Modern.az

Paşinyan yeni parlament seçkilərinin anonsunu verdi

Paşinyan yeni parlament seçkilərinin anonsunu verdi

Dünya

30 Aprel 2018, 14:20

Müxalifət lideri Nikol Paşinyan baş nazir seçiləcəyi təqdirdə görəcəyi işlər barədə danışıb.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, Paşinyan ilk işinin Parlamentə yeni seçkilərin keçirilməsi olduğunu bildirib.

“İlk görəcəyimiz iş qısa zamanda şəffaf və ədalətli seçkilərin keçirilməsidir” – deyə Paşinyan bəyan edib.

 

Həmçinin o hakimiyyəti dövründə Ermənistanda korrupsiya və özbaşınalığa son qoyacağını da bildirib.

Paşinyan qondarma “Dağlıq Qarabağ” hakimiyyətini tamamilə tanıdığını bildirib və hakimiyyəti dövründə həmçinin Ermənistan ordusunun gücləndirilməsi üçün əlindən gələni edəcəyini söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?