Modern.az

Natiq Cəfərli İlqar Məmmədovun tərəfini tutmadı - AÇIQLAMA

Natiq Cəfərli İlqar Məmmədovun tərəfini tutmadı - AÇIQLAMA

Ölkə

Bu gün, 13:03

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli partiyanın Siyasi Komitəsinin üzvü İlqar Məmmədovun Azərbaycan iqtisadiyyatında staqflyasiya və böhranla bağlı fikirləri ətrafında yaranan müzakirəyə münasibət bildirib.

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən REAL partiyasının sədri Natiq Cəfərli İlqar Məmmədovun iddialarına və YAP İdarə Heyətinin üzvü, deputat Tahir Mirkişilinin buna cavab olaraq səsləndirdiyi arqumentlərə birbaşa qiymət verməyib.

O, ölkədə iqtisadi məsələlərin siyasi tərəflər arasında müzakirə edilməsini müsbət hal kimi dəyərləndirib:

“Ölkədə belə iqtisadi mövzular ətrafında müzakirələrin və diskussiyaların mədəni şəkildə aparılması müsbət haldır. Ölkənin sosial-iqtisadi problemləri ilə bağlı iqtidar və müxalifətin fikir mübadiləsi apararaq ortaq və real həll yolları axtarması vacibdir”.

Qeyd edək ki, İlqar Məmmədov Azərbaycan iqtisadiyyatında staqflyasiya əlamətlərinin yarandığını və ölkənin iqtisadi böhrana daxil olduğunu iddia edib. Tahir Mirkişili isə ÜDM artımı, inflyasiya və işsizlik göstəricilərini əsas gətirərək bu fikirlərin iqtisadi faktlarla təsdiqlənmədiyini bildirib.

Nicat Rüstəm

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda dəhşətli anlar: Sərnişin dolu təyyarə havada parçaland