Modern.az

Hakan Fidan Bakıda TÜRKPA Baş katibi ilə görüşüb

Hakan Fidan Bakıda TÜRKPA Baş katibi ilə görüşüb

Ölkə

Bu gün, 09:40

Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycana rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsəni qəbul edib.

Modern.az xəbər verir ki, görüş zamanı TÜRKPA Baş katibi Assambleyanın son bir il ərzində həyata keçirdiyi fəaliyyət, qarşıdan gələn plenar iclasa hazırlıq, ortaq parlament strategiyasının işlənib hazırlanması müzakirə edilib.

Həmçinin Türk Dövlətləri Təşkilatı ilə ortaq hədəflər istiqamətində səmərəli əməkdaşlığın gücləndirilməsi, eləcə də üzv dövlətlərin xarici işlər nazirlikləri ilə mütəmadi təmasların faydası və əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, bu istiqamətdə səmərəli əməkdaşlığın davam etdirilməsindən məmnunluğunu ifadə edib.

Hakan Fidan Türkiyə Xarici İşlər Nazirliyi olaraq bundan sonra da Ramil Həsənin rəhbərlik etdiyi TÜRKPA-nın fəaliyyətinə hərtərəfli dəstək verəcəyini ifadə edib.

Görüşdə TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda dəhşətli anlar: Sərnişin dolu təyyarə havada parçaland