4 İyun 2021, 08:36 | Ana Səhifə - Yazılar - Məğlub, amma “xilaskar”
Məğlub, amma “xilaskar”

Qəzənfər Həmidoğlu

Fransa, regionda maraqları olan digər oyunçular, eləcə də Rusiya Nikol Paşinyanın yenidən baş nazir seçilməsinə qarşı deyil. Hər halda, ortalıqda supergüclərin konsensusa gələ biləcəyi başqa bir fiqur yoxdur. Fransa Prezidenti Emmanuel Makronun canfəşanlığı hətta o dərəcədə oldu ki, siyasi və diplomatik etiket baxımdan korrekt sayılmayacaq addım atdı – seçki ərəfəsində Paşinyanı Parisə dəvət etdi. Parisin Paşinyana seçkiönü “bonus” verdiyi bir vaxtda Moskva guya “balans” yaratdı və Paşinyanın əsas rəqibi, Putinin dostu Robert Köçəryanın nüfuzlu RBK-ya müsahibəsini təşkil etdi. Ermənistan rusiyapərəstləri və indiki liderləri Köçəryan Kreml üçün hələlik yalnız Paşinyana “təzyiq kartı”dır.

İkinci Qarabağ savaşından sonra Paşinyanın reytinqi nə qədər aşağı düşsə də, Moskva bunu müşahidə edir ki, erməni cəmiyyətində Qərbə meyl yüksəkdir və bu fonda Köçəryanın şansı yüksək deyil. Digər tərəfədən, qlobal və regional konyuktura, müharibədən sonra Cənubi Qafqazda yaranmış geosiyasi reallıq, Üçtərəfli Bəyanatda imzasının olması və sənədin icrası baxımından Rusiya Paşinyana alternativ axtarmağa meyl etmir. Paşinyan və Azərbaycan-Ermənistan sülh danışıqları Rusiya üçün Qərblə anlaşa biləcəyi fiqur və yeganə platformadır. Qərb də anlayır ki, Rusiyanı saymadan regionda bir sonuca varmaq müşkül işdir. Məsələn, iyunun 16-da Cenevrədə keçirilməsi gözlənilən Putin-Bayden görüşündə tərəflərin Paşinyan fiqurunda konsensusa gələ biləcəyi ehtimalı yüksəkdir.

Noyabrın 10-da kapitulyasiyaya imza atan Paşinyanın seçkidə qalib gələcəyi təqdirdə Ermənistanı düşdüyü durumdan xilas edə biləcəyi erməni cəmiyyəti üçün qaranlıqlar içərisindədir. Hər halda, Ermənistanın gələcəyi üçün ssenari İrəvanda yazılmır və ermənilərin özləri də talelərini dünya paytaxtlarında çıxarılacaq hökmlərə bağlayıblar. İronik olsa da, Paşinyan 10 noyabr sənədinə məğlub kimi imza atsa da, xalqını perspektivsiz “Qarabağ yükü”ndən xilas edib. İnersiya ilə davam edən revanşist bəyanatlara və seçkiönü ehtirasların coşmasına rəğmən savaşdakı məğlubiyyət erməni dövlətinin hikkə-ambisiyalarını yetərincə səngidib.

Bu trendin inkişafı, Ermənistanın xilası seçkidən sonra Paşinyanın nə dərəcədə “göyərçin”ə çevriləcəyindən - Ermənistan-Azərbaycan sülh danışıqlarına hansısa töhfələri verə biləcəyindən nə qədər asılı olsa da, xarici təsirlər (ilk növbədə Rusiyanın maraqları, Qərbin “offsayt”dan çıxış cəhdi) daha həlledici faktor olaraq qalır.

 

Transgender deputat seçildi - FOTO 27 Sentyabr 2021, 11:23 ABŞ səfiri şəhidlərimizi ziyarət etdi 27 Sentyabr 2021, 11:20 Almaniyada seçkilər – Yeni parlamentdə qüvvələr nisbəti 27 Sentyabr 2021, 11:14 Qanunsuz işləyən süd qəbulu məntəqəsini BAĞLANDI 27 Sentyabr 2021, 11:08 Koronavirusa yoluxmuş “Aşıq Yedigar”ın son vəziyyəti - AÇIQLAMA 27 Sentyabr 2021, 11:02 Ermənistanın müharibədəki itkiləri barədə YENİ MƏLUMAT 27 Sentyabr 2021, 11:01 Xudavəng monastırında şəhidlərin xatirəsi yad olunub 27 Sentyabr 2021, 10:56 Müharibənin bir ili: Ermənilər nə düşünür? 27 Sentyabr 2021, 10:51 Spiker Anım Günü ilə bağlı paylaşım etdi 27 Sentyabr 2021, 10:46 Beynəlxalq Türk Akademiyası prezidentinin Azərbaycana mesajı 27 Sentyabr 2021, 10:43 44 günlük müharibənin ZƏFƏR günü... 27 Sentyabr 2021, 10:42 Naxçıvan məscidlərində şəhidlərin xatirəsi anılıb   27 Sentyabr 2021, 10:36 Qəhrəmanlıq salnaməsi - VİDEO 27 Sentyabr 2021, 10:32 Hikmət Hacıyevdən Anım Günü PAYLAŞIMI 27 Sentyabr 2021, 10:30 Ali Baş Komandan: “Düşmən beli qırılanda təslim olmağa məcbur oldu” 27 Sentyabr 2021, 10:27 Prezidentin xalqa müraciəti - TAM MƏTN 27 Sentyabr 2021, 10:26 Bu gün dəmir yumruğun endiyi gündür - Səfir 27 Sentyabr 2021, 10:22 Paşinyan terrorçuların lideri ilə müzakirə apardı 27 Sentyabr 2021, 10:19 “Düşmən 30 il ərzində bizə meydan oxuyub” - Ali Baş Komandan 27 Sentyabr 2021, 10:18 DTX Anım Günü ilə bağlı vodeoçarx hazırladı 27 Sentyabr 2021, 10:17 İlham Əliyev: Kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində etsin! 27 Sentyabr 2021, 10:16 Səttar Möhbalıyevdən Anım Günü ilə bağlı paylaşım 27 Sentyabr 2021, 10:12 Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır - İlham Əliyev 27 Sentyabr 2021, 10:07 Bakıda II Qarabağ Müharibəsi qəhrəmanlarına abidə UCALDILACAQ  27 Sentyabr 2021, 10:06 Ağdam Cümə məscidində şəhidlərin ruhuna dualar oxunub 27 Sentyabr 2021, 10:03 Prezident Xalqa müraciət edir - VİDEO 27 Sentyabr 2021, 10:00 Sentyabrın 27-də azad olunan ərazilər - SİYAHI 27 Sentyabr 2021, 09:55 Qələbəmizin memarı 27 Sentyabr 2021, 09:50 Ombudsman Anım Günü ilə bağlı bəyanat yaydı 27 Sentyabr 2021, 09:47 Heydər məscidində şəhidlərin xatirəsi anılıb 27 Sentyabr 2021, 09:44 Azərbaycan Ordusunun inamlı Qələbəsi 27 Sentyabr 2021, 09:40 Yuxarı Gövhər Ağa məscidində şəhidlər anılıb - VİDEO 27 Sentyabr 2021, 09:35 Şeyxülislam: Beynəlxalq hüququn edə bilmədiyini Ordumuz etdi 27 Sentyabr 2021, 09:33 Almaniyanın yeni kansleri kim olacaq… - Seçkinin nəticələri 27 Sentyabr 2021, 09:31 Bakıda səkkiz mağaza yanıb 27 Sentyabr 2021, 09:28
SORĞU Hansı vaksinə etibar edirsiniz?