Quba rayonunda iki bələdiyyənin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi təklif olunur.
Modern.az xəbər verir ki, bununla bağlı “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik nəzərdə tutulur.
Qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən Timiryazev-Alekseyevka bələdiyyəsi Bəhrəli-Çınarlı bələdiyyəsi, Vladimirovka bələdiyyəsi isə Elbir bələdiyyəsi adlandırılacaq.
Sənəddə həmin bələdiyyələrin əhatə etdiyi eyniadlı yaşayış məntəqələrinin adlarının da müvafiq yeni adlarla əvəzlənməsi təklif edilir.
Xatırladaq ki, Milli Məclis bu il mayın 12-də Quba rayonunun bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun layihəsini qəbul edib.