3 İyun 2021, 13:21 | Ana Səhifə - Yazılar - “Kibrit” Kitab Kafesindəki yanğında hamımızın əli var…
“Kibrit” Kitab Kafesindəki yanğında hamımızın əli var…

Fazil Mustafa

"Kibrit" adı ilə tanınan "Book kafe"nin yanması xəbərinə çox üzüldüm. Kitab yandırmaqdan həzz alanların çoxluqda olduğu bir məmləkətdə ən böyük vəzifə kitabı yanğından qorumaq olmalı idi. Diqqət edirsinizsə, bir yazıçı, düşüncə adamı cəmiyyətin standartlarına tərs gələn hansısa bir fikri söylədiyində, hansısa bir cümləsi kütlənin xoşuna gəlmədiyində çağırışların içində ən aktualı bilirsiniz nə olur? "Gəlin kitablarını yandıraq!" çağırışları dərhal işə düşür. Dünyanın hər yerində belədir, bizdə də bu virus hələ ki, canlıdır. Sadəcə bəxtimiz gətirib ki, cəmiyyətin gələcəyi üçün faydalı olan fikirləri dilə gətirənlərin əksəriyyəti XIX və XX əsrlərdə ölüb gediblər, XXI əsrdə isə bu ağır yükün altına girəcək yazar, düşüncə adamı defisiti açıq-aşkar özünü göstərir. Yəni bəxtimiz gətirib ki, yandırmağa kitabımız da yox səviyyəsindədir. Söhbət bir-iki yazarın beş-on atmaca cümləsindən getmir, fundamental və sistemli şəkildə xalqımızın, millətimizin dəyər olaraq gördüyü yaramazlıqlarla mübarizədən gedir. Hamı ən asan yolu tapıb. Birisi üçün bəlalarımızın mənbəyi iqtidardır, digəri üçün də müxalifətdir. Halbuki ən milli iqtidar da, ən milli müxalifət də həmişə bu cəmiyyətin boyunda görünəcəkdir. Mirzə Fəthəli kimi, Mirzə Cəlil kimi, Ağaoğlu kimi dinimizin, kimliyimizin, tariximizin, mental yarımçıqlığı içində problemlərin mənbəyini aramağa risq edən düşüncə adamları yox ortada. Çünki böyük bir cahil kütləsinin bir qisminin əlində kitab yandırmağa kibrit, digərlərinin isə əlində baş yarmağa daş yığılıb. Kibrit və daşın qorxusundan başı işlətməyi deyil, gizlətməyi milli vəzifə olaraq görən diplomlular zümrəsinin aydınlığı yalnız aldığı fəxri adların və titulların sıralamasında müəyyənləşə bilir.


"Book Kafe" yananda nədənsə təxribat versiyası ağlıma gəlmədi. Maraqlıdır ki, kitab təbliği üçün bəlkə də xeyirxah iş görməyi düşünənlər kafenin adını "Kibrit" qoymaqla hətta əlinə daş yığmış dəlinin də yadına kibriti salmışlar. Necə deyərlər, kitab yandırmaq ruhunu daşıyanların dualarının müstəcəb olması üçün özləri ad seçmişlər, özləri yol göstərmişlər. Kibrit əvvəl axır yanacaq, ancaq özü ilə məhz kitabı yandırırsa, demək ki, kitabı olduğu kimi, kibriti də təyinatı üzrə işlətməyə hazır deyilik.


Quranla bağlı "Müqəddəs Kitab" tanıtımı bəlkə də bizim leksikonda başqalarından daha çox yer alır. Biz Qurana da əl basaraq kimisə sözümüzə inandırmağa çalışırıq. Müqəddəsliyə ruhunu deyil, əlini soxan cəmiyyətlər həmişə kitabla kibriti yan-yana qoyacaqlar. Quranın müqəddəsliyini də yaşamımızda deyil, üstünə basdığımız çirkli əlimizdə yaşadırıq əsrlərdir. Bizlər "Kitab-i Müqəddəs"i mənimsəməsək də Kitabın Müqəddəsliyini çoxdan, lap çoxdan yandırmışıq.


"Kibrit" Kitab Kafesində yanğını görəsən kim törədib? Deyəsən hamımızın əli var bu işdə.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Türkiyədə daha 59 nəfər virusdan öldü 24 İyun 2021, 22:29 Xarici işlər nazirləri Bakıya gəlir 24 İyun 2021, 22:16 "Keşlə" portuqaliyalı futbolçu ilə müqavilə imzaladı 24 İyun 2021, 22:05 Göygöldə gənc qız sirkə turşusundan zəhərləndi 24 İyun 2021, 21:52 Con Sallivan Moskvaya qayıtdı 24 İyun 2021, 21:39 Vahid Ələkbərov yenidən “LUKoil”un prezidenti seçildi 24 İyun 2021, 21:25 Ceyhun Bayramov şahzadə ilə görüşdü 24 İyun 2021, 21:19 Bakıda federasiyanın sürücüsü küçədə döyülərək öldürüldü - FOTO 24 İyun 2021, 21:08 UEFA səfər qolu qaydasını ləğv etdi 24 İyun 2021, 20:57 Putin Ərdoğanla Qarabağı MÜZAKİRƏ ETDİ 24 İyun 2021, 20:43 ABŞ 53 min Əfqanıstan vətəndaşını üçüncü ölkələrdə yerləşdirəcək 24 İyun 2021, 20:35 Polisə müqavimət göstərən restoran sahibi həbs edildi - FOTO 24 İyun 2021, 20:19 Zelenski Rusiyaya qarşı sanksiyaları imzaladı 24 İyun 2021, 20:08 Gürcüstanda iki azərbaycanlı yeniyetmə göldə batıb – FOTO 24 İyun 2021, 19:42 “Vaksinasiya yoluxucu xəstəliklərlə mübarizədə  xilas yoludur” – Akademikdən ÇAĞIRIŞ 24 İyun 2021, 19:26 53 əfqan hərbçi Özbəkistan ərazisinə keçib 24 İyun 2021, 19:09 Prezident ona polis general-mayoru ali xüsusi rütbəsi verdi 24 İyun 2021, 18:56 Paylayıcı qutunu yararsız hala salındı, yol qəzası baş verdi – FOTO 24 İyun 2021, 18:54 Mətbuat Şurasından xarici media qurumlarına MÜRACİƏT 24 İyun 2021, 18:51 Komitə iclasında 4 məsələ müzakirə olunub 24 İyun 2021, 18:45 Gömrük Əməkdaşlıq Şurasının 138-ci sessiyası keçirilir 24 İyun 2021, 18:42 Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib – SİYAHI 24 İyun 2021, 18:37 Şəhriyar Məmmədyarov ilk dəfə Harri Kasparovla qarşılaşacaq 24 İyun 2021, 18:30 Putin Paşinyanı seçkilərdə qələbə münasibətilə təbrik etdi 24 İyun 2021, 18:22 Britaniya səfiri Rusiya XİN-ə çağırıldı 24 İyun 2021, 18:15 Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb 24 İyun 2021, 18:08 Ermənilər Tovuz istiqamətində mövqelərimizi atəşə tutdu - Rəsmi 24 İyun 2021, 18:00 Tikinti şirkəti BNA-nin avadanlığını yararsız hala saldı 24 İyun 2021, 17:55 “Hərbi xidmətlərə görə” medalı ilə təltif  olunan hərbçilərin SİYAHISI 24 İyun 2021, 17:50 Xocavənddə yolda ermənilər tərəfindən basdırılmış minalar aşkarlandı 24 İyun 2021, 17:44 Şadlıq saraylarında kondisionerlərin işləməsinə məhdudiyyət qoyulub? - Rəsmi cavab 24 İyun 2021, 17:38 Əhalinin banklardakı əmanətləri artıb 24 İyun 2021, 17:32 İlham Əliyev döyüşdə fərqlənən hərbçiləri TƏLTİF ETDİ 24 İyun 2021, 17:26 UEFA səfər qolu qaydasını ləğv etdi - RƏSMİ 24 İyun 2021, 17:20 Dolların məzənnəsi sabit qaldı 24 İyun 2021, 17:14
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?