Modern.az

Hüseyn Cavidin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçiriləcək

Hüseyn Cavidin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçiriləcək

21 Oktyabr 2009, 12:32

Oktyabr ayı Cavidlər üçün çox əlamətdar aydır. Çünki şair Hüseyn Cavidin özü 1882-ci il 24 oktyabr, oğlu Ərtoğrul 1919-cu il 22 oktyabr, qızı Turan 1923-cü il 2 oktyabr tarixlərdə anadan olub. Həmçinin, 1982-ci ilin 26 oktyabrında Hüseyn Cavidin nəşinin Sibirdən Vətənə gətirilməsi, 1996-cı ilin 29 oktyabrında isə Naxçıvanda Hüseyn Cavid məqbərəsinin açılışı günləridir.
Modern.az xəbər verir ki, Milli Elmlər Akademiyası ənənəvi olaraq oktyabr ayı “Cavidlər ayı” kimi qeyd edildiyi üçün 24-31 oktyabr tarixlərdə Hüseyn Cavidin Ev Muzeyində dahi Azərbaycan filosofu, dramaturqu, şairi və maarifçisinin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçiriləcək.
Oktyabr ayının 31-dən noyabr ayının 8-nə kimi isə Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşları tərəfindən İstanbulda 28-ci Beynəlxalq kitab sərgisi keçiriləcək. Sərgidə H.Cavidin və Ə.Cavidin əsərlərinin təqdimat mərasimi keçiriləcək, tədbir iştirakçılarına həmin əsərlər hədiyyə olunacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər