Modern.az

Ermənistanda banka hücum edən polis polkovniki çıxdı - VİDEO

Ermənistanda banka hücum edən polis polkovniki çıxdı - VİDEO

Dünya

3 May 2018, 17:18

Ermənistanda banka hücum edən şəxs polis polkovniki olub.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, şəxsin saxlanılması zamanı əl qumbarası da müsadirə olunub.

 

Şəxsin zərəsizləşdirilməsi zamanı polislə silahlı insident yaşanıb. Hadisə nəticəsində bir polis əməkdaşı da yaralanıb.

Saxlanılan şəxsin yol polis xidmətində polkovnik vəzifəsində çalışdığı bildirilir. Təcavüzkar Qayda Pozuntularının Qeydiyyat Mərkəzinin rəhbəri olub. Saxlanılan şəxsin isminin Daniel Danielyan olduğu bildirilir.

 

Polkovnikin bıçaq, əl qumbarası və odlu silahla banka hücum etdiyi bildirilir.

Hadisənin səbəbləri barədə polis heç bir açıqlama verməyib.

 

Modern.az həmin görüntüləri sizə təqdim edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?