16 Avqust 2021, 12:33 | Ana Səhifə - Yazılar - "Taliban"ın qələbəsi bütün dünyadakı cihadçılara siqnaldır
"Taliban"ın qələbəsi bütün dünyadakı cihadçılara siqnaldır

Elçin Alıoğlu


Kabildə indi xaos və anarxiyadır. Polis və hərbçilər canlarının hayındadır. Küçələrdə banditlər, quldurlar, qatillər hökmranlıq edirlər.

Məmurlar və hərbçilər hara qaçacaqlarını bilmirlər. Yeganə yol aeroportdur, orada da sıxlıq, basabas.

Kabillilərin tam əksəriyyətinin hakimiyyət dəyişikliyi veclərinə deyil. Onlar üçün heç nə dəyişmir. Əsas odur atışmalar, partlayışlar, müharibə olmasın.

Əyalətlərdə və xüsusilə də kəndlərlə isə yerli sakinlər ümumiyyətlə, sakitdir. Taliblər Şəriət qanunlarını tətbiq edəcəklər? Etsinlər də, zatən əfqan dehqanların, yəni kəndlilərin tam əksəriyyəti elə həmin qanunlarla yaşayırlar.

Ən ağır vəziyyətdə olanlar ABŞ ilə əməkdaşlıq etmiş əfqanlar, xüsusilə də tərcüməçilərdir.

Bütün bunlar məlum və mənə maraqlı deyil.

Maraqlı olan Qərbin "Taliban"a münasibətidir.

Axı "Taliban" kollektiv Qərb üçün terrorçulardır. Terrorçularla danışıqlar, müzakirələr, təmaslar isə cinayətdir.

"Taliban" Əfqanıstanı yenidən ələ keçirib.

Belədə, "terrorçu" kəlməsi Qərb üçün pejorativ mənasını dəyişir.

Saxtakar, ikiüzlü, əxlaqsız, ikili və onlu standartlı Qərb moralizmi səbəbindən "terrorçu" kəlməsi belə, ilkin mənasını itirir.

"Taliban" üsyançılar, qiyamçılar, partizanlar, yaxud da hakimiyyət uğrunda mübarizə aparmış sivil siyasi hərəkat deyil.

Bu səbəbdən Qərb yenə "real politika" və "praqmatizm"ə sığınaraq "düşmənə terrorçu, bizə maraqlı olanları isə azadlıq uğrunda mübarizlər adlandırırıq" prinsipi ilə hərəkət edəcək.

Qərbdəki cihadologiya məktəbinin maraqlı təmsilçiləri var, indi onların nə deyəcəklərini və yazacaqlarını gözləyirəm.

Əfqanıstandakı situasiyadan yararlananlardan biri də "Əl Qaida" terror təşkilatıdır.

Son illər ərzində ilk dəfə olaraq "Əl Qaida" rahat nəfəs almaq və yenidən bərpa olunmaq imkanı əldə edib.

"Əl Qaida"nın rəhbəri Əyman əl Zəvahirinin müavini, hazırda İranda olan Seyf əl Adel mütləq şəkildə Əfqanıstana qayıtmaq istəyəcək.

Daha sonra isə "Əl Qaida" Cənub-Şərqi Asiyada və Hindostan subqitəsindəki vəziyyətini gücləndirməyə, müttəfiq cihadçılarla əlaqələri intensivləşdirməyə çalışacaq.

"Taliban"ın qələbəsi bütün dünyadakı cihadçılar üçün siqnaldır, yəni "Qardaşlar, biz bacardıq! Siz də cəhd göstərin!"

Region dövlətlərinin "Talibann"la müzakirələrə başlamaq niyyəti isə cihadçı ideologiyanın meynstrimindən xəbər verir.

Eyni zamanda, "Taliban" Əfqanıstandakı xəzərlərlə də dil tapmağa çalışacaq və bu minvalla İranın Əfqanıstandakı təsir imkanlarının artmasına göz yumacaq.

İran da razıdır, çünki belə proseslər Tehranın bölgədə Çinin nəqliyyat marşrutlarına inteqrasiyasını daha da gücləndirəcək.

Çox yəqin ki, "Taliban"ı razı salmaq üçün Tehran "Əl Qaida"nın sədr müavini Seyf əl Adeli elə taliblərə təhvil versin.

Çinin və Pakistanın "Taliban"la təmaslarının aktivləşməsi Hindistanı təlaşlandırır. Belədə Hindistan ərazisindəki mücahidlərin aktivliyi artacaq.

İndi nə olacaq?

Maraqlı sualdır.

"Taliban"la dialoqa başlamağa və Əfqanıstanda möhkəmlənməyə çalışanlar az deyil. Taliblər terrorçu sayılanda, ABŞ onları bombalayanda və mahiyyət etibarilə, bütün regiona Pentaqonun hazırladığı "gec açılan bomba" olanda vəziyyət fərqli idi.

Əfqanıstan taliblərin əlinə keçəndən sonra situasiya dəyişib.

Əfqanıstanla bütün ticari əməliyyatlar məhdudlaşacaq, çünki araşdırma mərhələsi olacaq.

Qərb "Taliban"ı sivil siyasi hərəkat və ya təşkilat saymır, amma taliblərlə müqavilələr imzalanacaq, anlaşmalar əldə olunacaq, sazişlər gerçəkləşdiriləcək.

Və sonda - ABŞ Əfqanıstanda uddu, ya uduzdu?

ABŞ-ın Əfqanıstanda 20 ildən bəri apardığı böyük əməliyyatın real məqsədləri və motivlərini bilmirəm. "Ekspert" və "analitik"lər də bilmirlər, bilə də bilməzlər.

Çünki Birləşmiş Ştatların planlarının hazırlanmasında iştirak etməmişəm, daxili mətbəxə də bələd deyiləm. Belə biliklər və anlam olmadan haradasa kiminsə uduzduğunu və ya kimisə aldatdığını iddia etmək sadəlövhlükdür.

ABŞ siyasəti homogen, hakimiyyəti də monolit deyil. Vaşinqtonda bu və digər qərarın qəbul edilməsinin arxasında hansı lobbiçilərin durduğunu, onların məqsədlərini də bilmirəm.

Bu isə "Taliban" tənliyində çatışmayan dəyişənlərdən, əmsallardan biridir.

Təbii, ABŞ istəsəydi, "Taliban"ı məhv edə bilərdi. Amma istəmədi.

ABŞ-ın məqsədi Əfqanıstanı ram etmək yox, orada vuruşmaqdı.

Hesablamalarda kritik önəm daşıyan biliklərin yoxluğu cavaba təsir edir. Biz baş verənlərin yalnız sonuclarına istinad edərək fikir yürüdə bilərik.

Sonuclar isə belədir:

  1. 1. ABŞ yüz milyardlarla dollar xərclədiyi Əfqanıstandan çıxır. Amma amerikalılar elə həmin Əfqanıstanda on dəfə artıq gəlir əldə etdilər: hərbit müqavilələrdən tutmuş, tiryək və heroin alverinədək.
  2. 2. ABŞ okeanın o tayındadır. Əfqanıstanı tərk edən amerikalılar bölgə ölkələri üçün "hədiyyə" qoyub gedirlər. Region dövlətləri indi "Taliban" adlı xərçəng şişi ilə nə etməyi düşünürlər.

ABŞ-ı uduzan tərəf adlandırmaq olarmı? Olarsa, udan kimdir?

"Taliban"a olan münasibətim isə birmənalı mənfidir.

Hətta ifrat dərəcədə mənfidir.

MÜƏLLİFİN DİGƏR YAZILARI
İlham Əliyev: "Bizi hələ döyüşməyə məcbur edirlər, biz də hazırıq"  25 Oktyabr 2021, 21:17 Prezident Qubadlı əhalisinin sayını AÇIQLADI 25 Oktyabr 2021, 21:06 Prezident və Birinci xanım Qubadlı ictimaiyyəti ilə görüşdü - YENİLƏNİB 25 Oktyabr 2021, 20:49 İlham Əliyev Ermənistanla sərhəddə hərbi hissənin açılışında - YENİLƏNİB  25 Oktyabr 2021, 20:45 “Qubadlı” yarımstansiyasının açılışı oldu - YENİLƏNİB 25 Oktyabr 2021, 20:34 Xanlıq-Qubadlı yolunun təməli qoyuldu - YENİLƏNİB 25 Oktyabr 2021, 20:32 İtaliyada TAP boru kəmərindən bəhs edildi 25 Oktyabr 2021, 20:11 Portuqaliyada böhran həll edilmir -  Növbədənkənar seçki ehtimalı 25 Oktyabr 2021, 19:40 Quterreş Sudandakı çevrilişi pislədi 25 Oktyabr 2021, 19:26 Türkiyəyə çağırış edən ölkələrdən GERİ ADDIM 25 Oktyabr 2021, 19:12 Rasim Quliyevin məhkəməsində sənədlər tədqiq edilib 25 Oktyabr 2021, 19:00 Qoşulmama Hərəkatından Azərbaycanla bağlı PAYLAŞIM 25 Oktyabr 2021, 18:54 Alimlər ekzoplanetin fotosunu çəkdilər - FOTO 25 Oktyabr 2021, 18:48 Namiq Abdullayevin qardaşı vəfat etdi 25 Oktyabr 2021, 18:42 Kərim Vəliyev NATO nümayəndəsi ilə görüşüb 25 Oktyabr 2021, 18:36 Fərid Qayıbov federasiyanın fəaliyyəti ilə tanış olub - VİDEO 25 Oktyabr 2021, 18:30 Dolların məzənnəsi sabit qaldı 25 Oktyabr 2021, 18:24 Qubadlı sakinləri də ata ocaqlarına dönəcəklər 25 Oktyabr 2021, 18:18 Düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edən şəhidimiz anılıb - VİDEO 25 Oktyabr 2021, 18:12 Şəhid ailələri və qazilərə daha 50 mənzil verildi 25 Oktyabr 2021, 18:07 Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rektoru ilə görüşüb - FOTO 25 Oktyabr 2021, 18:05 “Şəxsi maşınların şüşəsinə bayraq vurula bilməz!” - Polisdən XƏBƏRDARLIQ 25 Oktyabr 2021, 18:03 FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ 25 Oktyabr 2021, 18:01 1 ölkə, 2 prezident: Tatarıstan Kremlin istəyini RƏDD ETDİ 25 Oktyabr 2021, 17:59 Eldəniz Səlimovun cinayət işi icraata verildi 25 Oktyabr 2021, 17:55 Milli Məclis 12 məsələyə görə iclas ÇAĞIRDI 25 Oktyabr 2021, 17:50 Səfər Mehdiyev Detlef Şröderlə görüşdü - FOTOLAR 25 Oktyabr 2021, 17:45 Qudası Eldar Həsənovun məhkəməsində ifadə verdi 25 Oktyabr 2021, 17:40 Bakıda dini toy karvanı təşkil edənlərin işi məhkəməyə göndərildi - FOTO 25 Oktyabr 2021, 17:34 ABB-dən sahibkarlar üçün TƏLİM 25 Oktyabr 2021, 17:28 Ceyhun Bayramov səfirlə görüşdü 25 Oktyabr 2021, 17:22 Diasporumuz Finlandiya jurnalında - FOTO 25 Oktyabr 2021, 17:16 “Siz bizi Xudavəngə buraxın, biz də sizi Ağdabana” – Erməni kilsəsindən TƏKLİF 25 Oktyabr 2021, 17:10 Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı 25 Oktyabr 2021, 17:05 Amerikalı dini icma rəhbərləri Şeyxin qəbuluna gəldilər - FOTO 25 Oktyabr 2021, 17:00