31 Oktyabr 2021, 20:49 | Ana Səhifə - Yazılar - 11 yaşlı qızın faciəsi... “İstəyirsiniz lap axtalayın”
11 yaşlı qızın faciəsi... “İstəyirsiniz lap axtalayın”

Fazil Mustafa

11 yaşlı qızımızın faciəsi bir ümummili faciədir. Bəli, məhz faciə. Hər şeyin bu və ya digər səviyyədə uçotu var. Sanki bu uşaqların uçotunu itirmişik. Şossedə avtomobilimizin şüşəsini döyüb pul dilənən o qızlar, oğlanlar da 9-13 yaş arasındadırlar, rayonlarda evlərin küncündə gizlədilən, bir çox hallarda valideynlərinin, atalıq və analıqların, qohumlrın vəhşəti ilə qarşılaşanlar da bu yaşlardadır.

Özümüzü aldatmayaq, məktəblə, icra qurumlrında olan müvafiq komissiyalarla əlaqə və əməkdaşlıq da formal mahiyyət daşıyır. İndi tələb olunur ki, azyaşlı qızlara və oğlanlara təcavüz edən pedofillərə ömürlük həbs cəzası verək. Razıyam, cəza maksimum səviyyədə sərtləşdirilməlidir. Bəs bunu gizlədən cəmiyyətlə nə edək?

Bu kimi cinayətlər yüzlərlədir, sadəcə gizlədilir. Bunu gizlədənlərin və hətta buna şərait yaradanarın içində ana var, bacı var, qohumlar, yaxınlar var.

Gizlətməyin iki səbəbi var: Birincisi, çevrənin qınağı, məsxərəsi, tənəsi, ikincisi isə ədalət müəssisəsinə güvənsizlik. O halda bu iki mühüm amili düzəltmək necə olacaq?

Çığırıram, bağırıram, ölkədə təhsildən kənarda heç bir uşaq qalmamalıdır, xüsusilə də qız uşaqları. Azad edin vergidən qızlar üçün kolleclər yaradan sahibkarları, qoy yurdlar yaratsınlar, himayəsiz uşaqların barınması və ciddi dövlət nəzarəti altında onların təhsil alması təmin edilsin. Birinə, beşinə ən yüksək cəza verin, istəyirsiniz lap axtalayın, bu sadəcə bir təsəllidir, heç bir ibrət tərəfi olmayacaq.

Əslində 11 yaşlı uşaq bir cinsi terrorun qurbanıdır, artıq gələcəyi, gəncliyi, arzuları məhv edilib. Hələ biz bilinənə bu cür acıyırıq, bilinməyən yüzlərlə qurbanın ahını eşitmirik. Bu məsələ geniş müzakirə olunmalıdır: parlamentin komitələrindən tutmuş, müvafiq dövlət komitəsində, məktəblərdə, məhəllələrdə, evlərdə. Hamı təhlükənin onun ocağına çatmasını gözləməməlidir. Ölkədə bir nəfər də olsun sahibsiz, diqqətdənkənar uşaq qalmamalıdır.

Avropada uşağının üstünə çığıran valideynin əlindən dövlət uşağını altı ay, bir il alıb onu cəzalandırır ki, bir də uşağa qarşı şiddət, zorakılıq etməsin. Bu qədər reklam üçün formal qurumlar nəyimizə lazım.

Əgər 11 yaşlı uşağı terrordan qoruyacaq mexanizm yoxdursa, inkişaf etmiş cəmiyyətdən danışmamız da içiboş sözlərdən başqa bir şey olmayacaq.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Ötən günün cinayət STATİSTİKASI 29 Noyabr 2021, 09:40 “Taliban” Avropa ittifaqından yardım istədi 29 Noyabr 2021, 09:27 Türkmənistanın mediadan gizlədilən birinci ledisi - Onun fotosu ilk dəfə YAYIMLANDI 29 Noyabr 2021, 09:01 Bu gün "Qızıl top" mükafatının qalibi bəlli olacaq 29 Noyabr 2021, 08:31 Bu günün hava PROQNOZU 29 Noyabr 2021, 08:24 “Brent” neft BAHALAŞDI 29 Noyabr 2021, 08:12 İsrail sərhədləri bağlayır 29 Noyabr 2021, 08:07 “Omikron”un daha yoluxucu olması ilə bağlı sübutlar YOXDUR 29 Noyabr 2021, 00:50 Bayden və Putin ilin sonuna qədər danışa bilər 29 Noyabr 2021, 00:42 Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi 29 Noyabr 2021, 00:22 Əliyev Aşqabadda nəyə nail oldu? 29 Noyabr 2021, 00:04 Tovuzda ölümlə nəticələn ağır qəza 28 Noyabr 2021, 23:55 Spiker Ərəb Parlamentinin sədri ilə görüşdü 28 Noyabr 2021, 23:32 Sahibə Qafarova pakistanlı həmkarı ilə GÖRÜŞDÜ 28 Noyabr 2021, 23:18 Taliban avropalı diplomatlarla danışıqlar apardı 28 Noyabr 2021, 22:50 Deputatlar Qırğızıstan seçkilərini İZLƏDİLƏR 28 Noyabr 2021, 22:32 “Omikron”u öyrənmək üç həftə vaxt alacaq 28 Noyabr 2021, 22:08 Prezidentin Türkmənistana səfəri başa çatdı 28 Noyabr 2021, 21:47 Azərbaycan və Tacikistan Prezidentləri arasında görüş - YENİLƏNİB 28 Noyabr 2021, 21:44 İlham Əliyev və Ərdoğan görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:35 İlham Əliyev və Rəisi arasında Zəngəzur dəhlizi müzakirəsi 28 Noyabr 2021, 21:30 Rəisi Qarabağdan DANIŞDI 28 Noyabr 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 28 Noyabr 2021, 21:16 İlham Əliyev və Rəisi görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:00 "Omikron" bu dəfə Danimarkada 28 Noyabr 2021, 20:56 Çexiyada yeni hökumət rəhbəri 28 Noyabr 2021, 20:44 “Qalatasaray”ın sabiq prezidenti vəfat etdi 28 Noyabr 2021, 20:16 Qırğızıstan seçkilərinin ilkin nəticələri 28 Noyabr 2021, 19:52 İran, Azərbaycan və Türkmənistan arasında qaz MÜQAVİLƏSİ 28 Noyabr 2021, 19:45 "Region ölkələri ilə ticarətin inkişafı prioritetidir" - Rəisi 28 Noyabr 2021, 19:25 Ərdoğan Zəngəzur dəhlizindən DANIŞDI 28 Noyabr 2021, 19:11 Tehranın hədəfi 28 Noyabr 2021, 18:45 Rusiyadan "Omicron"la bağlı təkzib - YENİLƏNİB 28 Noyabr 2021, 18:39 Peru silkələndi 28 Noyabr 2021, 18:32 "Zirə" qalib gəldi 28 Noyabr 2021, 18:18
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?