Modern.az

İran Hörmüzün açılması üçün 7 şərt irəli sürüb

İran Hörmüzün açılması üçün 7 şərt irəli sürüb

Dünya

Bu gün, 09:30

İran Hörmüz boğazının açılması üçün irəli sürdüyü yeddi şərtin yerinə yetirilməsini tələb edir.

Modern.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib. Nazir açıqlamasında şərtlərin nədən ibarət olduğunu açıqlamayıb.

Əraqçinin sözlərinə görə, uzun danışıqlardan sonra İslamabadda əldə olunan və hər iki ölkənin dövlət başçısının imzaladığı memorandum artıq müzakirə mövzusu deyil və praktiki əhəmiyyətini itirib. O iddia edib ki, ABŞ sənədin mühüm bəndlərindən birini pozduqdan sonra vəziyyət yenidən gərginləşib. Bir müddət sonra isə hər iki tərəf memorandum əsasında danışıqları davam etdirməyə marağını itirib.

Nazir ikigünlük planın hələ də müzakirə olunduğunu deyib. Onun fikrincə, Vaşinqton məsələyə ciddi yanaşarsa, plan yeni razılaşmanın əldə olunmasına zəmin yarada bilər.

Əraqçi müəyyən səviyyəyədək zənginləşdirilmiş nüvə materiallarının İrandan çıxarılmayacağını və bu ehtiyatların ölkənin ehtiyaclarına uyğun istifadə ediləcəyini də bildirib.

Nazir vurğulayıb ki, «nə müharibə, nə sülh» vəziyyətindən çıxmaq üçün yeni razılaşma müharibənin yenidən başlamayacağına təminat verməlidir. Onun sözlərinə görə, əvvəlki razılaşmadan cəmi 15 gün sonra müharibə yenidən başlayıb.

«Bu gün razılaşma əldə etməyin nə mənası var, əgər iki ay sonra o pozulacaq və müharibə yenidən başlayacaqsa?» – deyə Əraqçi bildirib. O əlavə edib ki, İran yalnız mövcud vəziyyətdən çıxmaq naminə razılaşmaya getməməli, məsələnin bütün mürəkkəbliyini nəzərə almalıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan daha bir hiyləgərlik! Bakıyla İrəvana mesaj göndərdi