28 May 2021, 17:21 | Ana Səhifə - Yazılar - Daha bir sirrimdən vaqif etdim sizləri...
Daha bir sirrimdən vaqif etdim sizləri...
Elçin Alıoğlu

"Hava gözəldir..."

Bu kəlmələri tez-tez yazıram.

İroniya ilə qarşılayanlar da var, lağ edənlər də. Bəndənizi ura-patriotizmdə, hakimiyyətə işləməkdə, "malalamaq"da və ilaxırda da suçlayırlar.

Zərrə qədər inciməm.

Tanrı o dostların hər birinə yar ola.

Dəfələrlə yazmışam: hər şeyə rəğmən, xüsusilə də son olayları və Fransa rəhbərliyinin idiotik, sarsaq bəyanatlarını nəzərə alsaq belə, Parisi çox sevirəm.

Doğmadır o şəhər mənə. Bakı qədər.

De-yure Paris sakini də sayılıram, bunu da demişəm və yazmışam.

Fəqət ki, Parisdən yox, "hava gözəldir" ifadəsindən bəhs etmək istəyirəm.

... İkinci Dünya Savaşı illərində Fransada namus və qeyrəti olanlar, qəlbi Vətən sevgisi ilə döyünənlər Müqavimət Hərəkatına (Résistance) qoşulmuşdular, nasistlərə və yerli xəyanətkarlara divan tuturdular.

Hərəkatın ən effektiv təşkilatlarından biri də "Combat" ("Mübarizə") idi. Anri Freneyin rəhbərlik etdiyi bu qruplaşmanın rəhbərliyində Jorj-Oqüsten Bido, Fransua de Menton kimi möhtəşəm insanlar vardı.

"Komba" kimi tanınan bu qrupun üzvləri uğurlu əməliyyatlar gerçəkləşdirirdilər. Həmin əməliyyatlar barədə isə A.Freneyin göstərişi ilə Müqavimət Hərəkatının digər təşkilatlarına və üzvlərinə “Hava haqqında” şifrələnmiş cümlə vasitəsilə xəbər verilirdi.

Məsələn, əməliyyat Marseldə həyat keçirilmişdisə, cümlə belə olurdu: "Ce serait une douce journée à Marcel".

Bəsitləşdirsəm, "Marselin gözəl havası var" kimi.

İllər və qərinələr sonra məşhur fransız bəstəkar, marselli Frank Pursel "Comba"da olduğu illərin xatirəsinə "Manchester et Liverpool" əsərini bəstələdi.

Yenə illər keçdi, bu mahnı sabiq Sovetlər Birliyində çox məşhurlaşdı.

Az qala hər kəs eşidirdi bu əsəri - hər gün.

Çünki "Vremya" proqramında hava proqnozu zamanı səslənirdi.

Daha bir sirrimdən vaqif etdim sizləri.

Var olun...
MÜƏLLİFİN DİGƏR YAZILARI
İranda ABŞ-la danışıqları qadağan edən qanun qəbul edilə bilər 24 İyun 2021, 00:54 Ronaldo Azərbaycan əsilli futbolçunun rekordunu təkrarladı 24 İyun 2021, 00:47 İstanbulda azərbaycanlı güllələndi - VİDEO 24 İyun 2021, 00:40 Almaniyada "Delta" ştammına yoluxanların sayı iki dəfə artdı 24 İyun 2021, 00:29 Senat Yunanıstana hərbi yardım qanununu təsdiqlədi 24 İyun 2021, 00:16 Əbülfəz Elçibəyin anadan olmasından 83 il ötür 24 İyun 2021, 00:01 Ronaldo Buffonun rekordunu qırdı 23 İyun 2021, 23:54 AŞPA Krım tatarlarına qarşı işgəncələri pislədi 23 İyun 2021, 23:40 Lənkəran sakini qohumlarını güllələyib öldürdü 23 İyun 2021, 23:25 Azərbaycanda dəhşətli cinayət: Qadını 29 bıçaq zərbəsi ilə öldürdü 23 İyun 2021, 23:14 Bu ölkədə 16,7 milyon nəfər tam peyvəndləndi 23 İyun 2021, 23:07 Türkiyədə daha 65 nəfər virusdan öldü 23 İyun 2021, 22:58 Emil Avropa çempionatları tarixində ikinci ən erkən qolu vurdu 23 İyun 2021, 22:44 Bakıya gələ biləcək komandalar dəqiqləşdi - AVRO-2020 23 İyun 2021, 22:28 Cəlilabadda yanğın oldu 23 İyun 2021, 22:16 Hulusi Akardan Qara dənizdəki gərginliklə bağlı açıqlama 23 İyun 2021, 22:10 Daha 3 komanda 1/8 finalda - AVRO-2020 23 İyun 2021, 21:57 Azərbaycanda TURKOVAC peyvəndinin sınağı keçiriləcək 23 İyun 2021, 21:48 Bakıda fəhlə betonlanmış çuxura yıxılıb öldü 23 İyun 2021, 21:34 Dünyada peyvəndlənmə ilə bağlı son vəziyyət 23 İyun 2021, 21:23 “Anadolu Qartalı” təlimindən VİDEO 23 İyun 2021, 21:10 Viktor Balaşov vəfat etdi 23 İyun 2021, 20:56 AŞPA qadınlarla bağlı qətnamə qəbul etdi 23 İyun 2021, 20:47 İranda jurnalistləri daşıyan avtobus qəzaya düşdü 23 İyun 2021, 20:34 Gəncədə çətənə kolları məhv edildi - FOTO 23 İyun 2021, 20:22 Hərbi Dəniz Qüvvələrinin təlimləri başa çatdı - VİDEO 23 İyun 2021, 20:09 Zaqatalada ağır qəza - 1 ölü, 9 yaralı 23 İyun 2021, 20:00 Lavrovla Qrandinin Moskvada görüşü olacaq 23 İyun 2021, 19:52 Sabirabad sakinləri marixuanaya görə saxlanıldı 23 İyun 2021, 19:45 Prokurorluq Xəzərdə qanunsuz nərə ovu ilə bağlı məlumat YAYDI 23 İyun 2021, 19:38  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib   23 İyun 2021, 19:30 Orduda briqada komanda-qərargah təlimi keçirilir - FOTO 23 İyun 2021, 19:22 İlyas Rzayev də general oldu 23 İyun 2021, 19:15 İlham Əliyev Putinlə telefonla DANIŞDI 23 İyun 2021, 19:08 Ölkə başçısı Fazil Ağalarova general-leytenant rütbəsi verdi 23 İyun 2021, 19:01
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?