Ali təhsil haqqında qanuna yenidən baxmaq zamanı gəlib.
Modern.az xəbər verir ki, bunu Elm və təhsil komitəsinin iclasında çıxışı zamanı deputat Vasif Qafarov bildirib.
“Hesab edirəm ki, Magistratura təhsili tədqiqat və peşə yönümlü olmaqla iki istiqamətə bölünməli, peşə yönümlü istiqamətin təhsil müddəti bir il, tədqiqat yönümlü istiqamətin isə təhsil müddəti iki il olmalıdı.
Tədqiqat yönümlü magistr iki illik təhsil müddətinin sonunda dissertasiya müdafiə edir, peşə yönümlü magistr isə dissertasiya müdafiə etmir, peşə yönümlü bir illik magistr təhsilini başa vurur, imtahanlarını verir və diplomunu alır. Həmçinin, biz Qərb təhsil sisteminə inteqrasiyanı dərinləşdirməli, iki pilləli doktoranturadan bir pilləli doktoranturaya keçidi təmin etməliyik və bu prosesi başa çatdırmalıyıq”,- deyə o deyib.