Modern.az

Windows-un yeni versiyası artıq satışdadır

Windows-un yeni versiyası artıq satışdadır

22 Oktyabr 2009, 20:21

Oktyabrın 22-dən etibarən personal kompüterlər üçün ən geniş yayılmış əməliyyat sistemi olan Windows-un "Windows-7" adlı yeni versiyası artıq bütün dünya üzrə rəsmi satışa çıxarılıb.

Modern.az xəbər verir ki, "Windows 7" adlı yeni versiyada gözləmə rejiminə keçid və bu rejimdən çıxmaq, eləcə də Wi-Fi simsiz şəbəkələri ilə rabitənin qurulmasına az vaxt tələb olunur. Yaddaş və digər qurğuların USB vasitəsilə kompüterə qoşulması və işə hazırlığı üçün bir neçə saniyə lazımdır, kompüterdə informasiyanın axtarılması və axtarış nəticələrinin yerbəyer edilməsi həmçinin olduqca daha sürətlə yerinə yetirilir.
Microsoft Azərbaycan şirkətinin baş direktoru Teymur Axundov qeyd edib ki, "Windows 7"-nin buraxılması bu əməliyyat sisteminin üstünlüklərini qiymətləndirməyə imkan verəcək: “Azərbaycanlı istifadəçilər yeni əməliyyat sisteminin tamamlanmış versiyasını almaq üçün imkan əldə edirlər. "Windows 7" məhsulunu yaradarkən Microsoft şirkətinin dizaynerləri və mühəndisləri tərəfdaşlarla və son istifadəçilərlə sıx əməkdaşlıq edirdi ki, onlar yeni əməliyyat sistemini necə təsəvvür etdiklərini bildirsinlər. Microsoft Azərbaycan şirkəti "Windows 7" məhsulunu 4 noyabr tarixində Bakıda başlayacaq yubiley BakuTel sərgisində təqdim edəcək. Bundan əlavə yeni əməliyyat sisteminin Azərbaycan dilinə tərcümə edilməsi üzrə işlərə də artıq başlanılmışdır”.
Cəmi Microsoft tərəfindən 6 müxtəlif satış variantı təqdim olunur, lakin pərakəndə şəbəkələrdə əsasən Home Premium və Professional versiyaları satılacaq. Özəl istifadəçilər üçün xüsusi ailə versiyası təklif olunur. Bu paketin lisenziya şərtləri əməliyyat sistemini bir deyil iki və ya üç kompüterdə qurmaq imkanı verir. Xatırladaq ki, "Windows 7"-nin buraxılması ilə yanaşı Microsoft həmçinin bu gün ABŞ-ın Arizona ştatında yerləşən Skottsdeyl şəhərində özünün ilk pərakəndə satış mağazasını açır.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi