16 Oktyabr 2021, 21:38 | Ana Səhifə - Yazılar - İşıq və qaz bahalaşdı - tənqid etmək, qəzəblənmək asandır…
İşıq və qaz bahalaşdı - tənqid etmək, qəzəblənmək asandır…

Elçin Alıoğlu

Əməkhaqları, pensiya, sosial müavinət, təqaüdlər və digər sosial ödənişlər artırılacaq.


Dövlət başçısı bununla bağlı sərəncam imzalayıb, Nazirlər Kabinetinə göstəriş verib.


Səbəb?


İlk baxışdan işıq və qazın tariflərinin artımı ilə bağlıdır?


Deyil.


Bəli, bilirəm və aydındır ki, dünyanın heç bir yerində, heç bir toplumda bahalaşma sevinclə qəbul olunmur, oluna da bilməz.


Tariflərin artırılmasının da səbəbləri var və bu barədə yazılıb.


Sadə misalla analogiya aparaq. Düşünün ki, ev tikirik. Bu zaman mümkün qədəri qənaətlə dolanırıq, xərcləri azaldırıq, bəzən ən zəruri ehtiyaclarımızı belə, ixtisara salırıq.


Təki evi tikib qurtaraq.


Yainki mənzildə təmiri başa vuraq.


İşğaldan azad edilmiş ərazilərimizi şərəfsiz, murdar aşotlar viranə qoyublar. Orada təmir yox, yenidən inşa aparılır.


Üstəlik, 44 günlük Vətən Müharibəsindən sonra dövlət sərhədlərimizin uzunluğu 900 km artıb.


Düşmənlə üzbəüz məkanlarda postlar, mövqelər, kazarmalar tikilir. Yollar salınır, tunellər qazılır, hava limanları inşa olunur, infrastruktur qurulur.


Üstəlik, zinadan doğulmuş aşotlara əsla inam olmadığı üçün ordumuzu, müdafiə potensialımızı daim, fasiləsiz gücləndirməliyik.


44 günlük Savaşda sərf olunmuş silah, sursat və hərbi texnikanın əvəzi alınmaqla yanaşı, yeni, ən müasir texnikalar əldə olunur.


Xərc istiqamətləri çoxdur, lap çox.


Bunu qarşılamaq üçün iki yol var: ya kəmərlərimizi çəkib gəlirlərimizi artırmalı, ya beynəlxalq təşkilatlardan borc almalı və o borcları övladlarımız, nəvələrimiz ödəməlidir.


Borc bataqlığına girməmək üçün dövlət israfla, dotasiya ilə işləyən sahələri nizamlayır.


Çətin, amma labüd və qaçılmaz prosesdir.


Və bütün bunlarla yanahı maaşlar, pensiyalar, müavinətlər artırılır.


Savaşdan cəmi bir il keçib.


Xərclər durmadan artır, amma postsovet məkanındakı bütün dövlətlərdən fərqli olaraq, ən ağır problemini həll edən Azərbaycan "dövlət vətəndaş üçündür" anlamı ilə davranır.


Anlayıram, tənqid etmək, qəzəblənmək asandır.


Qınamıram kimsəni.


Lakin...


Səngərdəki əsgərimizi düşünək - xərclər onun üçündür.


Viran edilmiş elinə, yurduna qayıtmaq arzusu ilə gün sayan köçkünü düşünək - onun üçün çalışırıq.


Həkimi, müəllimi, təqaüdçünü, tələbəni, qazimizi gözlər önünə gətirək - maaşlar, təqaüdlər və müavinətlər artır.


Dövlət bizik, biz də dövlət.


Birik, bir olmalıyıq.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Azərbaycan və Ermənistan arasında vəziyyət həssas olaraq qalmaqdadır  3 Dekabr 2021, 16:40 UNEC İqtisadi Forumu: “Postpandemiya dövründə biznes transformasiyası” 3 Dekabr 2021, 16:35 Noyabırda 67 nəfərin diplomu tanınmadı 3 Dekabr 2021, 16:30 Qubada əl qumbaraları tapılıb 3 Dekabr 2021, 16:26 Lirə rekord həddə ucuzlaşdı 3 Dekabr 2021, 16:21 Azərbaycan və Ukrayna XİN başçılarının görüşü olub 3 Dekabr 2021, 16:16 Narkotik satanlar saxlanıldı 3 Dekabr 2021, 16:10 NATO-nun Mobil təlim qrupu Azərbaycanda 3 Dekabr 2021, 16:05 Azərbaycan və Polşa nazirləri görüşüb 3 Dekabr 2021, 16:00 “Tofiq Yaqubluya edilən zorakılığı təxribat hesab edirəm” 3 Dekabr 2021, 15:54 “Addım-addım Vətən”nin BAĞLANIŞI 3 Dekabr 2021, 15:48 Qarabağa mal-qaranın köçürülməsinə hazırlıqlar gedir 3 Dekabr 2021, 15:42 Türkiyə-Azərbaycan birgə universitetin fəaliyyət istiqamətləri AÇIQLANDI 3 Dekabr 2021, 15:36 Kəlbəcərin Tutxun təzahüründə geoloji-axtarış işlərinə başlanılıb - Nazir 3 Dekabr 2021, 15:30 “Pensiya ilə yanaşı, müavinətlər də artacaq” 3 Dekabr 2021, 15:24 Füzulidə karantin nöqtələri yaradılacaq 3 Dekabr 2021, 15:18 Avtomobildən 10 min manatdan artıq pul oğurlandı - VİDEO 3 Dekabr 2021, 15:12 “Elə bil ki, dünyanın başı xarab olub” - Prezidentin müşaviri ilə MÜSAHİBƏ - II HİSSƏ 3 Dekabr 2021, 15:06 Hərbçimizə hücum edən erməni zərərsizləşdirildi 3 Dekabr 2021, 15:00 Naftalanda Beynəlxalq Əlillər Günü 3 Dekabr 2021, 14:56 “Qaraheybət” qəzasındakı helikopterin “qara qutu”su hansı ölkədə DİNLƏNİLƏCƏK? 3 Dekabr 2021, 14:52 GDU-da Elmi Şuranın iclası 3 Dekabr 2021, 14:46 “Hürkuş” təlim təyyarəsi Azərbaycanda sınaqdan keçirildi 3 Dekabr 2021, 14:40 Narkotacirə 15 il həbs cəzası verildi 3 Dekabr 2021, 14:34 Məsud Aşina Türkiyədə beynəlxalq mükafata layiq görüldü 3 Dekabr 2021, 14:28 Məktəb direktoru karantinə alındı 3 Dekabr 2021, 14:23 Aşıq Ələsgər poeziyamızda şərəfli yer tutur 3 Dekabr 2021, 14:18 “Bu təxribatın arxasında kim dayanırsa, tapılmalıdır” - Deputat 3 Dekabr 2021, 14:14 Nazirlə deputat ağac əkdilər   3 Dekabr 2021, 14:08 16 saylı cəzaçəkmə müəssisəsində 14 nəfər azadlığa çıxdı 3 Dekabr 2021, 14:03 Paşinyan iclas keçirib - Bakı ilə imzalanacaq yeni sənədi müzakirə edib 3 Dekabr 2021, 14:00 Gələn ilin büdcəsinə bu dəyişikliklər edildi - SİYAHI 3 Dekabr 2021, 13:57 “AzerGold”un Müşahidə Şurasının iclası keçirilib 3 Dekabr 2021, 13:54 Amnistiya Vətən müharibəsinin 2 iştirakçısına şamil edilib   3 Dekabr 2021, 13:54 Bayramov-Mirzoyan görüşü bu gün baş tuta bilər 3 Dekabr 2021, 13:46
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?