18 May 2021, 12:24 | Ana Səhifə - Yazılar - Zəngəzur dəhlizi olacaq - Ermənistan istəsə də, istəməsə də...
Zəngəzur dəhlizi olacaq - Ermənistan istəsə də, istəməsə də...

Elçin Alıoğlu

Zəngəzur dəhlizi son deyil. Başlanğıcdır.


Sonra Laçın-Gorus-Zəngəzur-Şahbuz dəhlizi də ola bilər.


"Niyə də yox?" sualına cavab verməzdən əvvəl bir qədər geriyə qayıdaq və "Niyə?" sualına cavab verək.


Xatirinizdədirsə, noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanat imzalanandan sonra Türkiyə sülhməramlılarının Qarabağa yeridilməsi gözlənilirdi.


Türk mehmetciklər gəldilər, amma sadəcə, Ağdamdakı Birgə Monitorinq Mərkəzinə.


"Niyə?" sualı onda çox səsləndi.


Cavab sadədir.


Üçtərəfli bəyanatın 9-cu bəndini xatırladım: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir".


Bu bənd, yəni Meğri dəmiryol dəhlizi və avtomobil yolu layihəsi bilavasitə, birbaşa və eksklüziv olaraq rəsmi Bakının təşəbbüsü idi.


Bəyanat imzalanmazdan əvvəl Bakı niyyətini Ankaraya dedi, Ankara təhlil apardı, razılaşdı. Özü də böyük həvəslə.


Məncə, səbəb aydındır.


Həmin günlərdə həmin layihədən Moskvanın xəbəri yoxdu.


İrəvana gəldikdə isə, Ermənistanın mövqeyi nə Azərbaycanı, nə də Türkiyəni əsla maraqlandırmırdı.


Daha sonra Bakı həmin nəqliyyat dəhlizi layihəsini Moskvaya təqdim etdi və bildirdi ki, Zəngəzur (və ya Meğri) dəhlizi faktiki baxımdan Laçın dəhlizinin inikasıdır.


Daha sadə yazsam, şərt səsləndirildi: "Laçın dəhlizi olacaqsa, Zəngəzurda da dəhliz olmalıdır".


Rəsmi Moskva üçün həmin dönəmdə ən önəmli məsələ sülhməramlı kontingentini Qarabağa yeritmək və "Qarabağ münaqişəsinin nizamlanmasında həlledici aktor-vasitəçi" statusunu qazanmaq olduğundan sonradan üçtərəfli bəyanatın 9-cu bəndinə çevriləcək layihəyə ciddi fikir vermədi.


Moskva düşündü, Bakı və Ankara ilə ciddi, müfəssəl müzakirələr başlandı.


Bir qədər də keçdi, Rusiya anladı ki, Zəngəzur dəhlizi əslində onun bir sıra geosiyasi, geostrateji və iqtisadi maraqlarına tam cavab verir.


Ankara ilə Moskva anlaşdılar.


Günlər keçdi, Rusiya prezidenti Vladimir Putin ənənəvi mətbuat konfransında "Ərdoğan sözünün sahibi olan insandır. Dedisə, edir!" söylədi.


Rusiya Qarabağda sülhməramlı missiya ilə bağlı "tək aktyor" statusu əldə etdi, əvəzində Azərbaycanla Türkiyə Zəngəzur dəhlizi layihəsini Moskva ilə razılaşdırdılar.


Ermənistanın mövqeyi kimsəni maraqlandırmadığından İrəvanla müzakirələr aparılmadı.


"Zəngəzürda dəhliz olacaqmı?" sualını son günlər çox eşidirəm. Həddən çox.


Ermənistanın hakimiyyət mənsublarının, siyasətçilərinin, müxalifət liderlərinin, ekspertlərinin, ələlxüsus də ermənilərin Telegram kanallarının "açıqlama"ları müzakirə olunur.


Boş verin.


Zəngəzur dəhlizi olacaq.


Ermənistan istəsə də, istəməsə də.


Çünki Azərbaycan, Türkiyə və Rusiya bunu istəyir.


Rusiya yaxşı anlayır ki, dəhliz layihəsi ilə bağlı vədlərinə əməl etməzsə, türk mehmetciklər mütləq şəkildə Xankəndi küçələrində olacaqlar.


Bakının dəvəti ilə, sülhyaratma missiyası ilə.


Amma Putinlə Ərdoğan situasiyanı gərginləşdirən deyillər: Zəngəzur dəhlizini dəstəkləmək Rusiya üçün Qarabağda vəziyyəti ifrat gərginləşdirməkdən daha sərfəlidir təbii.


Ermənilərin dediklərinə və yazdıqlarına, "arya, qoymarıq" filan açıqlamalarına fikir verməyin.


Məsələni ermənilər yox, Bakı, Ankara və Moskva həll edirlər.


İrəvan ümumiyyətlə nəzərə alınmır.


Alınan da deyil.

MÜƏLLİFİN DİGƏR YAZILARI
AŞPA partiyalara yardımlarla bağlı qətnamə qəbul etdi 24 İyun 2021, 22:43 Türkiyədə daha 59 nəfər virusdan öldü 24 İyun 2021, 22:29 Xarici işlər nazirləri Bakıya gəlir 24 İyun 2021, 22:16 "Keşlə" portuqaliyalı futbolçu ilə müqavilə imzaladı 24 İyun 2021, 22:05 Göygöldə gənc qız sirkə turşusundan zəhərləndi 24 İyun 2021, 21:52 Con Sallivan Moskvaya qayıtdı 24 İyun 2021, 21:39 Vahid Ələkbərov yenidən “LUKoil”un prezidenti seçildi 24 İyun 2021, 21:25 Ceyhun Bayramov şahzadə ilə görüşdü 24 İyun 2021, 21:19 Bakıda federasiyanın sürücüsü küçədə döyülərək öldürüldü - FOTO 24 İyun 2021, 21:08 UEFA səfər qolu qaydasını ləğv etdi 24 İyun 2021, 20:57 Putin Ərdoğanla Qarabağı MÜZAKİRƏ ETDİ 24 İyun 2021, 20:43 ABŞ 53 min Əfqanıstan vətəndaşını üçüncü ölkələrdə yerləşdirəcək 24 İyun 2021, 20:35 Polisə müqavimət göstərən restoran sahibi həbs edildi - FOTO 24 İyun 2021, 20:19 Zelenski Rusiyaya qarşı sanksiyaları imzaladı 24 İyun 2021, 20:08 Gürcüstanda iki azərbaycanlı yeniyetmə göldə batıb – FOTO 24 İyun 2021, 19:42 “Vaksinasiya yoluxucu xəstəliklərlə mübarizədə  xilas yoludur” – Akademikdən ÇAĞIRIŞ 24 İyun 2021, 19:26 53 əfqan hərbçi Özbəkistan ərazisinə keçib 24 İyun 2021, 19:09 Prezident ona polis general-mayoru ali xüsusi rütbəsi verdi 24 İyun 2021, 18:56 Paylayıcı qutunu yararsız hala salındı, yol qəzası baş verdi – FOTO 24 İyun 2021, 18:54 Mətbuat Şurasından xarici media qurumlarına MÜRACİƏT 24 İyun 2021, 18:51 Komitə iclasında 4 məsələ müzakirə olunub 24 İyun 2021, 18:45 Gömrük Əməkdaşlıq Şurasının 138-ci sessiyası keçirilir 24 İyun 2021, 18:42 Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib – SİYAHI 24 İyun 2021, 18:37 Şəhriyar Məmmədyarov ilk dəfə Harri Kasparovla qarşılaşacaq 24 İyun 2021, 18:30 Putin Paşinyanı seçkilərdə qələbə münasibətilə təbrik etdi 24 İyun 2021, 18:22 Britaniya səfiri Rusiya XİN-ə çağırıldı 24 İyun 2021, 18:15 Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb 24 İyun 2021, 18:08 Ermənilər Tovuz istiqamətində mövqelərimizi atəşə tutdu - Rəsmi 24 İyun 2021, 18:00 Tikinti şirkəti BNA-nin avadanlığını yararsız hala saldı 24 İyun 2021, 17:55 “Hərbi xidmətlərə görə” medalı ilə təltif  olunan hərbçilərin SİYAHISI 24 İyun 2021, 17:50 Xocavənddə yolda ermənilər tərəfindən basdırılmış minalar aşkarlandı 24 İyun 2021, 17:44 Şadlıq saraylarında kondisionerlərin işləməsinə məhdudiyyət qoyulub? - Rəsmi cavab 24 İyun 2021, 17:38 Əhalinin banklardakı əmanətləri artıb 24 İyun 2021, 17:32 İlham Əliyev döyüşdə fərqlənən hərbçiləri TƏLTİF ETDİ 24 İyun 2021, 17:26 UEFA səfər qolu qaydasını ləğv etdi - RƏSMİ 24 İyun 2021, 17:20
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?