Nurlan Soltanov Maliyyə Nazirliyinə məxsus "Rəqəmsal Maliyyə Mərkəzi" MMC-yə direktor təyin edilib.
Modern.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Qeyd edək ki, N.Soltanov indiyə qədər nazirliyin Aparatının Müasir texnologiyalar və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.