İran ətrafında baş verən münaqişə və Hörmüz boğazındakı vəziyyət Avropa İttifaqının enerji xərclərini kəskin artırıb.
Modern.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Avropa Parlamentində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, münaqişə başlayandan bəri idxal olunan fosil yanacaqlara əlavə 90 milyard avro xərclənib:
“Bu müddətdə idxal etdiyimiz fosil yanacaqlar bizə əlavə 90 milyard avroya başa gəlib. Bunun müqabilində isə bir molekul belə əlavə enerji əldə etməmişik”.
Avropa Komissiyasının rəhbəri Aİ ölkələrini öz enerji mənbələrinin inkişafını sürətləndirməyə çağırıb. O bildirib ki, bərpaolunan enerji, atom energetikası, biometan və digər texnologiyalara sərmayələr artırılmalıdır.
Fon der Lyayenin fikrincə, əlçatan və yerli təmiz enerjinin inkişaf etdirilməsi Avropanın xarici enerji asılılığını və gələcək böhranların iqtisadi təsirini azaltmalıdır.