Modern.az

Husilər Səudiyyənin F-15 qırıcısını vurublar

Husilər Səudiyyənin F-15 qırıcısını vurublar

Dünya

Bu gün, 11:00

Yəməndə fəaliyyət göstərən “Ənsarullah” hərəkatı — husilər Səudiyyə Ərəbistanına məxsus F-15 döyüş təyyarəsini vurduqlarını açıqlayıblar.

Modern.az xəbər verir ki, hərəkatın hərbi sözçüsü Yəhya Səri təyyarənin Yəmənin Marib vilayətinin hava məkanında yerli istehsal olan “yer-hava” tipli raketlə vurulduğunu bildirib.

Husilərin iddiasına görə, F-15 həmin vaxt bölgədə hərbi əməliyyat həyata keçirirmiş. Hərəkat təyyarənin qalıqlarını axtarmaq üçün əraziyə göndərilən digər Səudiyyə döyüş təyyarələrinin də hava hücumundan müdafiə vasitələri ilə geri çəkilməyə məcbur edildiyini açıqlayıb.

Lakin vurulduğu bildirilən təyyarənin qalıqlarına dair foto və videogörüntülər, eləcə də pilotun taleyi barədə məlumat yayılmayıb. Səudiyyə Ərəbistanı F-15 itkisi ilə bağlı iddianı təsdiqləməyib. Məlumatın müstəqil mənbələr tərəfindən də təsdiqi yoxdur.

Yəhya Səri, həmçinin Səudiyyə Ərəbistanının F-15 və “Typhoon” qırıcılarının son bir həftə ərzində Yəmənin müxtəlif bölgələrinə 450-dən çox aviazərbə endirdiyini iddia edib. Bu rəqəm də müstəqil şəkildə təsdiqlənməyib

Whatsapp
Bizə yazın!
Keçid et
İranda dəhşətli anlar: Sərnişin dolu təyyarə havada parçaland