5 İyun 2021, 10:15 | Ana Səhifə - Yazılar - Rikerin turnesi: sürpriz mesaj olacaqmı?
Rikerin turnesi: sürpriz mesaj olacaqmı?

Qəzənfər Həmidoğlu

Birləşmiş Ştatların dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip T. Riker 6-13 iyunda Gürcüstana, Azərbaycana və Ermənistana səfər edəcək. Səfərin məqsədi “ikitərəfli və regional prioritetləri irəlilətmək”, regionda demokratik və iqtisadi dəstək verməkdir.


Entoni Blinkenin köməkçisi öncə Tbilisidə olacaq, “Riker Gürcüstanın hökumət nümayəndələri, müxalifət və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşəcək”. Məlumata əsasən, Ruker Tbilisidə hakim partiya ilə müxalifətin bir hissəsi arasında siyasi böhrandan çıxılması üzrə aprelin 19-da inzalanmış sazişin icrasını, “Rusiyanın davam edən aqressiyasını və Gürcüstanın işğalını” müzakirə etməyi planlaşdırır.


Analoji görüşlər Azərbaycan və Ermənistanda da keçiriləcək. ABŞ rəsmisi dövlət rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyətinin nümayəndələri, iş adamları ilə görüşlər keçirəcək, “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikitərəfli prioritetləri və sualları müzakirə edəcək”.


Rikerin Qafqaz turnesi əvvəldən planlaşdırılsa da, ABŞ və Rusiya prezidentlərinin iyunun 16-da Cenevrədə keçiriləcək görüşü ərəfəsində gerçəkləşməsi təsadüfi görünmür. Ağ evin mətbuat katibinin müavini Karin Jan-Pyer iki gün əvvəl keçirdiyi brifinqdə Bayden-Putin sammitini Vaşinqtonun “Rusiyanın plan və niyyətlərini anlamağın daha effektiv üsulu” kimi səciyyələndirmiş və yüksək tonla vurğulamışdı: “Bu sammit Rusiyaya hədiyyə deyil, amerikan maraqlarını qorumaq fürsətidir”.


16 iyun sammiti ərəfəsində Ağ evin yüksəkrütbəli məmur-diplomatını Cənubi Qafqaza göndərməsi, özü də turnenin 7 günlük olması özü-özlüyündə region dövlətlərinə və Rusiyaya ciddi geosiyasi mesajdır. Obama və Tramp dönəmindəki durğunluqdan sonra Bayden yenidən regionun ABŞ-ın maraq dairəsində olduğuna işarə edir. Rikerin turnesi Baydenin Putinlə görüşü ərəfəsində sadəcə regionun nəbzini tutmaqla məhdudlaşmayacaqsa və Cənubi Qafqaz daha yüksək statusda Cenevrə sammitinin gündəm maddələrindən biri olacaqsa, bu, artıq fərqli, Kremli məmnun etməyəcək geosiyasi situasiya üçün siqnal ola bilər. Hər halda, Ağ ev bildirir ki, Bayden Cenevrədə Amerikanın maraqları üçün həyati vacib məsələləri müzakirəyə çıxaracaq. Bu ssenari üzrə Bayden administrasiyası bütünlükdə regiona Rusiyanın “arxa bağçası” kimi baxmamaqda israrlıdırsa, hələ Trampın dönəmində Rusiyanı Qərb üçün əsas təhdid adlandıran Riker də adekvat və sürpriz mesajlarla Qafqaz paytaxtlarına gəlirsə və Cenevrədə Putinlə Baydenin sövdələşməsi alınmazsa, sərt nüfuz çəkişməsi aydındır ki, Azərbaycan-Ermənistan sülh danışıqlarını əngəlləyə bilər, eyni zamanda, supergüclərin qarşıdurması Azərbaycana postsavaş maraqlarına uyğun manevr imkanları açır.

Prezidentin xalqa müraciəti - TAM MƏTN 27 Sentyabr 2021, 10:26 Bu gün dəmir yumruğun endiyi gündür - Səfir 27 Sentyabr 2021, 10:22 Paşinyan terrorçuların lideri ilə müzakirə apardı 27 Sentyabr 2021, 10:19 “Düşmən 30 il ərzində bizə meydan oxuyub” - Ali Baş Komandan 27 Sentyabr 2021, 10:18 DTX Anım Günü ilə bağlı vodeoçarx hazırladı 27 Sentyabr 2021, 10:17 İlham Əliyev: Kimsə ölünü diriltmək istəyirsə, bunu öz ərazisində etsin! 27 Sentyabr 2021, 10:16 Səttar Möhbalıyevdən Anım Günü ilə bağlı paylaşım 27 Sentyabr 2021, 10:12 Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır - İlham Əliyev 27 Sentyabr 2021, 10:07 Bakıda II Qarabağ Müharibəsi qəhrəmanlarına abidə UCALDILACAQ  27 Sentyabr 2021, 10:06 Ağdam Cümə məscidində şəhidlərin ruhuna dualar oxunub 27 Sentyabr 2021, 10:03 Prezident Xalqa müraciət edir - VİDEO 27 Sentyabr 2021, 10:00 Sentyabrın 27-də azad olunan ərazilər - SİYAHI 27 Sentyabr 2021, 09:55 Qələbəmizin memarı 27 Sentyabr 2021, 09:50 Ombudsman Anım Günü ilə bağlı bəyanat yaydı 27 Sentyabr 2021, 09:47 Heydər məscidində şəhidlərin xatirəsi anılıb 27 Sentyabr 2021, 09:44 Azərbaycan Ordusunun inamlı Qələbəsi 27 Sentyabr 2021, 09:40 Yuxarı Gövhər Ağa məscidində şəhidlər anılıb - VİDEO 27 Sentyabr 2021, 09:35 Şeyxülislam: Beynəlxalq hüququn edə bilmədiyini Ordumuz etdi 27 Sentyabr 2021, 09:33 Almaniyanın yeni kansleri kim olacaq… - Seçkinin nəticələri 27 Sentyabr 2021, 09:31 Bakıda səkkiz mağaza yanıb 27 Sentyabr 2021, 09:28 Professor Buludxan Xəlilov vəfat edib 27 Sentyabr 2021, 09:22 İstanbulda Vətən müharibəsi şəhidləri anılıb - FOTOLAR 27 Sentyabr 2021, 09:16 Dini məbədlərdə Şəhidlərin ruhuna dualar oxunur 27 Sentyabr 2021, 09:08 Xarici valyutaların manata qarşı məzənnələri 27 Sentyabr 2021, 09:06 İordaniya və İraq mətbuatı azərbaycanlı şərqşünasın məqaləsini yayıb 27 Sentyabr 2021, 09:00 Saat 12-00-da bütün yollarda hərəkət dayandırılacaq 27 Sentyabr 2021, 08:57 Bakıda yaşayış binasında yanğın olub 27 Sentyabr 2021, 08:50 Beynəlxalq səyahətçilər Füzuli Hava Limanına endilər 27 Sentyabr 2021, 08:43 II Qarabağ Müharibəsi niyə BAŞLADI… 27 Sentyabr 2021, 08:35 Xarici İşlər Nazirliyi "Anım günü bəyanatı" YAYDI 27 Sentyabr 2021, 08:24 Sürücülərin nəzərinə - Bu yollar bağlıdır 27 Sentyabr 2021, 08:17 Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım etdi - FOTO 27 Sentyabr 2021, 08:11 Bu gün AŞPA-nın payız sessiyası başlayır 27 Sentyabr 2021, 08:06 “Qlobal həmrəylik bəşəriyyətin problemlərdən xilası ola bilər” 27 Sentyabr 2021, 08:00 İspaniyada vulkan lavaları 462 evi yandırıb 27 Sentyabr 2021, 00:50
SORĞU Hansı vaksinə etibar edirsiniz?