Modern.az

Rusiya “Skripal işi” ilə bağlı yeni FAKTLAR açıqlayacaq

Rusiya “Skripal işi” ilə bağlı yeni FAKTLAR açıqlayacaq

Dünya

13 Aprel 2018, 16:08

Rusiya Kimyəvi silahın qadağan olunması təşkilatının “Skripal işi” ilə bağlı bəzi məlumatlarını dərc edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici işlər naziri Sergey Lavrov mətbuata açıqlamasında bildirib.

Nazirin sözlərinə görə Rusiya tərəfi bu təşkilatın dərc etdiyi sənədin tədqiq edilməsi prosesini davam etdirir.

 

“Biz hazırda bu sənədin tədqiqini davam etdiririk, orada maraqlı məqamlar var” Lavrov vurğulayıb.

Nazir yaxın zamanlarda ekspertlərin sənədlə işləri bitdikdən sonra həmin maraqlı məqaların dərc olunacağını bildirib. Onun sözlərinə görə bu təşkilat artıq həmin zəhərin tam kimyəvi tərkibini müəyyənləşdirib. Sənədin qapalı hissəsində onun uzun formulası verilib.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...