə daha 12 nəfər saxlanıldı 19 Oktyabr 2021, 14:36 Ruslan Əliyev medianın suallarını cavablandıracaq 19 Oktyabr 2021, 14:30 Vəzifəli şəxslərdən pul tələb edən jurnalistlərin işi məhkəmədə 19 Oktyabr 2021, 14:25 Küçədə tapılan uşaq valideynləri tərəfindən döyülüb? - RƏSMİ 19 Oktyabr 2021, 14:20 ABŞ-dakı körpüdə Azərbaycan bayrağı - FOTO 19 Oktyabr 2021, 14:14 Gədəbəy və Şamaxıya dolu yağıb - FAKTİKİ HAVA 19 Oktyabr 2021, 14:10 Meyxanaçı siyasi qafiyələrə görə həbs edilib? - DİN-dən iddialara REAKSİYA 19 Oktyabr 2021, 14:05 Zooparka gedənlərin sayı 5 min nəfər olub, məktəblər niyə bağlansın?! 19 Oktyabr 2021, 14:04 Botanika İnstitutuna direktor əvəzi təyin edildi 19 Oktyabr 2021, 14:00 Ceyhun Bayramovdan Ermənistana xəbərdarlıq -  “Adekvat cavab veriləcək” 19 Oktyabr 2021, 13:54 Məktəblər yenidən bağlanır? - Nazirlikdən rəsmi cavab 19 Oktyabr 2021, 13:50 Azərbaycanda yeni televiziya kanalı yaradılacaq 19 Oktyabr 2021, 13:45 Azərbaycan Ermənistana şərtini açıqladı 19 Oktyabr 2021, 13:39