Modern.az

Azərbaycana səfir təyin olundu

Azərbaycana səfir təyin olundu

Ölkə

Bu gün, 10:35

Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Modern.az Gürcüstan XİN-ə istinadən xəbər verir ki, Zakaraşvilinin Nazirliyin mərkəzi aparatında və ölkənin diplomatik nümayəndəliklərində uzunmüddətli iş təcrübəsi var.

O, 2021-ci ildən Gürcüstanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, həmçinin GUAM-da Gürcüstanın daimi nümayəndəsi vəzifəsində çalışıb.

2016–2019-cu illərdə Gürcüstanın Rusiya Federasiyasındakı İsveçrə Konfederasiyasının səfirliyindəki Gürcüstanın maraqlar bölməsində səlahiyyətli nazir vəzifəsini tutub. 2012–2016-cı illərdə isə Gürcüstanın Ukraynadakı səfirliyində və GUAM-da daimi nümayəndəliyində səlahiyyətli nazir olub.

Müxtəlif illərdə Giorgi Zakaraşvili Gürcüstan Xarici İşlər Nazirliyinin Siyasi departamentinin direktoru və Mərkəzi Asiya ölkələri ilə əlaqələr şöbəsinin rəhbəri vəzifələrində də çalışıb.

O, fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malikdir.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda dəhşətli anlar: Sərnişin dolu təyyarə havada parçaland