Modern.az

Badamdardakı sürüşmə davam edir, çatlar böyüyüb - RƏSMİ

Badamdardakı sürüşmə davam edir, çatlar böyüyüb - RƏSMİ

Aktual

Bu gün, 13:27

Badamdardakı sürüşmə sahəsində çatlar genişlənib, aktivlik davam edir.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məlumat yayıb.

Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahədə aparılan növbəti monitorinqlər zamanı əvvəl qeydə alınmış nəticələrlə müqayisədə sürüşmə sahəsində çatların bir qədər də genişləndiyi və aktivliyin davam etdiyi müəyyən edilib.

Ərazidə vəziyyətin dinamikası izlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Canlıda gərgin müzakirə! Fazil Mustafa kritik sualları cavablayır...