28 Sentyabr 2021, Çərşənbə axşamı
23 Avqust 2021, 09:23 | Ana Səhifə - Yazılar - Mən gəldim, sevgili ağac!
Mən gəldim, sevgili ağac!

Nüşabə Hüseynli

 

Bu yazını Aprel döyüşlərindən sonra, Cocuq Mərcanlıdan qayıtdıqan sonra yazmışdım. Səfərimizdən dəyərli həmkarım Ramilə Qurbanlı təsirli reportaj hazırlamışdı. Hər birimizin halını həssaslıqla duymuşdu. Mənim haqqımda “Nüşabə Hüseynli də mənim kimidir, sakit, amma içindəki qovğanın ağuşunda” yazmışdı. Halımı o qədər dəqiq ifadə etmişdi ki… İçimdə həqiqətən də qovğa vardı. O vaxt gördüyüm yanmış, qurumuş, amma sanki taleyinin acığına yenidən tumurcuqlamış ağaclar məni çox təsirləndirmişdi. O anlarda uşaqlıq illərimə qayıtmışdım. Küncə qoyulmuş uşaq kimi yerimdə donub qalmışdım. Uşaq vaxtı bəlkə də min dəfələrlə başına dolandığım ağacın qınağı çox ağır gəlmişdi mənə…

 

– Yadındadır, mənim gözəlliyim, qollu-budaqlı olmağım, ətrafımda olanların başının üzərinə çətir kimi açılıb onları payızda yağışdan, yayda günəşdən qorumağım sənin çox xoşuna gələrdi. Mənə qibtə edərdin, bilirəm, qibtə edərdin. Çox sevirdin yaşıl rəngi, elə indi də ən çox sevdiyin rəngdir. Amma öz aramızdır, geyimlərin arasında heç yaşılını görmədim o vaxtlı-bu vaxtlı. Bu illərdən sonra gəlmisən, amma indi də heç yaşılda deyilsən... İşə bax, mən də daha yaşıl deyiləm...

 

Çox sevərdin budaqlarıma dırmaşmağı. Ordan dırmaşa bilməyənlərə acıq verməyi. Özünü gövdəmə elə sıxardın ki, mən də fərəhlənərdim. Yarpağımdan tutmuş köklərimə qədər gövdəmin hər qarışında hiss edərdim ki, mənə güvənirsən, mən də budaqlarımla, pöhrələrimlə sənə toxunar, zərif dərini cızmadan qolunu, ayağını sığallayardım. Nə gizlədim, hərdən özüm qəsdən paltarından yapışar, üzünə-gözünə sürtünərdim. Bilirsən niyə... Əlbəttə, bilirsən...

 

...mən də səni sevirdim axı.  Hə, sən məni sevdiyin qədər mən də səni sevirdim. Sən mənə görə ağac olmaq istəyirdin, bilirəm. Bunu özüm eşitmişəm, boynundan atma. Özünün bəlkə də yadından çıxıb, amma  mən hər kəlməni xatırlayıram. Mənə söykənmişdin. Elə isti idin ki... elə doğma idin ki... Onda dedin ki, bir də doğulsaydın, bu dünyaya ağac kimi gəlmək istərdin. Həmin an məndən xoşbəxti yox idi. Bu, sevgi etirafı idi...  

 


Necə xobəxt olmayaydım ki... Axı mən də insan olmaq istəyirdim... sənə görə... Hə. Bax belə. Sən mənə görə ağac olmaq istəyirdin, mən də sənə görə insan. Bu istək məni elə yandırırdı ki, dibimə tökülən su belə ürəyimin yanğısını soyutmurdu. Hamınız mənim üçün əzizdiz, amma səni sevirdim...  Bilmirəm hiss etmişdin, ya yox, sən gələn kimi budaqlarımı dikəldərdim. Səni görəndə bütün gövdəm titrəyərdi...

 

Amma sonra yoxa çıxdın. Heç gəlmədin. Gözüm yolda qaldı... Unutmuşdun məni? Unutmuşdun. Mənsə səni heç unutmadım...  İnanmazsan, indi də görən kimi tanıdım... Necə də dəyişmisən...

 

Bir yay  ən isti avqust günlərinin birində hamı birdən yoxa çıxdı.  Tələm-tələsik harasa getdilər... Birdəfəlik getdilər... Tanımadığım adamlar gəldi. Hər şeyi dağıtdılar, ətrafda nə vardısa, hamısını sındırdılar, daşıdılar. Bizə də od vurdular. Mən də yandım...  bilsən necə yandım...

 

Amma sınmadım, yıxılmadım... Birdən gələrsən, məni görməzsən deyə... Küləyə, yağışa, qara, istiyə dözdüm... bir damcı suya təşnə qaldım, amma boyun əymədim.... Məni ayaqda saxlayan sən oldun... Bilirdim gələcəksən...

 

Aradan 23 il keçib... Gəlmisən... Gəldin tapdın məni... Tumarla məni... toxun mənə... Yox-yox, söykənmə... Mən daha əvvəlki deyiləm, saxlaya bilmərəm, yıxılarsan... Necəsən? Darıxmışdın mənim üçün?  Bilsən sənin yolunu necə gözləyirdim...   Niyə dinmirsən? Bir kəlmə de. Səsini eşitmək istəyirəm. Daha yaşıl deyiləm, illərin həsrəti məni qaraldıb... Amma sən yaşılı sev yenə...

 

Düzünü de, hələ də ağac olmaq istəyirsən? Sən ağlayırsan... Niyə ağlayırsan?  Mənə yazığın gəlir? Hə... Kaş mən də ağlaya biləydim, bəlkə ürəyim boşalardı. Heyif,  qurumuşam, ağlaya bilmirəm... Bircə ricam var səndən... mənə su ver... lap keçmişlərdəki kimi... Bax belə...

 

Biirəm, gedirsən, deməyinə ehtiyac yoxdur, sıxılma, özüm hiss edirəm... Əlbəttə, başa düşürəm... Getməlisən... Necə? Söz vermirəm...  Amma çalışacağam... Get... Gözləyəcəyəm yolunu... Yazdır... Bir də gördün sən gələnə yaşıllandım... Sən amma gəl, mütləq gəl! 

(2016, aprel)

 

Mən gəldim, sevgili ağacım!

2021, 23 avqust

Elnur Əşrəfoğlunun anası Birinci vitse-prezidentə müraciət etdi 28 Sentyabr 2021, 10:31 Tanışına 5 bıçaq vurub TƏSLİM OLDU 28 Sentyabr 2021, 10:30 İraqlı nazir Bakı Ali Neft Məktəbində - FOTO 28 Sentyabr 2021, 10:17 Məşhur müğənni insan alverində təqsirləndirilir 28 Sentyabr 2021, 10:13 25 günün qəza statistikası: 45 ölü, 18 yaralı 28 Sentyabr 2021, 10:08 Azərbaycan tarixi ədaləti bərpa etdi 28 Sentyabr 2021, 10:04 UNEC-də XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər konfransı keçirilib 28 Sentyabr 2021, 10:00 Avqustda qadın pensiyaçılar kişilərdən çox olub 28 Sentyabr 2021, 09:54 Magistral yollarda sürət həddi endirildi 28 Sentyabr 2021, 09:50 Keçmiş kürəkənini bıçaqlayan qayınata TUTULDU 28 Sentyabr 2021, 09:46 Parlament şəhid və qazi ailələrinin məsələsinə yenidən baxacaq 28 Sentyabr 2021, 09:40 DYP-dən taksi sürücülərinə sonuncu XƏBƏRDARLIQ 28 Sentyabr 2021, 09:36 İnternat uşaqları: onları bu müəssisələri tərk edəndən sonra nələr gözləyir… 28 Sentyabr 2021, 09:31 Xəzər dənizində köməksiz qalan 3 nəfər xilas edildi 28 Sentyabr 2021, 09:27 Sabahdan universitetlər və kolleclər açılır 28 Sentyabr 2021, 09:22 Qarabağa “Böyük qayıdış”la bağlı komissiya yaradılır 28 Sentyabr 2021, 09:17 “Brent” neftin qiyməti 80 dolları ötdü 28 Sentyabr 2021, 09:12 Xarici valyutaların manata qarşı məzənnələri 28 Sentyabr 2021, 09:06 Direktor olmaq istəyənlərin nəzərinə - Müsahibə mərhələsi başlayır 28 Sentyabr 2021, 09:00 Şəmkirdə ağır qəza -1 nəfər öldü 28 Sentyabr 2021, 08:52 Yaddan çıxmış sənətkarlar: Məmurların haqsızlığı ilə üzləşən, ad günündən 3 gün sonra ölən AKTYOR 28 Sentyabr 2021, 08:45 Dünyada COVID-19-a yoluxanların sayı 233 milyonu ÖTDÜ 28 Sentyabr 2021, 08:35 Ərdoğanın Əliyevə zəngi: Soçi görüşünə hazırlıq 28 Sentyabr 2021, 08:31 Bu gün yağış yağacaq - Çaylarda sel olacaq 28 Sentyabr 2021, 08:23 Böyrək daşı xəstəliyinin müalicəsi 28 Sentyabr 2021, 08:11 Anım Günündə 58 mindən çox ağac əkildi 28 Sentyabr 2021, 07:56 Daha bir ölkə turistlər üçün sərhədlərini açır 28 Sentyabr 2021, 07:50 Azərbaycan bu məhsulların idxalına qadağa qoydu 28 Sentyabr 2021, 07:46 Yunanıstanda güclü zəlzələ - Ölən və yaralananlar var 28 Sentyabr 2021, 07:32 Bayden peyvəndin 3-cü dozasını vurdurdu 28 Sentyabr 2021, 00:58 44 gün davam edəcək “Xarıbülbül” satış-sərgisi keçirilir 28 Sentyabr 2021, 00:47 Makrona yumurta atan şəxs saxlanıldı 28 Sentyabr 2021, 00:35 Nazirlik Teymur Mirzəyevin vəfatı ilə bağlı nekroloq yaydı 28 Sentyabr 2021, 00:27 Nigeriyada silahlılar 34 nəfəri öldürdü 28 Sentyabr 2021, 00:10 Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yenə uduzdu 27 Sentyabr 2021, 23:57
SORĞU Hansı vaksinə etibar edirsiniz?