Modern.az

Qəzzada çökən binanın altında 100 nəfər qalıb - KİV

Qəzzada çökən binanın altında 100 nəfər qalıb - KİV

Dünya

Bu gün, 11:40

Qəzza şəhərində müharibə zamanı zədələnmiş yeddimərtəbəli yaşayış binası çöküb.

Modern.az “Reuters”ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 12 nəfər, o cümlədən 5 uşaq həyatını itirib. Daha 14 nəfər yaralanıb.

İlkin məlumatlarda ölənlərin sayının 11 olduğu bildirilmişdi. Təxminən 100 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur. Axtarış-xilasetmə işləri davam edir.

Məlumata görə, bina əvvəlki İsrail hücumları zamanı ciddi zədələnib. Təhlükəli vəziyyətə baxmayaraq, başqa sığınacaq yeri olmayan məcburi köçkün ailələr orada yaşayırmış.

Ağır texnikanın çatışmaması xilasetmə əməliyyatını çətinləşdirir. Fələstin mülki müdafiə qüvvələri və BMT əməkdaşları dağıntıları bəzi ərazilərdə əllə təmizləməyə çalışırlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda dəhşətli anlar: Sərnişin dolu təyyarə havada parçaland