6 Sentyabr 2016, 13:07 | Ana Səhifə - Yazılar - FETÖ-nün narkomanları və etirafçıları
FETÖ-nün narkomanları və etirafçıları

Hidayət ELVÜSAL

 

15 iyul dövlət çevrilişinə cəhd hadsəsindən sonra Fətullah Gülən örgütü barədə ağlasığmaz faktlar üzə çıxmaqdadır. Bir vaxtlar bu örgüt tərəfindən uydurulmuş «Ergenekon» soruşdurması zamanı həbsə alınan albay (polkovnik) Həsən Atilla Uğur bu barədə maraqlı faktlar söylədi.

Onun dediyinə görə, komandanlıq etdiyi hərbi hissədəki gənc əsgərlərin ara-sıra qəribə şəkildə bir yerə toplanması diqqətini cəlb edib. Onları izləyən albay nəhayət tabeçiliyində olan bu gəncləri Fətullah Gülən örgütünə məxsus olan bir evdə tapıb. Həmin əsgərlər buraya gəlmələrini abilərinin ( yəni böyük qardaşlarının, keçmiş Sovet ordusundakı «starik» kimi bir dəstə) tələbiylə etdiklərini bildiriblər.

Daha qəribəsi isə bundan sonra baş verənlərdir. Həmin əsgərlər bildiriblər onlarla söhbət zamanı otaqda qəribə ətir saçan otlar yandırırmışlar. Söhbətin nədən getdiyindən asılı olmayaraq buradan çıxdıqdan sonra əhval-ruhiyyələrə çox yüksək olurmuş.

Bunları eşidən komandir həmin «otları» laborotoriyaya göndərib və məlum olub ki, bunlar əslində narkotik vasitədir. Məhz bu vasitə ilə gənclərin beynini yaxayıb onlara öz məqsədlərini öyrədirmişlər. Narkotik təsir altında olanlar isə söylənənin nə olduğundan asılı olmayaraq Fətullah Gülən imamlarıyla razılaşırmışlar və onlara xüsusi bir məhəbbət duyurmuşlar.

Polkovnikin bu sözlərindən sonra 15 iyul hadisələri zamanı baş verənləri yenidən xatırlayırıq. Öz xalqına qarşı o qədər amansızlıq normal ağıl məhsulu ola bilməzdi. İstanbulun vəhşicəsinə bombalanması insanların üstünə güllə yağdırılması, tankın altında əzdirilməsi polkovnikin dediklərini bir daha duşunməyə məcbur edir.

Etirafçılar da qəribə  davranırlar. Onlar Türkiyə  tetekanallarına çıxaraq Fətullah Gülənə 10 il, 20 il, bəzən isə 30-40 il xidmət etdiklərini açıq-açığına etiraf edirlər. Amma ən qəribəsi də odur ki, bu xidmətçilərə dəyib toxunan yoxdur. Qurunun oduna yaş da yanar misalı elə buradan meydana çıxır. Heç şübhəsiz ki,  zərrəcə günahı olmayanlar da istintaqa cəlb olunur. Bunu zaman-zaman görürük. Amma bu etirafçılara gözün üstdə qaşın var deyən yoxdur.

Etirafçıların bir hissəsi də «ablalardır». Bir zamanlar adını çəkmək istəmədəyim bir adamın mənim başı bağlı bacılarım dediyim bu «ablaların» az qala hamısı həbsxanalara doldurulur.  Bunların Fətullah Gülənin qarşısındakı xidmətləri çox qəribədir. İstər-istəməz insanda «mədəni stünyor» obrazı canlanır. Belə ki, bu ablalar kənd-kənd, şəhər-şəhər düşüb qızları örküdə cəlb edir, onlara Fətullah Gülən  «tərbiyəsi» verir, daha sonra fotoşəkillərini çəkib «abilərə» göstərirlər. Yəni  kişilər bu fotoşəkillər vasitəsiylə özlərinə həyat yoldaşı seçirlər. Seçilmiş qadın və yaxud qız onu seçən «fətullahçıdan» imtina edə bilməz.

Beləliklə, 15 iyul hadisələrindən sonra cəmi 2 cəhədi sizin nəzərinizə çatdırdıq. Danışmalı məsələlər isə həddindən artıq çoxdur. Sadəcə onu qeyd etmək istəyirik ki, örgütə bağlı olan dərsahələr bağlanır. Amma bu dərsanələrin yerinə imam-xətib məktəbləri açılır. Yəni yenə də din üzərindən təhsil verilir, din üzərindən siyasət aparılır. Ölkənin təhsil sistemi siyasal islamçılığa təslim edilir. Bu da digər camaatların, dini örgütlərin yoluna yaşıl işıq yandırır.

Heç təsadüfi deyil ki, həmin dini zümrələr indii çox fəallaşıblar. Onlar Fətullah gülən örgütünün yerini tutmağa çalışırlar. İsmayıl ağa camaatı, cübbəli Əhməd dəstəsi, Nurəddin simatizanları gözlərini dövlətin bir sıra mühüm məqamlarına dikiblər və bu heç kəsə sirr deyil.

Bax elə burada cümhuriyyət fəlsəfəsi, Atatürkçülük bir daha özünün haqlı olduğunu sübut edir. Din dövlətlən ayrı olmalıdır və heç bir siyasətə qarışmamalıdır. Buna yol verildi və nəticəsi göz qabağındadır. Türkiyə yeni bir dinçi örgütün zərbəsinə məruz qalmamalıdır.

Yeri gəlmişkən onu da qeyd edək ki, ifrat mühafizəkarlıq da özünü göstərməkdədir. Baş nazir elə bu yaxınlarda elan etdi ki, Türkiyə teatrlarında əcnəbi sənətkarların əsərləri oynanılmayacaq. Məsələn, Şekspirin, Çexovun, Qoqolun və başqa sənətkarların bu ölkədə izi-tozu da qalmayacaq. Əlbəttə, bu dünya mədəniyyətindən ayrı düşməkdir, özünə qapanmadır.  Heç şübhəsiz ki, burada da siyasi islamçılığın izləri görünür.  Buna yol vermək olmaz. Bir dəfə yol verildi, nəticəsi göz qabağındadır.

 

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Nəbiyev amerikalı rəqibini yendi  24 Oktyabr 2021, 13:20 İran və Azərbaycan arasındakı münasibətlər necə davam edəcək?.. 24 Oktyabr 2021, 13:08 Əfqanıstan qana boyandı 24 Oktyabr 2021, 13:00 Böyük Qayıdış reallaşır: Qarabağda  işsizlik problemi olmayacaq 24 Oktyabr 2021, 12:46 Şəhidimizin anım günü - Video 24 Oktyabr 2021, 12:35 Xarkovda Axundova heykəl qoyuldu 24 Oktyabr 2021, 12:29 "Keşlə" -"Qəbələ" dueli 24 Oktyabr 2021, 12:19 Sabahın havası: duman olacaq  24 Oktyabr 2021, 12:08 Goranboyda oğrular qandallandı 24 Oktyabr 2021, 11:58 Yeni qeydiyyata alınan partiyanın HƏDƏFLƏRİ 24 Oktyabr 2021, 11:51 Dünyanın koronavirus MƏNZƏRƏSİ 24 Oktyabr 2021, 11:39 Balakəndə reyd  24 Oktyabr 2021, 11:29 Prezident və xanımından sevgi FOTOSU 24 Oktyabr 2021, 11:22 Bakıda fabrik alovlandı 24 Oktyabr 2021, 11:11 Mərmərədə gəmilər TOQQUŞDU 24 Oktyabr 2021, 11:08 Gürcüstanda virusa YOLUXANLAR 24 Oktyabr 2021, 11:00 Tayvan silkələndi 24 Oktyabr 2021, 10:51 Ötən ilin bu həftəsi - Müdafiə Nazirliyindən YENİ VİDEO 24 Oktyabr 2021, 10:48 Bu gün dünyanın gözü "Kamp Nou"da olacaq 24 Oktyabr 2021, 10:44 Bahalaşan neft, yüksələn ərzaq qiymətləri fonunda manatı nə gözləyir: devalvasiya, yoxsa...? 24 Oktyabr 2021, 10:32 Kolumbiyanın ən böyük narkotaciri qandallandı 24 Oktyabr 2021, 10:30 24 oktyabr:  Ümumdünya Poliomielitlə Mübarizə Günü 24 Oktyabr 2021, 10:26 Mənzildə meyit tapıldı 24 Oktyabr 2021, 10:16 Tovuzda ağır qəza  24 Oktyabr 2021, 10:05 Xəzərdə 5 otaqlı ev yandı 24 Oktyabr 2021, 09:59 SAVAŞ XRONİKASI: 24 oktyabr - düşmənin döyüş təyyarəsi vuruldu 24 Oktyabr 2021, 09:49 Özbəkistan  prezidentini seçir  24 Oktyabr 2021, 09:39 Məhəmməd Salahın mum heykəli London muzeyində 24 Oktyabr 2021, 09:30 Yunanıstan Misirdən işıq alacaq 24 Oktyabr 2021, 09:23 Həmyerlimiz Finlandiya çempionu oldu 24 Oktyabr 2021, 09:14 Rusiya vətəndaşlarına Gürcüstanda əmlak qadağası 24 Oktyabr 2021, 09:05 Tiflisdə zəfərimizin ildönümünə həsr olunan futbol turniri 24 Oktyabr 2021, 08:59 Kennedinin qətli ilə bağlı məxfi sənədlər açıqlanacaq   24 Oktyabr 2021, 00:51 NATO-dan Baltikyanı ölkələrdə növbəti aviabaza 24 Oktyabr 2021, 00:31 Erməni qoşunlarını Qarabağdan çıxaracaq SƏNƏD 24 Oktyabr 2021, 00:02