Modern.az

Bu şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılır

Bu şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılır

Ölkə

28 Sentyabr 2026, 17:54

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısına dəyişiklik edilib.

Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanın Dövlət Sığorta Kommersiya Şirkəti və “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyəti ləğv olunmaları ilə əlaqədar siyahıdan çıxarılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskvada gərginlik yaşanır! Ukraynadan kütləvi PUA hücumu