Modern.az

Naxçıvana uçuşlar təxirə salındı

Naxçıvana uçuşlar təxirə salındı

Aktual

Bu gün, 16:34

Azərbaycan Hava Yollarının (AZAL) 28 sentyabr 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

AZAL-dan Modern.az-a verilən məlumata görə, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı operativ şəkildə məlumatlandırılacaqlar.

Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı bütün qərarları sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edir və uçuşlar beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?