Google-un yüzlərlə əməkdaşı şirkəti uşaqları süni intellekdən əl çəkməyə və məktəblərdə onun tətbiqindən imtina etməyə çağırıb.
Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Xüsusi petisiya ilə çıxış edən əməkdaşlar təhsil müəssisələrinə axtarış nəticələrində getdikcə daha çox yer alan süni intellekt funksiyaları olmadan Google Search-dən istifadə etmək imkanı verilməsini tələb edirlər.
Hazırda müraciəti texnologiya nəhənginin 540-dan çox ştatlı əməkdaşı və müqavilə əsasında çalışan işçisi imzalayıb.