Modern.az

“Məktəblərdə Qarabağa dair müsabiqələr keçirilsin”

“Məktəblərdə Qarabağa dair müsabiqələr keçirilsin”

2 Sentyabr 2009, 15:49

Son zamanlar mətbuatda ordu haqqında dəqiqləşdirilməmiş informasiyaların yayılması bu sahədə ciddi işlərin həyata keçirilməsini zəruri edir. Bu məqsədlə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi ilə «Üç nöqtə” qəzetinin görüşü olub.

«Üç nöqtə”dən Modern.az saytına verilən məlumata görə, görüşdə mətbuatın orduda baş verən hallara reaksiyası, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi yönündə görülməli işlər, hərbi sistemlə bağlı ictimai fikrin formalaşdırılması və digər məsələlər müzakirə olunub. TOHGMİB-in sədri Emin Həsənli mətbuat vasitələri içərisində «Üç nöqtə» qəzetinin ordu ilə bağlı mövqeyini təqdirəlayiq hesab edib.

 «Üç nöqtə» qəzetinin baş redaktoru Xoşqədəm Baxşəliyeva isə cəmiyyətdə vətənpərvərlik hisslərinin formalaşdırılmasında mətbuat vasitəsi olaraq bütün lazımi addımların atıldığını söyləyıb. Milli qəhrəmanlar, Qarabağ döyüşləri haqqında mətbuatda yer alan yazıların gənclərin vətənpərvərlik hisslərinin formalaşdırılması istiqamətində mühüm amil hesab edən X.Baxşəliyeva rəhbəri olduğu mətbuat orqanının da bu prinsipi əsas tutduğunu vurğulayıb.  Sonda o, Qarabağ mövzusuna dair orta məktəblərdə müsabiqələrin keçirilməsi haqqında təkliflə çıxış edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır