Modern.az

Etilen-Polietilen Zavodunun istehsal gücü açıqlanıb

Etilen-Polietilen Zavodunun istehsal gücü açıqlanıb

Ölkə

Bu gün, 13:00

SOCAR-ın Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna media-tur təşkil olunub.

Modern.az xəbər verir ki, 20 Sentyabr – Neftçilər Günü ərəfəsində keçirilən media-turda 30-dan çox media qurumunun nümayəndəsi iştirak edib.

Jurnalistlərə zavodun fəaliyyəti, istehsal gücü və müəssisədə həyata keçirilən modernizasiya layihələri barədə məlumat verilib.

Bildirilib ki, zavodun tərkibində Etilen, Polietilen, həmçinin Buxar və Elektrik Enerjisi İstehsalatı fəaliyyət göstərir.

Rekonstruksiya və modernizasiya işlərindən sonra Etilen İstehsalatının illik layihə gücü etilen üzrə 190 min tona, propilen üzrə isə 187 min tona çatdırılıb.

Qeyd olunub ki, 2001-ci ildə istismara verilən Buxar və Elektrik Enerjisi İstehsalatı zavodun istehsal sahələrini buxar və elektrik enerjisi ilə təmin edir.

Media nümayəndələri daha sonra zavodun istehsal sahələri ilə tanış olublar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda dəhşətli anlar: Sərnişin dolu təyyarə havada parçaland