23 Sentyabr 2021, 14:06 | Ana Səhifə - Yazılar - 70 yaşlı Akif Cabbarlı inciməsin neyləsin?
70 yaşlı Akif Cabbarlı inciməsin neyləsin?

Mahir Qabiloğlu

Çox kövrək adamdır Akif Cabbarlı. Onun yetirməsi, Əməkdar jurnalist, mayor Füzuli İsmayılovun təbirincə desək, Cabbarovun inciyən yeri burnunun ucundadır. Amma bu dəfəki incimək, o inciməkdən deyil. Onun yerində başqası olsaydı, çoxdan silmişdi 25 ildir tanıdığı Mahiri yaddaş kitabçasından. O cümlədən digər bəzilərini də... Kimdir Mahir və digər bəziləri? Öz adımı yazmışam. Amma digərlərinin adını yazmaq istəməzdim. Yəqin ki, yazımı oxuyub söz verdikləri yubiley qonaqlıqları yadlarına düşəcək. Çünki mən də Bakıdayam (onu düz səbəb gətiriblər ki,  mənsiz o qonaqlığın nə ləzzəti), həm də Məhərrəmlik ayı başa çatıb. Axı Akif Cabbarlı, İ.P., F.İ. qatı şiədirlər. Amma bütün dediklərimi birləşdirən bircə incə məqam var. Şair Qabilin diliylə desək:

 

İnci incə adamdan,

Ürəyincə adamdan.

Məhəbbətdir küsü də

Küsmə becə adamdan.

 

Baxmayaraq ki, Akif Cabbarlı heç kimdən küsməyib. 70 yaşlı adamın isə inciməyi yüz küsüyə bərabərdir. Özünə yaxın, doğma saydığı dost Mahir – Mahir Qabiloğlu təxəllüslü qələm sahibi əlinə qələm alıb onun haqqında kiçik bir təbrik yazısı yazmırsa, Akif Cabbarlı inciməsin neyləsin? Axı qazandığı yalnız bizim kimi dostlardır. O, yaxşı bilir ki, 70 yaş böyük bir mərhələnin sonudur. Geriyə boylanmaq məqamıdır. Dostlardan başqa nə qazanıb ki, Akif Cabbarlı? Bu suallar burulğanında çarpışır. Özü-özüylə danışır, vuruşur. “O boyda AzTV-də “Xəbərlər”də baş redaktor olmuşam. Bir qəpiy də almamışam”; “70 ilin 48 ilini jurnalistika sahəsindəyəm, mənim stajım yaşından kiçik uşaqlar Əməkdar jurnalistdirlər, mən isə...”; “Bəxtiyar Vahabzadənin poeziyasının diliylə danışsaq – ay Mahir, bu boyda münasibətimiz bir yazıya dəymədi?”.

Bu siyahını artırmaq, üstəlik “Mahir” xitabının yanına digər adları da əlavə etmək olar. Amma yubiley yazısıdır. Müsbət notlar tam hakim olmalıdır təbrikimin cövhərinə.

 

Atamın bir sözü vardı: 50 yaşacan gərək 10 ildən bir yubiley keçirəsən. 50 yaşdan 70 yaşa qədər isə hər 5 ildən bir. 70 yaşdan 80 yaşacan isə hər il. Çünki yaşın qazandırdığı sağlamlıq axsımaqlarıyla yaşanılan hər il qiymətli sayılır. 80 yaşdan sonra isə hər günü gərək qeyd edəsən. Çünki yaşanılan hər gün qənimətdir. Bu mənim bəzilərinin “Akifin yaşı yayda olub, sən isə bu yazını payızın ilk günündə qələmə alırsan. Toydan sonra nağara?” replikasına bir cavabımdır. Həm də ruslar gözəl deyib: “Luçşe pozdno, çem nikoqda”. Həm də ki, bundan sonra Qabilin öncəgörənliyinə inansaq, yubileylər ilbəil, dalbadal düzüləcək. Axı Akif Cabbarlı 70-i haqlayıb. 2021-ci il isə başa çatmayıb.

 

70 yaş münasibətilə Akif Cabbarlı kitab da buraxıb. Onu oxuyandan sonra münasibət bildirməsəm Mahir olmaram. Çünki əminəm – tənqid olunacaq məqamlar da var bu kitabda. Yaxşılıq deyil ha əlimdən gəlməsin.

 

Amma tənqid etmərəm. Çünki o kitabda Akifin “Sahibsiz və çarəsiz itlərin gecə söhbəti” adlı hekayəsi var. Bu hekayə müasir dövrümüzün güzgüsüdür: Bəlkə hürsəm mənə də ilikli sümük atdılar. Müasir, mədəni dildə desək “Ağlamayan uşağa süd vermirlər”, “Qapı döymək lazımdır. Açmırlarsa pəncərədən gir”, “Yaltaqlıqla uzağa getmək olar”, “Naxallıq ikinci xoşbəxtlikdir” və sairə. Bu reallıqdır. Amma elə də olur ki, itin hürməyinə sümük yox, daş tolamazlayırlar, təpik vururlar, “poşol” deyirlər. Bax Akifin bu hekayəsi o talesiz itlər barədədir. Baxmayaraq ki, insanın taleyi olar, heyvanın yox. Amma talesizlik özü də bir taledir. Akifin yaratdığı it isə alleqorik bir surət.

 


Bu illər ərzində Akif çox yerlərdə çalışıb. O vaxt yeganə olan televiziyamızda “Xəbərlər”in baş redaktoru, Azərbaycan radiosunda baş redaktor müavini, “Həftə” analitik-siyasi proqramın rəhbəri, Ədliyyə Nazirliyində mətbuat katibi, Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetində, İTV-də əməkdaş... Bu gün də çalışır. Jurnalistika onun həyatının mənasıdır. İndi Kinematoqrafçılar İttifaqında işləyir. Modern.az və digər mətbu orqanlarda yazılarla çıxış edir.  Dostlarını tez-tez arıyır, hal-əhvalını xəbər alır. “Bir vaxt tapın oturaq” ifadəsi dilinin əzbəridir – qarşılıq verən isə... Bu ifadənin isə bir açması var: Akif Cabbarlı dost sevəndir, mehriban insandır, heç kimi də yadından çıxartmır.

 

1996-cı ildən tanıyıram onu. AzTV-yə qədəm basdığım gündən. 15 yaş fərqimiz olmasına baxmayaraq, bunu heç vaxt hiss etməmişəm. Böyüklə böyük, kiçiklə kiçik olub. Daha doğrusu heç bilməmişəm ki, məndən 15 yaş böyükdür. 70 yaşında faş oldu bu fərq. O boyda AzTV-də və jurnalistlər cəmahiriyyəsində bir adam da tapılmaz ki, onun haqqında pis söz danışmaq bir yana, xırda giley-güzar etsin.

 

Elə ki, kiminsə yaşı, yubileyi oldu, lap balaca kitabçası çıxdı, hayqırır bütün respublikaya yazdığı ürək sözləriylə. Ay camaat, agah olun, dostumun kitabı çıxıb. Mən oxudum, siz də oxuyun. Ay camaat, dostumun yubileyidir. Mən təbrik etdim, siz də edin. Ay camaat, dostum, qələm yoldaşım, iş yoldaşım ölüb. Siz də dərdimə şərik olun. Akif Cabbarlının cövhəri budur, mayası belə yoğrulub. Başqa xüsusiyyətlərini, kişiyə xas şakərlərini, zarafatlarımızı, üç fazalı elektrik xəttinə klassik bənzətməsini, oğlunun toy günündə səhər-səhər baş verən mübahisəmizi, bir sözlə AzTV-dəki sərgüzəştlərimizi yazmayacağam. Cobi hələ ki, qadağa qoyub mənə. Yubiley yazımın, təbrikimin də gecikməyinə məhz əsas səbəb bu oldu.

 

Gözləyirəm. Gözləyirəm ki, onu Əməkdar jurnalist fəxri adı almağı münasibətilə təbrik edim. Buna haqqı çatır. Bu günlərdə Şuşada Vaqifin məqbərəsinin yenidən açılması mərasimində Akif Cabbarlını Prezident İlham Əliyevin yanında görəndə fikirləşdim. Akif Cabbarlı bu ada layiqdir. Axı o, Ümummilli lider Heydər Əliyevi 1-ci katib olanda görüb, Prezident İlham Əliyevi isə hələ o vaxt Vaqif məqbərəsinin açılışında. İndi də görür. Dövlətimizin uğurlarına sevinir, qələmiylə bu yolda əməli iş görür.  Neçə publisistik, bədii yazının toplandığı kitabların müəllifidir. Prezidentin ali sosial mükafatına layiq görülüb. Jurnalistlərin binasından ona da mənzil payı düşüb.

 

Bu qədər. Bir kiçik yubiley yazısında yazacaqlarım bu qədər. Bir insanın 70 illik həyat yolunu, yaradıcılığını bir yazıya sığışdırmaq mümkün deyil. Buna heç çalışmadım da... Axı 70-dən sonra hər il yubiley keçirəcək Akif Cabbarlı. Əgər atam Qabilin dediyinə inansaq.

 

TƏBRİKLƏR, TƏBRİKLƏR, BİR DƏ TƏBRİKLƏR!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Amerikalı dindarlar Ağdam və Şuşada olublar 28 Oktyabr 2021, 17:16 Universitetin 10 qrupunda əyani dərslər DAYANDIRILDI 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitədən İraqdan gətirilən uşaqlarla bağlı MƏLUMAT 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52 İki məhkəmə sədri Şuraya üzv seçildi 28 Oktyabr 2021, 16:47 Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ 28 Oktyabr 2021, 16:41 Hava yenidən pisləşəcək - Yağış, leysan və qar yağacaq 28 Oktyabr 2021, 16:35 "Barselona" müvəqqəti məşqçi təyin etdi 28 Oktyabr 2021, 16:30 Türkiyə ilə Çin arasında söz savaşı YAŞANDI 28 Oktyabr 2021, 16:24 Mənzildə kişi meyiti tapıldı 28 Oktyabr 2021, 16:20 Sənaya təcavüzdə təqsirləndirilən şəxsin şikayəti rədd edildi 28 Oktyabr 2021, 16:15 Bu lisey koronavirusa görə BAĞLANDI 28 Oktyabr 2021, 16:09 Ötən ay pensiya ALANLAR 28 Oktyabr 2021, 16:04 Qazilərin “polis bizi döydü” ittihamına DİN-dən REAKSİYA 28 Oktyabr 2021, 16:00 UNEC-də beynəlxalq konfrans 28 Oktyabr 2021, 15:58 Deputatlarımız yenidən MDB PA-da vəzifəyə seçildilər 28 Oktyabr 2021, 15:52 Türkiyə Suriyada 2 hərbi əməliyyat HAZIRLAYIR 28 Oktyabr 2021, 15:46 Şəhidin adına profil açıb pul qazananlar TUTULDU 28 Oktyabr 2021, 15:41 Bu tarix birlikdə yazılır! 28 Oktyabr 2021, 15:35 “Nar”dan qazi müəllimlərlə bağlı KİTAB 28 Oktyabr 2021, 15:30 AccessBank-dan qadın sahibkarlara dəstək 28 Oktyabr 2021, 15:26 Bu şəxslər 4-cü doza vaksin vurdura bilər - RƏSMİ 28 Oktyabr 2021, 15:22 Nə kişi, nə də qadın olmayan şəxsə pasport verildi - FOTO 28 Oktyabr 2021, 15:18 Hafiz Hacıyev SAĞALIR 28 Oktyabr 2021, 15:14 Şəhid və qazi ailələrinin su təchizatı yaxşılaşdırıldı 28 Oktyabr 2021, 15:10 1920-ci illərin xəritəsi: Bakı və İrəvan masaya hansı atlasla oturur? 28 Oktyabr 2021, 15:04 “Azərbaycan-NATO əməkdaşlığında Rumıniya mühüm rol oynayır” 28 Oktyabr 2021, 15:00 Yarmarkada ən çox cökə balı SATILIR 28 Oktyabr 2021, 14:55 Naməlum Şəhid qəbirlərinə yeni başdaşı qoyulacaq – RƏSMİ 28 Oktyabr 2021, 14:52 “AzerGold”un şəhid əməkdaşının xatirəsi anılıb 28 Oktyabr 2021, 14:50 Ermənistandan müsbət siqnallar alırıq - Akar 28 Oktyabr 2021, 14:47 Daha bir hakim koronavirusa YOLUXDU 28 Oktyabr 2021, 14:42 Diaspor təşkilatının müraciətilə “Kudüs TV” cərimələndi 28 Oktyabr 2021, 14:39